əl-Youm əs-Sabi (Misir), 24.07.2017
Terrorizmin Dohadan Fars körfəzi və qalan bütün dünyaya qədər yayılma xəritəsi bir sıra ərəb, Afrika və Avropa ölkələrini ehtiva edir. Qətər yeddi əsas ərəb dövlətində, yəni Misir, Suriya, İraq, Yəmən, Səudiyyə Ərəbistanı, BƏƏ və Liviyada terrorçu qruplaşmaları və “yatmış özəklər”i dəstəkləməklə xaos yaymağa hədəflənib.
Bu ölkələrin hər birində ölüm, hərc-mərclik, vətəndaş müharibəsini dəstəkləyən və böyük ərəb dövlətlərinin yenidən şəkillənməsi və daha kiçik rəqiblərə parçalanması üçün dinlər və millətlərarası nifaqı qidalandıran “Qətərin əli” olub. Aşağıda ərəb ölkələrindəki terrorizmin Qətər xəritəsinin ayrıntıları təqdim olunub.
1. İraq
*Xeyriyyəçilik fəaliyyəti və insan haqlarından istifadə edərək, ekstremist qruplaşmalara pul ötürən Əbdürrəhman bin Əmir əl-Nəimini maliyyələşdirib ki, bu da “Əl-Qaidə”nin İraqa girişini asanlaşdırıb.
*Qətər iraqlıların qətlə yetirilməsində bəzi üzvlərinin iştirak etdiyi İraq müxalifətinin birləşməsini təmin etmək üçün Dohada bir neçə konfrans təşkil edib. Bu, iraqlıları hiddətləndirib və tələb ediblər ki, Qətər onların daxili işlərinə müdaxiləni dayandırsın.
*Qətər öz vətəndaşları ilə İraqdakı “Əl-Qaidə” liderləri arasında vasitəçi olan Əbdürrəhman əl-Nəimi vasitəsilə hər ay İraqdakı “Əl-Qaidə”yə 2 milyon dollardan çox pul göndərib.
*Qətər İraqın ölkəni indiki duruma gətirən tarixində önəmli rol oynayıb. İŞİD işğalından sonra İraq şəhərləri viran qoyulub. Qətər İraqa düşmən terror təşkilatı sayılan İŞİD-i maliyyələşdirməyi davam etdirir.
*Qətər KİV-ləri 2014-cü ildə üsyan etmiş tayfaların sayəsində İraq əyalətlərini işğal etmiş İŞİD haqqında danışıb. KİV-lər adamları inanmağa məcbur edib ki, İraq tayfaları indiki siyasi sistemə qarşı qiyam edib.
2. Suriya
Qətər Suriyada terrorçu qruplaşmaları dəstəkləyir və maliyyələşdirir. Məsələn, “Cəbhət Fəth əş-Şam”ı və “əl-Cəzirə” telekanalı vasitəsilə idarə olunan “Cəbhət ən-Nusra” liderlərinin başçılığı ilə digər silahlı qruplaşmaları. Bundan savayı, Doha Suriyada “Əhrar əş-Şam” hərəkatını maliyyələşdirir və yardım göstərir.
*Qətərin Suriyadakı silahlı terrorçu qruplarla təması və sıx əlaqəsi var. Doha dustaqların və oğurlanmış adamların azad edilməsi üzrə sövdələşmələrdə iştirak edib. Məsələn, Qətər 2014-cü ildə Suriyanın Maəlulya şəhərində monastırdan oğurlanmış rahibələrin azd edilməsində vasitəçi rolu oynayıb. O zaman “Cəbhət ən-Nusra” ilə aparılan danışıqlar Dohanın “Əl-Qaidə” ilə dərin və etibarlı münasibətlərini göstərib.
*Qətər “dörd şəhər haqda saziş”ə daxil olan Kəfraya və Fua şəhərlərindən adamların təxliyəsi haqda razılaşmada vasitəçi rolu oynayıb. Bu saziş İraqda qətərli əsirlərin azad edilməsi əvəzində bağlanıb.
* Doha Suriyanın keçmiş baş naziri, Suriya rejiminə qarşı mübarizəyə çağıran Riad Fərid Hicaba siyasi sığınacaq verib.
*Qətər Suriyada müharibəni dayandırmaq üçün ərəb dövlətləri tərəfindən hərbi müdaxiləyə çağırıb. 2013-cü ildə atası hakimiyyətdən imtina etdikdən sonra şeyx Təmim dövlətin başında duraraq üsyançı qrupları dəstəkləməyə başlayıb.
3. Liviya
*Liviya lideri polkovnik Qəddafi və oğlu Mutəsim Bilalın 2011-ci il oktyabrın 20-də Sirt şəhərinin civarında ikin rayon ələ keçirildikdən sonra baş vermiş qətlini Qətər maliyyələşdirib və dəstəkləyib. Qəddafinin qətli şeyx Yusuf əl-Kərdavinin verdiyi fitvaya uyğun həyata keçirilib. O, bu haqda 2012-ci il fevralın 20-də “əl-Cəzirə” telekanalında bildirib.
*Qətər inqilab zamanı Liviya orusunun qərargah rəisi Əbdülfəttah Yunis daxil olmaqla Liviyanın görkəmli hərbi liderləri, zabit və polislərilərinin silsilə qətllərinin arxasında durub. Həmçinin Benqazinin şərqində Əbyar şəhəri rayonunda Liviya ordusunun indiki komandanı, feldmarşal Həftarın qətlinə cəhd edib.
*Benqazi ciddi cinayətlər üçün səhnə idi. Qətər təyyarələri Liviya ərazisindəki Benin beynəlxalq aeroportuna enirdi ki, terrorçuları, o cümlədən “Benqazi İnqilab Şurası” kimi tanlınanları müasir silahlarla təchiz etsin.
*Liviya ordusunun təmsilçisi, polkovnik Əhməd əl-Mismari Qətər hərbi qüvvələrinin Liviya ərazisində yerləşdirilməsi vasitəsilə Liviyada münaqişənin qızışdırılmasında Qətər məmurlarının rolunu sübut edən sənəd təqdim edib.
*Qətər silah alır və Sudan üzərindən Liviyaya göndərir. Doha silahı Qətərdən Mitiquya və ya əl-Cufraya nəql edir ki, sonra Qətər avtomobilləri və zirehli texnikasında Benqazi şəhərində Liviya ordusu ilə vuruşan terrorçulara göndərsin.
*Qətər pilotsuzlarla terrorçulara dəstək verir. Liviya ordusu Qətərin Benqaziyə terrorçular üçün göndərdiyi raketləri tapıb.
4. Bəhreyn
Bəhreynin informasiya agentliyi Qətər əmirinin müşaviri Həməd bin Xəlifə Abdulla əl-Ətti ilə Bəhreynin “əl-Vifak” partiyasının ölkəsinin hökuməti tərəfindən terrorizmdə ittiham edilən keçmiş deputatı Həsən Əli Muhəmməd Cuma Sultan arasındakı telefon danışığının səsyazısını translyasiya edib. İki nəfərin danışığı 2011-ci ildə Bəhreyndə xaos və “əl-Cəzirə” telekanalında silsilə translyasiyalar doğurub.
*Qətər hökuməti fitnəkar fəaliyyət silsiləsi vasitəsilə Bəhreynin siyasətinə müdaxilə yolu ilə öz gündəliyini ardıcıl şəkildə gerçəkləşdirir. Səsyazısı Qətər hökumətinin xaos yaradılmasında birbaşa iştirakını təsdiqləyir. Qətərdən maliyyələşən “əl-Cəzirə” kanalı xaos yaratmaq üçün ünsürlərdən biridir.
* “əl-Cəzirə” şiələrin Bəhreyndə həyata keçirdiyi 2011-ci il iğtişaşlarına dəstəkdə başlıca rol oynayıb. Kanal Bəhreyn haqda qətlləri və küçələrdəki digər zorakılıq aktlarını qanuniləşdirməyə cəhd etdiyi gündəlik hesabatlar təqdim edir, həmçinin Bəhreyndəki inqilabı vətəndaşların azadlıq və dəyişimlərə can atması kimi qələmə verirdi.
*İranın yerli qruplaşmalarla ölkədə dövlət çevrilişi həyata keçirmək cəhdindən sonra Bəhreyn 2011-ci ildə “əl-Cəzirə”nin ərəb və ingilis jurnalistlərinin ölkəyə girişini yasaqladı.
5. Birləşmiş Ərəb Əmirlikləri
*BƏƏ 2012-ci ilin iyulunda Qətərin maliyyələşdirdiyi “Müsəlman qardaşlar” terrorçu qruplaşmasına bağlı məxfi qrupun aradan qaldırılması haqda məlumat verdi. Qrup ölkə təhlükəsizliyini təhdid edən planlar hazırlayıb və hakimiyyəti, rabitəni ələ keçirməklə dövlət konstitusiyasına qarşı çıxış edib.
Beynəlxalq “Müsəlman qardaşlar” təşkilatı öz məqsədinə yetmək üçün istənilən üsuldan yararlanır və buna görə də hökumət bu iş çərçivəsində onlarla şübhəlini həbs edib.
*BƏƏ-nin keçmiş rəhbəri Əbdürrəhman bin Subaih əs-Suvəyda hərbiləşdirilmiş “Müsəlman qardaşlar” qruplaşması ilə əlaqəli gizli təşkilatın üzvü idi. Aydınlaşdı ki, “əl-Cəzirə” əməkdaşları BƏƏ ərazisinə xaos yaymaqdan ötrü bu təşkilat üzvlərinə təlim keçmək üçün Dubaya göndərilib.
*əl-Kardəvinin fitvaları Doha tərəfindən “Müsəlman qardaşlar”ın rəhbərliyi altında məxfi qrupun təşkili üçün istifadə olunub ki, bir sıra ölkələrdə, o cümlədən BƏƏ-də xaos törənsin və terrorçuluq planları gerçəkləşdirilsin.
6. Səudiyyə Ərəbistanı
*əl-Katif əyalətindəki şiələr 2014-cü ildən İŞİD tərəfdən hücumlara məruz qalır.
*Qətərin maliyyələşdirdiyi İŞİD 2015-ci ilin mayında əl-Katif əyaləti şiələrinin tez-tez ziyarət etdiyi əl-Kədih məscidini hədəf seçdi. Cümə namazı vaxtı partlayış baş verdi, nəticədə 21 nəfər həlak oldu və 101-i yaralandı. İŞİD öz açıqlamasında bildirdi ki, məsciddə ibadət edənlər dönük şiələrdir.
*2016-cı il iyulun 4-də şam namazı vaxtı əl-Katif şiə məscidinin yanında kamikadze terrorçunun təşkil etdiyi partlayış baş verdi, amma heç kim ziyan çəkmədi. Elə bu vaxt Peyğəmbər məscidinin yanında buna oxşar daha üç partlayış baş verdi. Səudiyyə Ərəbistanı DİN xəbər verdi ki, üç nəfərin qalığı tapılıb. Ehtimal ki, hər iki partlayış terrorçu kamikadzelər tərəfindən həyata keçirilib. Onlardan biri öz maşınında idi, digəri isə məscidə daxil olmağa uğursuz cəhddən sonra namaz vaxtı özünü partladıb.
*2017-ci ilin iyununda şiə çoxluğun yaşadığı əl-Katif şəhərində partladıcı qoyulmuş avtomobil partladı. Terrorçular əl-Avamiyyəyə tədarük üçün nəzərdə tutulmuş döyüş sursatı və partladıcı maddələr yüklənmiş avtomobildən istifadə etmişdilər.
7. Misir
*Qətər “Müsəlman qardaşlar” terror təşkilatı üzvlərinə və Misirdən qaçmış və Misir cəmiyyətini təhdid edən terrorizm probleminə görə sorumlu “əl-Qəməə əl-İslamiyyə” qruplaşmasının liderlərinə sığınacaq verib. Qətərin Misirdəki adamı sayılan prezident Muhəmməd Mursi devrilənə qədər Yusuf əl-Kardəvini, “Müsəlman qardaşlar” Rəhbər bürosunun bütün üzvləri və liderlərini fərəhlə qəbul edərdi.
*Qətər hökuməti prezident Muhəmməd Mursi devrildikdən sonra “Müsəlman qardaşlar”ın hakimiyyətə gəlişinə dəstək verib. O, “əl-Cəzirə” kanalında Qardaşlıq rəhbərlərini açıq qucaqla qarşlayaraq onları ordu və polisə qarşı terrorçu fəaliyyətə qızışdırıb.
*Qətərdən maliyyə dəstəyi alan terrorçular Misir DİN milli təhlükəsizlik idarəsinin “Müsəlman qardaşlar” işini təhqiq edən podpolkovniki Muhəmməd Məbruku ölüdürüblər. Bundan başqa, Qətər keçmiş prezident Muhəmməd Mursi, Qardaşlıq rəhbərləri və HƏMAS hərəkatı üzvlərinin ittiham edildiyi casusluq haqda qalmaqallı işdə mühüm rol oynayıb.
*Misirdə son illərdə həbs edilmiş terrorçular təsdiqləyiblər ki, Qətərin planlarını həyata keçirməkdən ötrü Misir ərazisində fitnəkarlıq, zorakılıq və terror əməliyyatları keçirmək üçün Qətər və Türkiyədə yaşayan “Müsəlman qardaşlar”ın liderlərindən pul alıblar.
* Qahirə, Gizə və İskəndəriyyədə baş vermiş bütün terror aktlarının arxasında “Müsəlman qardaşlar” və onların “qətərli dostları” dururlar. Dakahliyə əyalətində təhlükəsizlik qüvvələri idarəsi binasının yanındakı və xristian kilsələrindəki partlayşlarda onların əli var. Keçmiş baş prokuror Hişam Bərəkətin qətlində onların barmağı var. Və həmçinin Misir ordusu və polisinə qarşı fəaliyyətdə iştirak ediblər.
Sənədləşdirilmiş hesabatlar var ki, Qətər 2010-2016-cı illərdə terrorizmi dəstəyə, təxminən, 64,2 milyard dollar sərf edib. Lakin bəzi məlumatlara görə, Qətər terrorizmə maliyyə dəstəyini 80 milyard dollara qədər genişləndirib. Bu pullar terrorçuluq fəaliyyətində iştirak edən təşkilat və şəxslərə, o cümlədən “Müsəlman qardaşlar”, İŞİD və “Cəbhət ən-Nusra” kimi qurumlara verilib.
Tərcümə Strateq.az-ındır.