XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 18:42

İsrailin üç məqsədi:İranın mühasirəsi, "Hizbullah"ın zəiflədilməsi və "Həmas"ın sıxışdırılması... - Təhlil

Bora Bayraktar

“Anadolu News Agency”

 

İraqda İŞİD-ə qarşı aylarla davam edən Mosul əməliyyatı, Suriyada ABŞ və terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin Raqqa əməliyyatı, İordaniya sərhədində yaşanan Rusiya-ABŞ gərginliyi, bir başqa nöqtədə İran-Səudiyyə Ərəbistanı arasındakı çəkişmə, Yəməndə vətəndaş müharibəsi, Misirdə yaşanan terror hadisələri, Liviyadakı vətəndaş müharibəsi və son olaraq Körfəzdə Səudiyyə Ərəbistanının başçılığı ilə dörd ölkənin Qətərin blokadaya alması – Yaxın Şərqdə yapon sunamisini xatırladır.

Hər sarsıntının da, çox vaxt hesablanması çətin güclü təsirləri olur. Bu sarsıntıların mərkəzinə – bölgədəki münaqişələrin bəlkə də təməli olan Fələstin məsələsinə barmaqarası baxılsa da, unudulmağa üz tutsa da, 14 iyulda “Əl-Əqsa”da yaşanmış hadisə ilə yenidən gündəmə gəlir və nə qədər partlayıcı ola biləcəyini xatırladır.

Fələstin məsələsi və Qüdsün statusunun gündəmdən çıxması, İraqın və Suriyanın kölgəsində qalması, İsrailin bekar qalması mənasını vermir. İsrail bölgədə davam edən böyük xaosun içində səssizcə öz təhlükəsizliyinə dair əhəmiyyətli addımlar atır. Bu strateji səssizlik siyasəti ilə o, hücumlarını mümkün olduğu qədər diqqət çəkmədən reallaşdırmağa çalışır. Örtülü ittifaqlarını gücləndirməyə, təhlükəsizliyini həyata keçirməyə çalışır.

İsrailin bölgəyə dair plan və gözləntiləri ən az iki paytaxt tərəfindən daha çox mənimsənilir: Vaşinqton və Riyad.

 

İsrailin hədəfləri

 

İsrailin bu gün üçün bölgədə bir-biriylə əlaqədar üç böyük təhdidi var: birincisi, uzunmənzilli ballistik raketlərə və nüvə silahlarına çatmağa çalışdığı düşünülən İran; ikincisi, cənubi Livana nəzarət edən və təsir sahəsini Suriyanın cənubuna doğru genişləndirən “Hizbullah”; üçüncüsü, Qəzzanı nəzarətdə saxlayan, Qərbi Şəriyəyə doğru yayılmağa çalışan və israilli ərəblər üzərində təsirini gedərək artıran “HƏMAS”.

Təl-Əvivin strategiyası də buna görə şəkillənir. Onun əsas məqsədi İranın mühasirəyə alınmasıdır. Bunun üçün lazım olan – ABŞ administrasiyası və Körfəzdəki ərəb ölkələrinin dəstəyidir. Məhz bu nöqtədə, sanki ulduzlar maraqlı bir bucaq yaradaraq Vaşinqton-Riyad və Tel-Əvivi eyni hədəfdə görüşdürür.

Bu ilin may ayında ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına və dərhal ardınca İsrailə reallaşdıran ABŞ prezidenti Trampın cəhdləri təsadüf deyil. Tramp Səudiyyə Ərəbistanını və onun rəhbərlik etdiyi Körfəz ölkələrini İrana qarşı təşkilatlandırır və silahlandırır.

Riyadın və müttəfiqlərinin İrana qarşı İsraili də yanlarında görməkdən məmnun olduğu aydındır. Birləşmiş Ərəb Əmrliklərinin İsraillə Demokratiyanı Müdafiə Fondu (Foundation for Defense of Democracies) vasitəsilə əlaltından birlikdə hərəkət etdiyi də. İsrail, İran əleyhdarı ittifaq cəhdlərinin arxa plandakı üzvüdür.

İsrailin səssiz strategiyasının ikinci ayağı isə Suriyanın cənubudur. Burada atdığı addımlar həm İran, həm də “Hizbullah”a qarşı ortaq bir hərəkət planına işarə edir. 2006-cı ildəki iyul müharibəsində “Hizbullah” qarşısında istədiyi qədər təsirli ola bilməyən və şimal sərhədini zəmanətə ala, Litani çayına qədər olan sahəni bufer bölgə etmə hədəfini gerçəkləşdirə bilməyərək, bu bölgəyə nəzarəti BMT qurumuna – UNIFIL-ə verib.

Amma İsrail hələ də, Suriya müharibəsini fürsət bilərək, şimalda bufer bölgə meydana gətirməyə çalışır. İsrail ABŞ-ın İordaniyanın şimalında Suriya sərhədinə yerləşməsini təşviq edərək, zaman-zaman birbaşa “Hizbullah” hədəflərini bombalayaraq, Colan təpələrinin şimalından Süveydəyə uzanan “tərəfsiz ərazi”ni şəkilləndirmək istəyir.

Hədəf “Hizbullah”ı İsrail sərhədindən uzaq tutmaq, İranın Livan ilə quru əlaqəsini kəsməkdir.

Üçüncü hədəf isə Fələstində yeganə və ən böyük müqavimət mərkəzi olan İslami Müqavimət Hərəkatını – "HƏMAS"ı aradan qaldırmaq, heç olmazsa zəiflətməkdir.

Beləcə, Fələstin problemini zaman içində lehinə çevirərək həll etmək; Qüdsün statusunu İsrailin lehinə dəyişdirmək, Qərbi Şəriyədə və Şərqi Qüdsdə məskunlaşdırmaq, yəni bu torpaqları yəhudiləşdirilmək – səssiz strategiyanın bir hissəsi olaraq görünür.

 

Qətər böhranı və İsrail faktoru

 

Qətər böhranı İsrailin səssiz strategiyasında tam mərkəzində yerləşir. Rəsmi Dohanın iki nöqtədə tətbiq etdiyi siyasət İsrailin və Körfəz ərəblərinin bölgə görüntüsünü və gələcək planlarını mənfi təsir edir. Birincisi, Qətərın İranla daha də balanslı əlaqələr qurma meyli, Tehran rəhbərliyiylə əlaqələrini davam və enerji sahəsində əməkdaşlıq etmək istəməsidir.

Bu, başda Səudiyyə Ərəbistanı olmaqla, Körfəz ölkələrinin çoxunun təpkisi ilə üzləşir. Riyadın Qətərdə rəhbərliyi dəyişdirməyi hədəfləyən, Qətərın xəritədən silməyə çatacaq qədər təcavüzkar və dağıdıcı mühasirə qərarı, böyük ölçüdə bundan qaynaqlanır.

İranı bölgəyə inteqrasiya edəcək, fəaliyyətlərini davam etdirməsinə imkan təmin edəcək bir sahədə açılmasına İsrail də qarşı çıxır. O, İranın tamamilə təcrid edilməsini istəyir. Buna görə də, Qətərin iradəsinin qırılması İsrail üçün də müsbət istiqamətdə bir addım kimi görünür.

İkinci məsələ Doha rəhbərliyinin Fələstində “HƏMAS” və Misirdə “Müsəlman Qardaşlar” təşkilatı ilə olan yaxın əlaqələridir. Qətər “HƏMAS”a və “Müsəlman Qardaşlar”a maliyyə dəstək verir, lider heyətinin sürgündə qalmasına mane olur, onlara fəaliyyətlərini davam etmə fürsəti verir, medianı istifadə edərək problemləri gündəmdə tutur və unutdurmur.

Bu da İsrailin “HƏMAS”ı zəiflətmə siyasətinin həyata keçməsinə mane olur. Qətər “HƏMAS”ın ABŞ və digər ölkələrlə əlaqəsini də təmin edərək təşkilatın təcrid edilməsini maneə törədir. Qətərin təsirsizliyi Fələstində “HƏMAS”ın qaynaqlarını qurutmaq, yolları qısmaq üçün böyük əhəmiyyət daşıyır. Bu mümükün olarsa, İsrail, Fələstində asan loxma olaraq gördüyü “Əl-Fəth”li fələstinlilərin iradəsini azaldacaq, dilədiyi təslim sənədini imzalada biləcəyini düşünür.

 

“Məscidi-Əqsa”dakı hadisələr

 

Ancaq Fələstin problemi bu hesablamalardan nə qədər uzaq olduğunu, nə qədər tez nəzarətdən çıxa biləcəyini 14 İyul səhəri bir daha göstərdi. “Əl-Əqsa” məscidinə soxulan silahlarla müqəddəs məkanın girişində yaşanan qarşıdurma, dərhal sonra hücumu həyata keçirilən üç adamın “Hərəmüş-Şərif”in həyətində öldürülməsi, məsələnin bağlı qapılar ardında asanca çözülməyəcəyinin açıq dəlili oldu. Hücumu həyata keçirilən üç adamın İsrail vətəndaşı olan ərəb kimliyi, Ummül-Fəhmdən gələrək bu hərəkəti reallaşdırmaları da həyəcanvericidir.

İsrailin hadisədən sonra tez-tələsik Qüdsdəki status-kvonun qorunacağına dair bəyənatı, amma digər tərəfdən, “Əl-Əqsa” məscidində Cümə namazını qadağan etməsi çətin bir tarazlığa işarə edir. İsrail belə zamanlarda bütün İslam dünyasının təpki göstərəcəyini bilir. Buna görə də sakitləşdirici şərhlər altında əzbərlədiyini söyləyir.

Bu mövqeyi ortaya çıxaran və Ərəb dünyasının önünə qoyan isə əksəriyyətlə Qətərin dəstəklədiyi media və düşüncə quruluşları olur.

İşğal altındakı Fələstin ilə İsrail arasındakı sərhədlər qeyri-müəyyən ikən, Fələstin siyasətinin də yavaş-yavaş israilli Ərəbləri təsirinə alma meyli ortaya çıxır. “HƏMAS”la bənzər baxışa sahib siyasi İslam anlayışın yayılması və güclənməsi İsraili ciddi şəkildə sıxışdırır.

İsrailin, yenə arxa planda qalmaq şərti ilə, Körfəz ölkələrinin Qətəri küncə sıxışdırma səylərini dəstəkləməsi çaşdırıcı deyil. Çünki İsrailin səssiz strategiyasına əngəl olan az saydakı ölkədən biri Qətərdir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə