XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 11:43

Ruhani administrasiyası qadınlardan “kömək istəyir” –Prinsipçilər kimləri fahişəlikdə ittihamlayır? - Təhlil

Mehrnaz Səmimi

“Atlantic Council”

 

Avqustun 5-də rəsmi olaraq Həsən Ruhaninin ikinci prezidentlik dönəmi başlayacaq.

Prezidentin parlament işləri üzrə vitse-prezidenti Hüseyn Əli Əmirinin sözlərinə görə, üç qadından yeni kabinədə təmsil olunmaq xahiş edilib.

Ruhaninin tövsiyə etdiyi hökumət üzvlərinin siyahısı Məclisə veriləcək və namizədlərin təsdiqləməsinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Əmiri əlavə edib ki, Ruhani hər zaman qadınların qabiliyyətlərinə, onların kabinədə iştirakına inanıb və qadınların seçimi "ictimai tələbat"dan irəli gəlir. Vitse-prezidentin sözlərinə görə, bir neçə qadının namizədliyi müxtəlif vilayətlərdə vali kimi də irəli sürülüb.

Riyaziyyat sahəsində ən nüfuzlu "Fields Medal" qazanan yeganə qadın – Məryəm Mirzəxaninin ölümündən sonra diaspordakı İran qadınlarının yüksək nailiyyətləri diqqət çəkib. Ancaq İranın daxilində də bu sahədə irəliləyiş var.

Ruhani administrasiyasında ilk qadın təyinatı, kabinet üçün olmasa da, andiçmədən əvvəl baş verdi. İyulun 11-də ölkənin əsas milli hava yolu olan “Iran Air” şirkətinə ilk qadın icraçı direktor təyin edildi. O, səkkiz il ərzində bu vəzifədə olan Fərhad Parvəreşinin yerini tutdu. Rəsmi olaraq onu əvəz edən qadın – Fərzanə Şərəfbafi – 44 yaşlı menecer Şərif Texnologiya Universitetinin aerokosmik fənlər üzrə doktorluq dərəcəsinə sahibdir. O, müvəqqəti icraçı direktor olsa da, tezliklə rəsmi olaraq bu postu tutacaq.

Analitiklər deyirlər ki, daha çox qadının mühüm rəhbərlik mövqelərinə təyin olunması gözlənilir, bu da çox əhəmiyyətlidir. 1961-ci ildə qurulan “Iran Air”də indiyədək şirkətin geniş əməliyyatlarına nəzarət edən qadın rəhbər olmayıb. “Iran Air”in ticari sazişlərinin həcmi və dəyərini nəzərə aldıqda (o, İranın neft gəlirlərinin təxminən yarısına bərabərdir) qadının rəhbər təyin edilməsi xüsusilə əhəmiyyətlidir.

2016-cı ilin parlament seçkilərində də qadınlar qələbə qazandılar. Bu, 1979-cu il İslam İnqilabından sonra məhdudlaşdırılan hüquqları yenidən genişləndirən qanunvericiliyin qəbul edilməsinə kömək etməlidir. Məclisdə işlənən məsələ – qadınların, ərinin və ya atasının razılığı olmadığı halda belə, xarici səyahətlərini asanlaşdırır.

Şəriət qanununa əsasən, iranlı qadınlar kişi yoldaşları olmadan xaricə səyahət edə bilməz. Bir qrup iranlı qadın idmançıya beynəlxalq müsabiqələrdə iştirakı çətinləşdikdən, Məclisdəki qadınlar xarici səfərlərlə bağlı pasport qaydalarını islah etməyə təşviq edir.

ISNA Xəbər Agentliyinə müsahibəsində qadın parlamenti qrupunun rəhbəri Pərvanə Salahşuri bildirib ki, səfər qadağasını islahat etmək və xaricdə səfərlərin asanlaşdırılmağa dair qanun layihəsi baxılması üçün Məclis rəhbərliyinə göndərib. Həmin layihə növbəti həftəyə kimi araşdırılmalıdır.

Salahşuri izah edib ki, mövcud pasport qanunundan azad olma sayəsində qadınlar ölkəni idman yarışlarında təmsil etmək, iqtisadi fəaliyyətlərdə və ya akademik tədbirlərdə iştirak etmək, bəzi hallarda təcili və / və ya tibbi məqsədlər üçün ölkədən çıxa biləcəklər.

Son 12 ildə qadınların idman arenalarda görünməsi ciddi müzakirə mövzusu olub. Çoxsaylı mübahisə, tənqidi film və qəzəbli açıq məktublarda idman hadisələrinə qatılmaq istəyən qadınlar fahişəlikdə günahlandırılıb. Qanuni olaraq, stadionlarda qadınların iştirakı ilə əlaqədar heç bir yazılı məhdudiyyət yoxdur. Amma praktikada 1979-cu ildən etibarən bu, kişi tamaşaçıların qəzəbini doğurur.

Prinsipçilər qadağaya haqq qazandırmaq məqsədilə, oyun zamanı qadınların kişi tamaşaçıları tərəfindən təqib olunan bəhanəsi ilə islahat tələbini rədd edir. Ruhani hökuməti və islahatçı məclis üzvləri mühafizəkarların baxışını dəyişdirmək və qadınlar üçün həm idman, həm də qadın müsabiqələrinin tamaşaçıları kimi idman arenasına daxil olma yollarını tapmaqda lobbiçilik edirlər.

İyunun 9-da, Tehrandakı terror hücumlarından iki gün sonra, İran və Belçika arasında voleybol matçını izləmək üçün Tehranın Azadi stadionuna 300-ə yaxın qadın gəldi. Məclis Mədəniyyət Komissiyasının üzvü Tayibə Siyavoşinin sözlərinə görə, "bu, ilk görüntü" idi. ISNA-ya müsahibə verən Siyavoşi bunun yaxşı bir başlanğıc olduğunu bəyan edərək əlavə etdi: "Biz qadınların iştirakının yolunu açmaq üçün səylərimizi davam etdirəcəyik". O, həmçinin, qadınlar və kişilərin ictimai arenalarda birgə oyun seyr etmənin ailə bağlılığı və sevgi hisslərini artırdığı”nı da bildirib.

İnkişaf etmiş ölkələrlə müqayisədə, çoxu qadın hakim, nazir, polis, hərbiçi və səfirlər olduğu halda, bu tərəqqi, əlbəttə, kiçik hesab edilir və çox ləngdir. Ancaq İslam Respublikasında sərt siyasət tərəfdarları fərdi azadlıq axtaran qadınları fahişələrlə daha çox müqayisə edir, odur ki, tərəqqinin yolu çox çətindir.

Belə kiçik, titrək addımlar, nəhayət, davamlı və dəqiq olsa da, iki məqama işarə edir: birincisi, bütün sosial-iqtisadi qrupların təhsilli, irəliləmiş qadınlarının böyük bir qrupu əsas hüquqlarını həyata keçirmək iradəsini nümayiş etdirir. Çətinliklərə baxmayaraq, vətəndaşlar, bir sıra nümayəndələr və qadınlar üçün hüquq əldə etmək üçün Ruhani administrasiyası səylər atır; ikincisi, Ruhaninin və onun islahatçı bazasının bu günə qədər müqavimət göstərir və bütün cəbhələrdə dayanıqlı təzyiqlə üzləşir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə