XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 08:35

Türkiyədən ABŞ-a gözlənilməz zərbə:“Anadolu” agentliyi Suriyanın şimalındakı Amerika bazalarının xəritəsini dərc edib - Təhlil

İlya Novitski

politikus.ru, 20.07.2017

 

Vaşinqton Türkiyənin dövlət agentliyi “Anadolu”nun Suriyada yerləşən Amerika bazalarının xəritəsini dərc etməyindən qəzəblənib. Əlbəttə, Ankara əllərini yelləyir ki, guya buna dəxli yoxdur. Amerikalılar isə inanmır və deyirlər ki, özünü belə aparmaq NATO-nun üzvü kimi Türkiyəyə yaraşmır. Pentaqonda hesab edirlər ki, Suriya Kürdüstanındakı Amerika bazalarının məxfisizləşdirilməsi Amerika hərbçilərini zərbə altında qoyur və İŞİD-ə qarşı bir sıra əməliyyatların pozulmasına səbəb ola bilər.

Xəritədə Amerikanın Suriyanın şimalındakı 10 hərbi bazası, o cümlədən 2 aviabaza göstərilib. Türklər bəzi hallarda həmçinin göstəriblər ki, qarnizonda məhz nə qədər Amerika əsgəri yerləşib. Müharibə müharibədir. Amerikalılar özləri kürdlərin simasında özlərinə müttəfiq seçib və Türkiyənin buna necə reaksiya verəcəyini bilirdilər. Gözlənilir ki, İŞİD ən yaxın aylarda çökməlidir, bundan sonra “Suriya oyunçuları” kəllə-kəlləyə gələcəklər. Türklər indi də deyil, nə vaxt ABŞ-a zərbə endirəckdilər?

Xatırladım ki, amerikalılar dünən Suriya müxalifətinə dəstəkdən imtina edib. Türklərin Suriyada bir il əvvəlki qiyamdan geri çəkildiyi Amerikayönlü xətti davam etdirmək üçün, sadəcə, arqumenti qalmayıb. Suriya xəritəsindən iki qruplaşmanın (İŞİD və Amerikayönlü müxalifət) sürətlə dərhal yox olması gerçək fəaliyyətdə olan şəxsləri maskanı atmağa məcbur edir. İsrail və ABŞ artıq dövri şəkildə Suriya hökumət qüvvələrinə hücum edir. İran “şiə qurşağı” konsepsiyasını yeritməklə daha müstəqil mövqe tutur. Cazibə mərkəzi isə neftlə zəngin Dəyr əz-Zor əyaləti olur.

Məlum olduğu kimi, türklər Suriya hökuməti ilə razılaşma üzrə Hələb əyalətində Əl-Bab yaxınlığında cənuba hücumu dayandırıb, lakin bu onlara amerikalılar və kürdlərin Dəyr əz-Zorda hücumunu əngəlləmək cəhdlərinə mane olmur. Türklər kürdlərin güclənməyini istəmirlər, “sızıntı” da buna görə təşkil olunub. Nə etməli, ümid etmək qalır ki, Suriya ordusu amerikalı və kürdlərin düşərgəsindəki mümkün pərtlikdən yararlanacaq və Dəyr əz-Zorun çox tezliklə mühasirədən çıxarılması üçün bütün səylərini qoyacaq. İstənilən başqa ssenari ancaq qanaxmanın davam etdirilməsinəm gətirib çıxaracaq.

 

Tərcümə Strateq.az-ındır.  

 




Yuxarı Əvvələ Ana Səhifə