XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2017 - 18:00

Səud Evində çaxnaşma:Krallıq rəhbərlərindən G20 sammitinə niyə qatılan olmadı? - TƏHLİL

Deyvid Hirst

“Middle East Eye”

 

“Reuters”, “The Wall Street Journal” və “New York Times” Məhəmməd bin Naifin Səudiyyə Ərəbistanının vəliəhdi vəzifəsindən uzaqlaşdırılmasının səbəbi kimi, onun narkotik maddələrdən asılılığına dair hekayətlər yayıb. Onlardan birinin – “Reuters”in iddiasına görə, kral Salmanın Bin Naiflə olan söhbətində padşah deyib: "Mən istefaya getmənizi istəyirəm, müalicə olunmaqdan yayındınız və bu, qərarlarınıza təhlükəli şəkildə təsir edir".

İki etibarlı mənbə bunun doğru olmadığını isbatlayır. Bin Naifin rüsvay edilməsi bir dostunun xarici mətbuata verdiyi açıqlamalardan qaynaqlanır. Hər iki qaynaq Naifin ümidsiz bir narkoman olması xəbərinin mənbəyi olaraq Saud Əl-Qəhtaniyə işarə edir.

 

Səud Əl-Qəhtani

 

Əl-Qəhtani hazırki varis-şahzadə Məhəmməd bin Salmanın gözü və qulağıdır. O, Bin Salmanın Kral Məhkəməsi üzvlüyündən istefa verib şahzadənin müavini vəzifəsini tutduqda hərəkətə keçib. Səudiyyə jurnalistlərinə yaza və ya “tweet” ata bilməyəcəyini söyləmək üçün telefon zəngləri edib. Bir zamanlar Kral Abdullahın Kral Məhkəməsində köhnə katibi Xalid Tuvəyciri tərəfindən tətbiq olunan “qara işlər” indi əl-Qəhtani tərəfindən icra olunur.

Bin Naifin xəstələnməmiş padşahın kiçik oğluna yol açması asan olmayıb. Onun cangüdənlərinin, məsləhətçilərinin cib telefonları belə əllərindən alınıb, istefa verməyə məcbur edildikdən sonra gənc əmisi oğluna sadiq təbəə olmasına dair film çəkilib. Amma bu təhqiri onun morfin asılılıqlı narkoman olması barədə media kampaniyası izləyib.

Bunu kral Abdullah da şahzadə Salmanı kənarlaşdırmaq üçün etmişdi – eyni taktikadır. Tuvəycirinin Salmana qarşı etdiklərinin süjeti kralın vaxtsız ölümü ilə yarıda qaldı. İndi Salmanın oğlu eyni oyun dərsliyinə əsasən fəaliyyət göstərir.

Ancaq bu taktika Səud Evində gərginliyə səbəb olur. Bin Naifi qəzəb içindədir.

Bir şahzadə bildirib ki, bu, Səudiyyə Ərəbistanında ilk dəfə baş vermir. Bin Salman və Bin Naif arasında dava şahzadə Feysəllə kral Səud arasındakı güc mübarizəsini xatırladır.

Bir məqamda Feysəl Milli Qvardiyaya kral sarayını mühasirəyə almağı əmr etdi, amma heç kimə sürgünə məcbur olan padşahı təhqir etməyə icazə vermədi. Hörmət və gizlilik sonadək davam etdi…

 

Səud Evində çaxnaşma

 

Bir “tweet”ə görə 5 il həbs cəzası nəzərdə tutulsa da, ölkədə sosial media kampaniyası başlayıb. Kral Fəhdin oğlu Əbdüləziz bin Fəhd, "Məhəmməd ibn Naif zərərsizdir " adlı həştaq altında “quş buraxıb”.

Bin Salmana müxalif olan iki adam ortaya çıxıb. Biri nazir vəzifəsini saxlayan və Milli Qvardiyanın rəhbəri olan şahzadə Mətəb bin Abdullahdır. Ondan xilas olmaq planı uğursuz olub. Digər şahzadə – Əhməd Əbdüləziz – kral Salmanın ən kiçik qardaşıdır.

Əhməd və kral Salmanın qardaşı Əbdürrəhman bin Əbdüləzizin dəfnindən sonra başsağlığı üçün qəbul otağında cib telefonuna çəkilən video virus kimi yayıldı. Bu videodan görünür ki, qəbulda yalnız iki portret nümayiş etdirilir: Səudiyyə dövlətinin qurucusu kral Əbdüləziz və indiki kral Salman. Evin yuxarı boş divarında üç böyük şəkil üçün yer varikən, lakin yalnız iki portret asılıb.

 

G20 və Səudiyyə ordusunda zəruri islahat

 

Kral ailəsinin içində baş verən qarışıqlıqların digər əlamətləri var. Son G20 sammitinə nə padşah, nə də gələcək kral gəldi. Hansı problem Bin Salmanı evdə saxlamaq üçün kifayət qədər güclü idi və varis-şahzadənin beynəlxalq toplantıya getməsinə qadağa qoydu?

G20 – diqqət mərkəzində olmaq üçün qızıl bir fürsət idi. Amma nə isə Bin Salmanın getməsinə əngəl törətdi.

Növbəti məsələ silahlı qüvvələrin islahatıdır. Krallığın hərbi qüvvələrini möhkəmləndirmək üçün ciddi səbəblər var. Padşahlıqda rəqib güc mərkəzləri olmasa da, bütün üç qüvvəni birləşdirən vahid müdafiə quruluşu yaratmaq tələbatı var.

Milli Qvardiya isə dövlətin qurucusu ilə çiyin-çiyinə mübarizə aparan könüllülər üçün yaradılmış iş yeridir.

Milli Qvardiyaya və ya Daxili İşlər Nazirliyinin qüvvələrinə etibar edilmir, onlar hələ də sabiq varis-şahzadəyə – Naifə sadiq qalırlar. Buna görə də, ABŞ-ın köhnə hərbi qulluqçularını cəlb etməklə, kral qvardiyasının genişləndirilməsi planlaşdırılır.

Bin Salmanın Qətərə qarşı başlatdığı kampaniya, şübhəsiz ki, çevriliş məqsədi güdürdü. Onun Əl-Sani – Qətərin kral ailəsinin, Dohanın rəsmi veb-saytını ələ keçirməsinə dair etibarlı məlumatlar var.

İndi Bin Salman padşah olacaq, buna şəkk-şübhə yoxdur. O, bütün gücü bir ələ yığıb. Amma impulsiv şahzadə 81 yaşlı atasının mühafizəsi altında olmayacaq. Kralda qoca kəmağıllığı əlamətləri müşahidə edilir. Bunun bir əlaməti onun söhbətdə diqqətinin yayınmasıdır və bu, xarici səfərlərinə mane olur.

Buna baxmayaraq, padşah ailənin böyüyü statusunu qoruyur. Bu, onun gənc oğlunun faydalanacağı sığorta polisidir. Ölkədəki mövqeyi bir çox vəzifələri yerinə yetirən baş nazirə daha yaxın olacaq.

Bu, Salmanın ilk səhvə görə günahlandırılmasına şərait yaradır. Səltənətin xroniki qüsurları kral ailəsinin içində və çölündə şahzadənin düşmənlərinin artan sıralarını genişləndirəcək.

 

Tərcümə: Strateq.az