XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2017 - 11:47

Cənubi Suriyada atəşkəs:Kreml iki ziddiyətli müttəfiqinin - İranın və İsrailin cilovunu yığa biləcəkmi? - Təhlil

Mona Alami

“Al-Monitor”

 

İordaniya tərəfindən dəstəklənən, ABŞ-Rusiya arasında danışılmış 7 iyul atəşkəs razılaşmasından sonra cənubi Suriyada nisbi sükunət hökm sürür.

Müqavilə rejim müxalifləri və Suriyadakı hökumətpərəst milislər arasında artan qarşıdurma, habelə İsrailin bölgədə İranın irəliləyişinə zərbə vurması fonunda ortaya çıxdı. Ancaq İran və “Hizbullah” üçün Suriyanın cənub hissəsinin strateji əhəmiyyətini nəzərə alaraq, atəşkəsin uzun müddət qüvvədə qalması çətin olacaq.

Bu dinamika “Hizbullah” və İsrail arasında gələcəkdə baş verə biləcək toqquşma ehtimalını gücləndirir. Həm də “Hizbullah”ın qalası sayılan Livanın şimalında yox, Cənubi Suriyada.

Suriyadakı atəşkəsi izləyən Rusiya qoşunları iyulun 17-də Daraa vilayətində yerləşdirilib. Son günlərin ABŞ-Rusiya razılaşması isə Suriyanın İordaniya və İsrail ilə sərhədləri boyunca hərbisizləşdirilən zonalar yaradılmasını nəzərdə tutur.

İyun ayının əvvəlində Suriyanın dövlət başçısı Bəşər Əsəd rejiminə sadiq qüvvələr aylarca mühasirədə saxlanılan Daraa bölgəsində Manşiyanı tutmaq üçün səy göstərdi.

"Yeni atəşkəsi müsbət qarşılaşırıq, çünki Suriya xalqının varil bombaları və raketlərlə gündəlik qırğını dayanacaq", – “Suriyanın Cənub Cəbhəsi” üsyançı qrupunun mətbuat katibi Mayam İssam əl-Rəis “Al-Monitor”a deyib.

“Cənub üsyançıları” Əsəd rejiminə qarşı çıxan onlarla üsyançını ehtiva edən hərbi qrupdur. Cənubi Suriya, həmçinin “Xəlid ibn əl-Vəlid ordusu” kimi tanınan, Yarmuk hövzəsindəki kiçik İŞİD qalasıdır. Daraa əyalətindəki spektrin digər tərəfində, əl-Rəisin sözlərinə görə, Livan “Hizbullah”ı, İraqlı “Əl-Nucəbaa briqadaları” və Əfqanıstanın “Liva Fatemiyun”u rejim qüvvələri ilə çiyin-çiyinə mübarizə aparır.

Həm Rusiya, həm də ABŞ atəşkəsi qorumağa qərarlı görünsə də, keçmiş “Əl-Qaidə” şöbəsi “Cəbhət Fəth əl-Şam” (əvvəllər “Cəbhat əl-Nusra”) bunu rədd etdi. ABŞ-Rusiya razılaşmasının uzunmüddətli davamlılığını təhlükə altına alan yalnız bu firqə deyil. "Al-Monitor"a danışan Suriya üzrə ekspert Sinan Hatahet – Türkiyədə yerləşən "Omran Dirasat" beyin mərkəzinin tədqiqatçısı deyir ki, əgər müxalifət İordaniya ilə sərhədə nəzarəti təslim etməyə razı olsa, bu, bölgədə Əsəd rejiminin prioritetlərinə cavab verə bilər. "Lakin “Hizbullah” və İranın başqa niyyətləri var və Rusiyanın onları məhdudlaşdıra biləcəyini görmək maraqlı olacaq".

Bu, maraqlı tərəflər, bir tərəfdən, İsrailə İran, digər tərəfdən, Suriya və “Hizbullah” arasında toqquşmadır. İsrail aprelin 23-dəki hava hücumları ilə Quneytra əyalətindəki silah anbarına zərbə endirdi, öz nəzarətində olan Colan Təpələrini hədəfə alanları öldürdü. İyunun 23-də İsrail, artilleriya mövqelərinə və Suriya ordusuna məxsus bir döyüş karvanına hücum etdi.

"ABŞ-Rusiya-İordaniyanın cənub-qərbdə atəşkəsə səbəb olan son anlaşması Suriya-İordaniya sərhədindən və Colan Təpələrindən iranlıları və onların vəkillərini uzaqlaşdırmaq üçün İordaniyaya və İsrailin ehtiyaclarına uyğundur", – Eyzenhauer İnstitutunun kəşfiyyat və Yaxın Şərq işləri bölməsinin əməkdaşı Avi Melamed “Al-Monitor”a bildirib.

“Hizbullah" və İran, Suriya inqilabının başlanğıcından bəri böyük maraqla Suriyanın cənubunda varlıqlarını qurmağa çalışdılar. Bölgəyə bir neçə camaata ev sahibliyi edir, yəni sünni ərəblər, xristianlar və dəruzilər. Bu, İsrail işğalında olan Colan Təpələri ilə strateji sərhəddə yerləşir.

Livan “Hizbullah”ı üzrə ekspert Qasim Kəsir "Əl-Monitor"a bildirib ki, Cənubi Suriya İran və “Hizbullah” üçün çox vacib olan rejimin qalasına – Dəməşqə giriş qapısıdır.

"Cənubi Suriya, həmçinin Ərəb-İsrail münaqişəsinə çıxış təmin edir", – o əlavə edib.

2015-ci ilin yanvar ayında “Hizbullah”ın hərbi lideri İmad Muğniyənin oğlu Cihad Muğniyə Colan Təpələri yaxınlığında, Suriyanın Quneytra əyalətində öldürüldü. Dörd digər “Hizbullah” döyüşçüsü sonra qətlə yetirildi: Məhəmməd İsa, Əbu Əli Təbatəbai və İsmayıl əl-Aşhab.

“Livan” veb-saytının məlumatına görə, 2015-ci ilin fevral ayında “Hizbullah” Suriyanın cənubundakı Dəməşq, Dara və Quneytra arasındakı bir üsyançı üçbucaq bölgəsinə hərbi yürüşə çıxdı. Kampaniya “Qunaytranın Əməliyyat Şəhidləri” adlanırdı.

2015-ci ilin dekabrında Suriya hesabatlarında iddia olunurdu ki, İsrail “Hizbullah” üzvü Samir Kuntarı yer-hava raketləri istifadə edərək öldürüb. “Hizbullah”ın milisləri və Suriya hökumət qüvvələrinin Kuntarın rəhbərliyi ilə həmin sahə yaxınlığında təlim keçdiyi söylənirdi.

İran bu strateji sahədə öz şəbəkəsini yaratmağa çalışır. İsrail isə Colandakı demarkasiya xəttindən kənarda 10 kilometr (6,2 mil) dərinlikdə və 20 kilometr (12,4 mil) uzunluqda təhlükəsiz zonasının yaradılması üzərində işləyir. Üstəlik “Colan Cəngavərləri” (“Liva Fursan əl-Culan”) kimi tanınan terrorçu fraksiyasını maliyyələşdirir və dəstəkləyir.

“İsrailin əsas maraqlarından biri İsrailə hücumların başlanması üçün İranın Golan Təpələrini Livan və Qəzza zolağına bənzər istifadə etməyəcəyinə əmin olmaqdır", – Melamed bildirir.

Bu regionda İsrail-İran rəqabətini nəzərə alaraq, uzunmüddətli atəşkəs perspektivi ola bilərmi?

Rusiya vəziyyəti pozmamaq üçün bütün lazımi tədbirləri görür. O, Suriyanın cənubunda keçən həftə 400 ayrı qüvvə yerləşdirdi. “Suriya İnsan Haqları Rəsədxanası”nın rəhbəri Rami Əbdülrəhman iyulun 19-da “Əl-Ərəbiyyə”yə şərhində “Hizbullah”ın Suriyanın cənubundan geri çəkilməyə başladığını bəyan etdi.

Ancaq Rusiya və İran gündəmləri spektrin əks tərəfindədir. Mart ayında İran dəstəkli “Al-Nucəbaa briqadaları”nın bir lideri bildirdi ki, "işğal edilmiş Colan Təpələrini azad etmək" üçün hərbi bir qüvvə meydana gətirilib. Bundan başqa, İsrailli səlahiyyətlilər də müqaviləni tənqid etdi və İsrail “Haaretz” nəşrinə açıqlamada amerikalılar və rusları İsrailin mövqeyini tamamilə görməzliyə vurduqlarını açıqladılar. Bir israilli məmur razılaşmanın pis olduğunu və "İsrailin təhlükəsizliyinin hər hansı bir hissəsini nəzərə almadığını" dedi. “Suriyanın cənubunda narahatlıq yaradan bir gerçək meydana gətirildi”.

Əgər Rusiya iki ziddiyyətli müttəfiqini, yəni İran və İsraili ram edə bilməzsə, belə bir kövrək durum Suriyadakı müharibə şansını artırır. Əksər ekspertlər Livanın cənubunda “Hizbullah” və İsrail arasında müharibəni proqnozlaşdırırlarkən, həmin münaqişə Suriyanın cənubundan şərqinə doğru uzana bilər.

 

Tərcümə: Strateq.az