XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 11:29

Trampın oğlunun elektron yazışmasının tam mətni:"Bu, ata Trampa impiçmentə başa gələ bilər"

Prezident Donald Trampın böyük oğlu Rusiya vətəndaşının ona Hillari Klinton haqda “incə” bir məlumat verə biləcəyinin iddia olunduğu elektron yazışmanı dərc edib.

Amerika nəşrindən götürdüyümüz bütün yazışmanı, həmçinin kiçik Trampın dərci müşayiət edən açıqlamasını xronoloji qaydada təqdim edirik və məktub müəlliflərinin atüstü yazışmada yol verdikləri üslubi-qrammatik səhvlərə toxunmamışıq. Bizim izahatlar mötərizədə verilib və tünd ayrıntı ilə seçilib.

3 iyun 2016-cı il, 10:36-da Rob Qoldstoun (piar agenti) yazıb:

Sabahınız xeyir

Emin (Ağalarov, azərbaycanlı iş adamı və müğənni) mənə zəng edib səninlə əlaqəyə girməyimi xahiş etdi. Onda nəsə son dərəcə maraqlı bir şey var.

Rusiyanın kral prokuroru (ehtimal ki, Rusiya baş prokuroru Çayka  nəzərdə tutulur) bu gün səhər onun atası (Ağalarovla, Azərbaycan-Rusiya iş adamı və ictimai xadim) ilə görüşüb və görüşün gedişində Trampın qərargahına Hillarini və onun Rusiya ilə əlaqələrini ittihamlaya biləcək və sənin atan üçün olduqca faydalı ola biləcək bəzi rəsmi sənədlər və informasiya təqdim etməyi təklif edib.

Əlbəttə, bu informasiya çox yüksək səviyyəli və olduqca incədir, lakin bu, Trampın namizdəliyinə Rusiya hökuməti tərəfindən dəstəyin bir hissəsidir, Araz və Emin isə buna kömək etməyə hazırdırlar.

Necə düşünürsən, bu informasiya ilə necə rəftar etmək daha yaxşıdır? Və sən Eminlə bu haqda birbaşa danışa bilərsənmi?

Mən bu informasiyanı həmçinin Rona (Trampın katibi) vasitəsilə sənin atana göndərə bilərəm, lakin bu məlumat ultraincədir, buna görə də əvvəlcə onu sənə göndərmək istərdim.

Ən yaxşı arzularla

Rob Qoldstoun

3 iyun 2016-cı il 10:53-də kiçik Tramp yazıb:

Sağ ol, Rob, mən qiymətləndirdim. Mən indi yoldayam, amma ola bilsin, əvvəlcə Eminlə söhbət edərəm. Bizim sanki bir qədər vaxtımız var və hər şey sənin dediyin kimidirsə, bu mənim çox xoşuma gəlir xüsusən yayın lap axırında (orijinalda əksər hallarda durğu işarələri yoxdur-tərc.). Gələn həftə mən qayıdan kimi biz dərhal zəng edə bilərik?

Ən yaxşı arzularla,

Don

6 iyun 2016-cı il 12:40-da Rob Qoldstoun yazıb:

Salam, Don

Hillari ilə bağlı bu informasiya xüsusunda telefonda Eminlə danışmaq üçün nə vaxt boş olsan, mənə xəbər elə – sən bu həftənin əvvəlindən danışırdın və buna görə də söhbətin günü və saatını planlaşdırmaq istəyərdim.

Sənə və ailənə ən yaxşı arzularla

Rob Qoldstoun

Kiçik Tramp 2016-cı il iyunun 6-da yazıb:

Rob indi danışaq?

Rob Qoldstoun 6 iyun 2016-cı il 15:37-də yazıb:

İmkan ver, Moskvada onu axtarım. O, hansı nömrəyə zəng etsin?

Kiçik Tramp 2016-cı il 6 iyun 15:38-də yazıb.

Mobil nömrəmə, sağ ol.

6 iyun 2016-cı il 15:43-də Rob Qolstoun yazıb:

O, Moskvada bu dəqiqə səhnədədir amma 20 dəqiqədən sonra sərbəst olmalıdır və o zaman zəng edəcək Rob

6 iyun 2016-cı il 16:38-də kiçik Tramp yazıb:

Rob köməyə görə sağ ol.

Rob Qoldstoun 2016-cı il 7 iyun 16:20-da yazıb:

Don

Ümid edirəm ki hər şey qaydasındadır.

Emin məndən xahiş edib bu cümə axşamı (9 iyun) səninlə Rusiya hökumətinin bu axşam Moskvadan bura uçası hüquqşünası arasında görüş təşkil edim

Düşünürəm ki bu görüş haqda bilirsən və buna görə də gündüz saat 3-də və ya daha sonra cümə axşamı necədir?

Mən bundan çıxış edirəm ki görüş sənin ofisində olacaq.

Ən yaxşı arzularla

Rob Qoldstoun

 

Kiçik Donald Tramp 2016-cı il iyunun 7-də 17.16-da yazıb:

Saat 3-də bizim ofisdə necədir? Rob təşkil etməklə bağlı yardıma görə sağ ol.

D

Rob Qoldstoun 2016-cı il iyunun 7-də 17:19-da yazıb:

Əla… mən görüşdə olmaycağam, amma onları saat 3-ə yaxın gətirəcəyəm və sənə təqdim edəcəyəm və s.

Sənə iki nəfərin adını göndərəcəyəm mühadfizəyə xəbərdarlıq edilsin günü axırına bunu əldə edən klimi.

Ən yaxşı arzularla

Rob

 

Kiçik Donald Tramp 2016-cı il iyunun 7-də 18:14-də yazıb:

Əla. Ehtimal ki orada Pol Manafort (qərargah rəisi) mənim yeznəm (Cared Kuşner) və mən olacağıq. 725 Beşinci Avenyü, 25-ci mərtəbə.

Rob Qoldstoun iyunun 8-də 10:34-də yazıb:

Sabahın xeyir

Sabahkı görüşü gündüz 4-ə keçirmək olmazmı çünki rusiyalı vəkil gündüz 3-ə qədər məhkəmədə məşğuldur mənə indicə xəbər verildiyi kimi.

Ən yaxşı arzularla

Rob

Kiçik Donald Tramp 2016-cı il iyunun 8-də 11:15-də yazıb:

Bəli Rob, belə olar ya da onlar razıdırlarsa bu gün 3-də də olar… mənə xəbər elə və mən ya elə, ya da belə təşkil edərəm.

D

Rob Qoldstoun 2016-cı il iyunun 8-də 11:18-də yazıb:

Onlar bu gün bacarmayacaqlar çünki o hələ Moskvadan gəlməyib sabah gündüz 4-də əladır

Ən yaxşı arzularla

Rob

Kiçik Donald Tramp 2016-cı il iyunun 8-də 12:03-də yazıb:

Görüş mənim ofisimə sabah gündüz saat dördə keçirilib

Ən yaxşı arzularla

Don

 

Kiçik Donald Trampın 2017-ci il iyulun 11-də yazışma ilə birgə dərc edilmiş açıqlaması:

Hamının diqqətinə, tam şəffaflıq marağı ilə 2016-cı il 9 iyun görüşü haqqında Rob Qoldstounla bütün yazışmanı dərc edirəm. 2016-cı il 3 iyun tarixli ilk məktub Eminin – “Kainat xanımı” müsabiqəsi dönəmindən 2013-cü ildə Moskvada tanış olduğum adamın xahişini çatdıran Robdan idi. Emin və atası Moskvada nüfuzlu şirkətin sahibidirlər. Mənim başa düşdüyüm kimi, onların Hillari Klinton haqda malik olduqları məlumat siyasi rəqiblərin öyrənilməsi sahəsinə aid idi. Ən əvvəlcə onlarla telıefonda danışmaq istədim, amma bu, baş tutmayanda onlar dedilər ki bu qadın Nyu-Yorka gəlir və məndən soruşdular ki onunla görüşməyə razıyammı? Mən görüşə razılaşdım. Bu qadın hamının yanında bildirdi ki, hökumət hüquqşünası deyil. Və artıq bildirdiyimiz kimi, onda heç bir informasiya olmadı, o isə övladlığa götürmə siyasəti və Maqnitski qanunu haqda danışmaq istəyirdi. Konteksti vermək üçün, bu, ruslara görə indiki ajiotaja qədər baş verib. Rob Qoldstounun bu gün mətbuatda bildirdiyi kimi, “bütün görüş tamamilə boş çıxdı, həm də axı mən hələ də maraqlı idim”.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə