XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 12:14

Qazaxıstan və Qırğızıstan Suriyaya qoşun göndərməyəcək:“Bu - bizim müharibə deyil” – Təhlil

İrina Corbenadze

rosbalt.ru, 18.07.2017

 

Rusiyanın MDB ölkələrinə təhlükəsizlik zonalarında monitorinq üçün Suriyaya hərbçi göndərmək çağırışı Qazaxıstanda son dərəcə ağrılı qarşılanıb – ehtimal ki, bu, ümumi kontekstdən savayı həm də ünvanlı çağırışı ehtiva edib. Deməli, Astanada Suriya üzrə danışıqlarda Rusiya heyətinin başçısı Aleksandr Lavrentyev bildirib ki, Rusiya kontingentinin sülhməramlı missiyada iştirakı şübhə altına alınmır, lakin MDB-nin digər dövlətləri də buna qoşulsaydı, yaxşı olardı. О, qeyd edib ki, söhbət “hansısa qərara məcburiyyətdən” getmir. Amma bununla yanaşı vurğulayıb ki, Rusiya Qazaxıstanın Suriyada monitorinqdə iştirakını alqışlayardı. Qeyd edək ki, Qazaxıstanın iştirakına Türkiyədə lobbilik edir.

Moskvanın Astana ilə uyğun danışıqlar apardığını Dövlət Dumasının müdafiə üzrə komitə sədri Vladimir Şamanov RİA Novosti-yə təsdiqləyib, amma Qazaxıstan XİN və MN onun məlumatını qəti şəkildə təkzib edib. Xüsusən də respublika xarici siyasət idarəsi bildirib ki, məsələ Moskva ilə müzakirə olunmur, çünki Astana onun hərbçilərinuin Suriyaya və yaxud dünyanın başqa bir nöqtəsinə göndərilməsini yalnız BMT TŞ qətnaməsi və bu təşkilat mandatının mövcudluğu halında mümkün olduğu mövqeyi tutur. Qazaxıstan Müdafiə Nazirliyi də eyni mövqedədir və bu, dəyişilməz qalır.

Yeri gəlmişkən, məlumat yayılıb ki, Moskva Qırğızıstanla da “ünvanlı danışıqlar” aparır, lakin Bişkekdə Astanadakından bir qədər az temperamentlə olsa da, bildiriblər ki, bu, gerçəkliyə uyğun deyil.

Ümumiyyətlə, məhz Qazaxıstanda açıq şəkildə “qulaqlarını dik tutublar”. Bu demarş niyə və nə qədər “düzgündür?”Astananın götürdüyü, ölkənin xarici siyasət konsepsiyasında möhkəmləndirilmiş tarazlaşdırılma, praqmatizm və milli maraqlaırn müdafiəsi kimi daimi siyasi manevr kursu nəzərə alınsa, aydın olur ki, qazax hərbçilərin Suriyaya göndərilməsindən imtina (bu, publikaya işləmək və uyğun informasiyanın gizlədilməsi deyilsə) ölkə təhlükəsizliyinin müdafiəsi baxımından (lokal?) sanki bəraət qazanır. “Heç kimə baş qoşmur, mediator rolu oynayırıq” – Astananın siyasi fəlsəfəsini, təxminən, bu cür ifadə etmək olar.

Lakin bunu nə qədər çox təqib edə bilər, məlum deyil. İldırım çaxsa və Qazaxıstanın da üzv olduğu KTMT ölkələrini “vursa”, artıq bir qıraqda qalmaq baş tutmayacaq. Lakin qeyd edək ki, o, əvvəllər xoşagəlməz və sürüşkən durumlardan uzaqlaşmağa nail olub – hətta heç bir şeyə məcbur etməyən bəyanatlar səviyyəsində də. Və KTMT-də Qazaxıstanı buna görə zaman-zaman danlayıblar, çünki təşkilat bu və ya digər bəyanatı Astana ilə uzlaşdırmağa müfəffəq olmayıb.

İmtinanın başqa bir motivi Astanann “dünya hegemonu”ndan, yəni Rusiyadan müstəqilliyin nümayişi və təhlükəsizlik zonalarında moderator rolunda iştirakla uyuşmazlıqdır.

Və sonra: qazax hərbçilərin Suriyada fiziki iştirakı islam dünyasının, o cümlədən terrorizm fəallığından ehtiyatlanan və Səudiyyə Ərəbistanı, BƏƏ kimi nüfuzlu müsəlman ölkələri ilə münasibətləri korlanmış Qazaxıstanın özündə əhalinin önəmli qismini respublikaya qarşı kökləyə bilər. Əlbəttə, Qazaxıstan “çoxyönlü”xarici siyasət formatında həmçinin Qərbə də göz yetirməklə hərəkət edir.

Lakin Qazaxıstan və Qırğızıstanın Suriyada təhlükəsizlik zonalarındakı fəaliyyətinin bəzi “lehinə”ləri də var: Əfqanıstana yaxınlıq nəzərə alınmaqla hər iki dövlət burulğanlı terrorçuluq zonasında yerləşir və onların hərbçilərinin təcrübə toplamağı, yəni döyüş şəraitində bərkliyin yoxlanması maneçilik olmazdı. Və bundan savayı, nümayiş etdirilərdi ki, KTMT-də parçalanma yoxdur. Digər tərəfdən, oktyabrın 15-ə təyin olunmuş prezident seçkilərinə qədər Qırğızıstanın hərbi tədbirlərə qarışmağına dəyməz: Qazaxıstandakı kimi bu ölkədə də hesab edirlər ki, “bu bizim müharibə deyil” və ona müdaxilə terrorçular üçün süni şəkildə yeni hədəf yarada bilər.

Tengrinews Qazaxıstan hərbçilərinin Suriyaya göndəriləcəyi halda onu təhdid edəcək nəticələri sadalayan məşhur qazax politoloqu Dosıma Satpayevdən sitat gətirir. Xüsusən də: “Diplomatik fəqərə sütununun çevikliyini fəqərəsiz xarici siyasətlə qarışdırmaq lazım deyil… Suriya münaqişəsində bizi lap başdan Rusiyanın hərbi müttəfiqi kimi qəbul edəcəklər, həm də müsəlman dünyasının bir hissəsini, həmçinin Qərb ölkələrini bizə qarşı kökləyəcəklər”.

Tacik Əmək Mühacirləri” Ümumrusiya ictimai hərəkatının saytında isə sıradakı mülahizələrlə tanış olmaq mümkündür: “Qırğızıstan və Qazaxıstan hərbçilərini Suriyaya daxil etmək gərəkəndə Moskvanın dərhal yadına düşüb ki, İdlibdə əsasən sünnilər yaşayır. Onda Rusiya silah gücünə sünnilərə öz hakimiyyətini zorla qəbul etdirməkdə Bəşər Əsəd başda olmaqla şiə azlığa kömək etdiyini niyə yaddan çıxardıb? Yaddan çıxartmayacağıq ki, Rusiyanın özündə bir neçə milyon sünni müsəlman yaşayır. Sünnilər lazımdır? Özünüzünküləri aparın. Xeyr, Moskvaya lazımdır ki, sonradan yaraqlıları Əfqanıstan ərazisindən Orta Asiyaya qısqırtmaq üçün Astana ilə Bişkeki də sünnilərin qanına bulasın”.

Və sonra: “Rusiya niyə öz ölkəsində qayda-qanun yaratmaqla məşğul olmasın? Axı sirr deyil ki, Şimali Qafqaz, əslində, Moskva rəsmilərinin xüsusi ehtiyac olmadan girməyə cəhd etmədiyi “tayfalar zonası”dır. Amma Suriyada qayda-qanun yaratmaq xeyli asandır. Niyə qonşu Çeçenistan və İnquşetiya bəzən atışmalarla bir-birlərindən adamlarını geri alır, sanki bunlar RF-nin iki subyekti deyil, iki adi bandit anklavıdır?.. KTMT üzrə müttədfiqlər qarşısında nüfuz iradəni onlara zorla qəbul etdirmək və zorla Suriyaya dəhmərləməyə korazehin cəhdlərlə əldə olunmur. Tərəfdaşalar arasında nüfuz onlara sayğılı yanaşmaq, onların maraq və təhlükələrini nəzərə almaqla əldə olunur. Əks-halda belə çıxır ki, Rusiya Orta Asiya ölkələrini qəsdən və həyasızcasına Suriyadakı qətliama sürükləməyə ancaq ona görə səy göstərir ki, Əfqanıstandakı İŞİD yaraqlılarında müdaxilə üçün bəhanə meydana çıxsın. Onlarda hələlik bu cür bəhanə yoxdur və Əfqanıstanın şimalında vəziyyətin kəskinləşməsi haqda informasiya isterikasının qızışdırılması Orta Assiya ölkələrində sakitcə qəbul edilir. Lakin bəhanə ortalığa çıxsa, onda təhlükə kiçik olsa da, müdaxilə tamamilə gerçək olacaq. Düşünürük ki, Bişkek və Astanada bu çalar haqda özlərinə hesabat verirlər”.

Həqiqətən də, prezidentlər Nursultan Nazarbayev və Almazbek Atambayev göbələk kimi yerdən çıxmayıb və “çalarlardan” baş çıxardırlar. Və nəticə etibarilə özlərinə hesabat verirlər ki, qazax və türkmən hərbçilər Rusiya və KTMT-nin digər üzvləri ilə yanaşı hansısa qisimdə Suriyada iştirakdan çətin ki yayına bilsinlər. Lakin buna nail olsalar, onda Rusiya ilə münasibətləri güclü şəkildə korlayacaqlar.

İkincisi, ekspertlər Mərkəzi Asiya üçün müxtəlif yönlü terrorçu qruplaşmalar tərəfdən təhlükə olmadığı haqda nə qədər əllaməlik etsələr də, gerçək təhlükələr var və Əfqanıstan amili və bir neçə min yararqlının yerləşdiyi Əfqanıstanla Mərkəzi Asiya bölgəsi sərhədlərinin müdafiəsinin qeyri-qənaətbəxş səviyyəsi nəzərə alınsa, az deyil. Onlar sərhədi yarmağa can atsalar, bu müharibənin “bizim” olub-olmadığı haqda fikir yürütmək çətin ki kiminsə ağlına gəlsin. Müdafiə olunmaq lazım gələcək, həm də ayrı-ayrılıqda deyil, Rusiya “hərb qatarı”nı irəliyə qoyaraq birlikdə. Çünki başqa heç kim yoxdur.

Amma, əlbəttə, bu cür bölgüdə hamı bir ağızdan KTMT-nin öhdəlikləri haqda danışmağa başlayacaq, onu indi praktik olaraq açıq şəkildə edildiyi kimi “türk” (müsəlman), “slavyan” və “qriqorian” qanadlara bölməkdən əl çəkəcəklər. Hamı kiməsə xoş gəlib-gəlmədiyindən asılı olmayaraq qaynar nöqtələrə yollanmağa ərinməyən Rusiyanın, güclü ordusu ilə KTMT-nin lokomotivi kimi kollektiv təhlükəsizlik öhdəlikləri və məsuliyyətini birdən yada salacaq.

Bir sözlə, terrorçuluq fəallığının Yaxın Şərqdən Mərkəzi Asiyaya mühacirəti şəraitində “mənə dəxli yoxdur” fəlsəfəsi keçmir. Lakin niyəsə Astana və Bişkek öz hərbçilərini Suriyaya göndərməkdə Rusiyaya rədd cavabı verməklə bunu etiraf etmək istəmir.

Ancaq burası da var ki, tamamilə mümkündür ki, onlar bu məsələni Moskva ilə, necə deyərlər, gizli şəkildə müzakirə edirlər. Onu car çəkmək istəksizliyi tam bəraət alır. Amma, bax, sərt imtina çətin ki başa düşülsün.

 

Tərcümə Strateq.az-ındır.   

 

 




Yuxarı Əvvələ Ana Səhifə