XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 15:14

ABŞ-ın Suriya üçün “böyük planı” –Rusiya Türkiyə gürzü ilə kürd zindanı arasında qalıb – Təhlil

Sərdar Turqut

Habertürk (Türkiyə), 19.07.2017

 

Prezident Tramp siqnal verib ki, Suriyanın cənub-qərbindən sonra daha bir bölgədə barış sazişi imzalanacaq. ABŞ-ın İŞİD-lə mübarizə üzrə kolalisiyada özəl təmsilçisi Brett Maqkerk keçən həftə qeyd edib ki, bu yeni bölgə Türkiyə üçün həyati önəmə malik Suriyanın şimalı ola bilər. Özəl təmsilçiyə yönələn suallara baxmayaraq detalları dəqiqləşdirməyib, bununla belə, hazırda Afrini də əhatə edəcək barışıq planı üzərində iş gedir. Vaşinqtonda bilirlər ki, bunu etmək Suriyanın cənub-qərbində əldə edilmiş saziş kimi elə də asan olmayacaq. Xəbər verilir ki, bu plan üzərində Rusiya da işləyir, bununla yanaşı, müzakirə üçün təklif edilən bəzi ideyalar da irəli sürülür.

 

Mürəkkəb proses

 

Rusların təkliflərini də bilən Vaşinqtondakı qaynaqlar sıradakı informasiyanı ötürüb.

Vaşinqton Suriyanın şimalında barışıq üçün həm Türkiyənin, həm də “Demokratik Birlik” partiyası (PYD)/Xalq özünü müdafiə dəstələrinin (YPG) təşvişini diqqətə almalıdır. Vaşinqtonda qorxurlar ki, Türkiyə hər an Afrinə hücum edə bilər və bu halda YPG-nin İŞİD-ə qarşı əməliyyatları dayanacaq.

Müzakirəyə təklif edilən ideyalar Türkiyənin PYD/YPG-yə nisbətdə qırmızı xətlərini nəzərə ala biləcək həllə yol verir. Vaşinqton Rakkaya hücum başlanana qədər Suriya kürdlərinə ölkənin şimal əraziləri üzərində inzibati nəzarət vəd edib. Amma Amerika administrasiyası Türkiyənin Fəratdan qərbə onun üçün qırmızı xətt olduğu haqda siqnalını alıb.

Vaşinqton eyni zamanda istəmir ki, kürdlərə verdiy vədi tutmayacağı halda Suriyada yerüstü qüvvə kimi istifadə etdiyi PYD/YPG Rusiyanın tərəfinə keçsin. Həm də daxil olan məlumatlara görə, ruslar Afrində YPG ilə təmasları davam etdirirlər.

Kürdlər Fəratdan qərbə sarı yerləşən bölgəni qərbdəki Afrinlə birləşdirmək istədikərini Vaşinqtona deyəndə İŞİD-ə qarşı hazırlanan əməliyyat üzündən ABŞ bu tələbə rədd cavabı verməyib. Lakin ABŞ hazırda həllin elə bir yolunu arayır ki, Türkiyənin narazılığını doğurmasın və YPG-i incitməsin.

Formullardan birinə əsasən, kürdlərə Fəratdan qərbə keçmədən şərqdəki bölgə üzərində hökmranlıq qurmağa icazə veriləcək.

 

Böyük plan

 

Lakin bunun baş verməsi üçün ABŞ daha irimiqyaslı plan üzərində işləyir.

1.YPG Fəratdan qərbdə qurum yaratmağa xeyir-dua almaqdan ötrü PKK ilə bütün əlaqələri kəsəcək və onların bölgəsindən Türkiyəyə nisbətdə hücumlar olmayacaq. ABŞ bu tələblər pozulacağı halda YPG ilə əlaqələri kəsəcək və ona yardımı dayandıracaq.

2. Türkiyədən isə qırmızı xətlərə əməl edilməsiylə bağlı tələb olunacaq ki, Afrin bölgəsi ilə Fəratın qərb və şərqinin arası açıq və mülki kürd əhalinin yer dəyişməsi üçün təhlükəsiz olacaq.

 

Rusların mövqeyi

 

Bu planın həm də rusların təqdirini almalı olduğu səbəbindən Vaşinqtonda onların da mövqeyini diqqətlə izləyirlər. Ruslar bir tərəfdən işarə vururlar ki, Afrində Türkiyəyə mane olmayacaqlar, digər tərəfdən Afrində YPG ünsürləri ilə əlaqəli işləməyi davam etdirirlər.

Həm də ABŞ deyir ki, Rakkada ruslarla qarşılıqlı fəaliyyətdədir. Ruslara bölgədə Türkiyənin yardımı gərəkdiyindən deyiblər ki, YPG-yə baxmayaraq onun Afrinə yolunun təmizlənməsinə yardım edə bilərlər. əvəzində həm ABŞ, həm də Rusiya Azad Suriya Ordusu və radikal qrupların yerləşdiyi İdlibdə təhlükəsizlik zonasının yaradılmasında Türkiyənin yardımına güvənir.

Türkiyəyə təklif edirlər: “İdlibi bizim üçün təhlükəsiz et və biz sənə Afrində şərait yaradarıq”.

Suriyanın cənub-qərbində barışıq haqda sazişdən sonra Türkiyənin Rusiya kartını ABŞ-a qarşı oynamaq şansları xeyli azalıb.

Bölgədə Rusiya və ABŞ-ın Türkiyəyə ehtiyacı var. YPG tam çıxdaş edilmədən haqqında yuxarıda danışdığımız ABŞ-ın böyük planı Rusiyanın dəstəyi ilə işə düşməlidir.

 

Tərcümə Strateq.az-ındır.