XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 10:05

Astana danışıqlarının formatında dəyişiklik mümkündürmü? –Bu məsələdə fikir ayrılığı Rusiya və İranı üz-üzə gətirə bilər - Təhlil

Aleksey Xlebnikov

“Al-Jazeera”

 

İyulun 9-da ABŞ və Rusiyanın vasitəçiliyi ilə Suriyanın cənub-qərbində yeni atəşkəs rejimi qüvvəyə mindi. Müqavilə İordaniya, Rusiya və ABŞ tərəfindən imzalandı. O bu ay tərəflər arasında ilkin danışıqlar nəticəsində baş tutdu, Donald TrampVladimir Putinin G-20 sammiti çərçivəsində Almaniyada bir araya gəlməsindən sonra elan olundu.

Bu müqavilənin ən vacib aspektlərindən biri Rusiyanın təşviq etdiyi Astana danışıqlarından ayrıca hazırlanmasıdır.

G-20 sammitinə qədər iyulun 4-5-də reallaşan Astana danışıqlarının son turu heç bir nəticə vermədi. Rusiya, Türkiyə və İran – Astana danışıqların üç sponsoru may ayında təklif olunan dörd hərbisizləşdirilən zonanın parametrlərini müəyyən edən sazişi imzalamadılar.

Bu, təbii ki, 2016-cı ilin dekabrından başlayan danışıqların formatının zəruriliyi və səmərəliliyi haqqında suallar doğurur.

İyulun 13-də Parisdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı cənub-qərbi Suriyada yeni atəşkəs barədə prezident Tramp dedi: "Suriyanın çox çətin hissəsində ikinci atəşkəsə dair danışıqlar aparırıq, nəticə olarsa, Suriyada daha bir atəş açılmayan yer yaranacaq".

Putin həqiqətən Suriyada daha bir atəşkəslə bağlı Trampla ikitərəfli razılaşmalarla məşğul olarsa, bu, Moskva və Tehran arasında problemlər riski doğurur.

 

İrana məhəl qoymamanın nəticələri pis olacaq

 

Cənub-qərbi Suriyada atəşkəs haqqında 7 iyul müqaviləsi əsasən Astanada may ayında imzalanan hərbisizləşdirilən zonalar barədə sazişin bir hissəsi deyil. Bu zonalara Kuneytra, Dəraa və Suvayda ətrafındakı sahələr daxildir.

Son aylarda İordaniya, İsrail və ABŞ dəfələrlə İordaniya və Suriya-İsrail sərhədinə yaxın ərazidə İranın / iranpərəst qüvvələrin artan iştirakı haqqında qorxularını dilə gətirirdi. ABŞ da Suriyanın üsyançı qüvvələrinin təlim aldığı, Suriya-İraq sərhədindəki əl-Tanfa yaxın ərazidən narahat idi.

Əl-Tanfın müqavilənin bir hissəsi olması barədə tərəflər heç nə bildirmədi, lakin hazırda Rusiya və ABŞ arasında danışıqlar aparılır və sözügedən bölgə atəşkəs razılaşmasının mövzusu ola bilər.

ABŞ, İordaniya və Rusiya yeni atəşkəs sazişi imzalanması ilə Suriyanın cənubunda İranı oyundan kənarlaşdırmaq istəyirsə, bu müqavilə, təbii ki, İranın maraqlarına zəmanət vermir. Bu və gələcək atəşkəs sazişinin uğurla həyata keçirilməsi üçün, Rusiya (onun vəkalətnamələrin ilə birlikdə) Suriya rejimini və İranla dil tapmalıdır. Birincinin Moskvaya qulaq asması şansı olsa da, sonuncu belə müraciətlərə kar ola bilər.

Son altı il ərzində Suriyada İranın hərbi və böyük iqtisadi investisiyalarla çoxtəbəqəli iştirakı nəzərə alındıqda, Kremlin həqiqətən Tehranı atəşkəs müqaviləsinə uyğun hərəkət etməyə razı salması şübhə doğurur.

İran, Rusiya və ABŞ arasında razılaşmada bir spoyler kimi çıxış edə və atəşkəs zonasında gərginliyə təhrik qərarı qəbul edə bilər. Bundan sonra Moskvanın Suriyada əsas rolu məhv olacaq.

Əlbəttə, Rusiya İrana Suriyanın mərkəzi və şərq hissəsində böyük rol təklif edə bilər. Cənubda ABŞ və İordaniyanın təsiri qəbul etmək müqabilində İrana Hums, Dəməşq və Deyr əz-Zurda hakim olar. Amma İran, Suriya, İraq və Livanla sərhədlərin mərkəzi hissəsindən quru dəhliz çıxışı təmin etmək istəyir.

Suriya hökuməti və İran qüvvələri artıq əl-Tanf ətrafında fəaliyyət göstərən, ABŞ-ın dəstəklədiyi qrupları blokadaya alıb və bu, şərqdə onlara üstünlük verir. Nəhayət, çox güman ki, ssenariyə uyğun olaraq, Suriya və İranın dəstəkli qüvvələr Suriya-İraq sərhədində keçidləri, Bağdadla Dəməşqi birləşdirən yola nəzarət edən şəhəri – Əl-Bukamalı fəth edəcək.

 

Astana danışıqlarının aqibəti nə olacaq?

 

Astana formatı xaricində yeni atəşkəs və hərbisizləşdirilən zonalar barədə razılıq Moskvanı nüfuzdan salır. ABŞ və Türkiyənin Suriyanın şimalında, hərbisizləşdirlən zonalarda və atəşkəs razılığında maraqları bir-birinə ziddir və bu, xüsusilə indi çox qabarıqdır.

Sual: Astana formatı ABŞ tərəfi olmadan hər hansı dayanıqlı nəticələr doğura bilərmi?

Əgər cənub-qərbdə atəşkəs rejimi uğurlu olsa, Rusiya tədricən Astana prosesini zəiflədə və ya formatı Vaşinqton və Əmman daxil olmaqla, dəyişə bilər.

Rusiya üçün hər iki variantı həyata keçirmək çətin olardı. Bir tərəfdən, Moskva Astana danışıqlarında bu siyasi paytaxtın bir çox investisiyaya açıq olmasını, həm də yerli və beynəlxalq auditoriyaya Astana prosesinin  səmərəliliyini nümayiş etdirməlidir. Digər tərəfdən, Astana danışıqlarda tam üzv kimi ABŞ və İordaniyanın iştirakı, əlbəttə, İranın etirazını doğuracaq, Türkiyə də kürd problemində güzəştə hazır deyil.

Astana danışıqlarının növbəti mərhələsi avqust ayının sonuna planlaşdırılır. Rusiyanın prosesin formatında və cənub-qərbi Suriyada atəşkəsin işləkliyini görmək üçün ən azı beş həftəsi var. Lakin İranla Rusiyanın problemini tezliklə həll etmək mümkün deyil.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə