XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 13:02

Yəmən faciəsi:Söhbət aclıqdan düşdükdə ABŞ senatorları başlarını qaşıyır - Təhlil

Vicay Praşad

“AlterNet”

 

Bir neçə gün əvvəl Səudiyyə təyyarəsi Yəməndə, Məvzaa mahalında bir avtomobil karvanını atəşə tutdu. Bu maşınlar Yəmənin cənub-qərbindəki Taiz şəhəri yaxınlığındakı döyüşlərdən qaçan ailələri daşıyırdı. Həmlə nəticəsində eyni ailədən çoxu, ən azı iyirmi dinc sakin öldürüldü.

BMT-nin Qaçqınlar üzrə Agentliyindən (UNHCR) olan Şabiya Mantu: "Yəmən heç bir mülki şəxs üçün təhlükəsiz deyil", – deyir.

Səudiyyə Ərəbistanı hadisə ilə əlaqədar heç bir rəsmi bəyanat vermədi. Şübhəsiz, İnsidentlər üzrə Britaniya Qrupu (JIAT) mövcud sübutları öyrənəcək. Daha əvvəl baş verən vəhşiliklər JIAT tərəfindən nəzərdən keçirilib və 2017-ci ilin aprel ayı üçün hesabatında Səudiyyə Ərəbistanı bir çox vəhşiliklərə görə təqsirkar bilinib. Ancaq hər halda, Səudiyyə hökuməti ya "vurulan xəstəxananın varlığından xəbərsiz", ya da mülki ərazilərin anti-Səudiyyə hərbi bazaları kimi istifadə edildiyini bilir.

Səudiyyənin dinc sakinlərin olduğu əraziləri – məktəblər, xəstəxanalar, bazarlar və yaşayış məntəqələri bombardman etməsini inkar etmək mümkün deyil. Lakin onlar deyir ki, tam məsuliyyət daşımırlar.

Ərəb dünyasının ən zəngin ölkəsi – Səudiyyə Ərəbistanı 2015-ci ildə Ərəb dünyasının ən yoxsul ölkəsinə qarşı müharibəyə başladı. Bu dövrdə 25 milyon əhalisi olan Yəmən məhv edildi. BMT şiddətin ölçüsünü izləyir. Say günbəgün artır. Bu müharibədə 20 minə yaxın insan həlak olub, onların ən azı yarısı mülki əhalidir. Yəməndə xəstəxanaların və tibbi mərkəzlər işə yaramadığı üçün yaralananların sayı təsbit edilə bilməz. Bu, “müalicə üçün gələnlərin dəqiq sayı yoxdur”, – deməkdir.

Hazırda sağ qalanların həyatı təhlükə altındadır. Onlar üçün zaman sürünür. Müharibə sonsuzluğadək davam edir. Epidemiya güclənir. Qədim xəstəliklər ortaya çıxır. Aclıq hökm sürür.

Ötən həftə BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi İsmayıl Uld Şeyx Nyu-Yorkda idi. Yəməndəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasına müraciət etdi. Cənab Şeyx 20 milyon insanın müharibədən təsirləndiyini söylədi. Onların əksəriyyəti su, sanitariya, gigiyena və yeməyə həsrətdir. Yeddi milyon insan, o cümlədən 5 yaşdan yuxarı olan 2,3 milyon uşaq aclıqdan əziyyət çəkir. Ölkədə 320 min vəbalı xəstə var və bu xəstəlikdən 1700 nəfər ölüb.

BMT Cibutidən Sənaya yardım uçuşu ilə əlaqədar üç BBC jurnalistini göndərməyə çalışdıqda, Səudiyyə dəstəkli qüvvələr onların gəlişinə maneə törətdi. Millətlər Təşkilatının Yəməndə Humanitar İşlər üzrə Koordinasiya Ofisində çalışan Ben Lassued dedi: "Dünyanın ən böyük humanitar böhranlarından biri olan Yəmənin beynəlxalq medianın diqqətini cəlb etməməsi nə qədər təəccüblü olsa da, qismən izah olunur".

Yəmən, Somali, Cənubi Sudan və Nigeriya – bu, insan əməlindən yaranan, iyirmi milyon insanın ölümünə səbəb olan aclıq sahələridir. Heç bir humanitar müdaxilə mümkün olmadı. Səlahiyyətlər az narahatdır. Sosial mediada aclıqdan çöpə dönmüş uşaqların şəkilləri göz deşir, amma heç bir hərəkət yoxdur. BMT yalnız bu dörd ölkədə aclığın qarşısını almaq üçün 6,27 milyard dollarlıq vəsaitin yalnız 43%-ini toplata bildi. ABŞ bu səylərə 1,9 milyard dollar yardım edib.

Ancaq bu, ABŞ silah sənayesinin Səudiyyə Ərəbistanına silah satşından əldə etdiyi gəlirlə müqayisə oluna bilməz. ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanına səfər edərkən, ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah razılaşması imzaladı. Bu müqavilə on il ərzində 350 milyard dollarlıq silah satış müqaviləsinə əlavədir.

Başqa sözlə, Birləşmiş Ştatlar müharibə cinayətlərinə və qıtlığa səbəb olan münaqişəni gücləndirir.

2016-cı ildə BMT-nin ekspertlər qrupu Yəmənə qarşı Səudiyyə müharibəsində "geniş yayılmış və sistemli" insan haqlarının ciddi pozuntularını təsdiqlədi. Həmin hesabatda “ən qəribə fakt” budur ki, Səudiyyə Ərəbistanının nəqliyyat marşrutları (dəniz və hava), ərzaq saxlamaq üçün soyuducu qurğuları (o cümlədən “Oxfam” anbarı) və Avropa Birliyi tərəfindən maliyyələşdirilən su layihəsinə hücumlar edib.

Qrupun hesabatında qeyd olunur ki, "yerli ərzaq və kənd təsərrüfatı məhsulları sahələrinə üç koalisiya hücumu" sənədləşdirilib. 2015-ci ildə Səudiyyə təyyarəsi Yəmənin liman şəhəri Hudaydada kranlar və anbarları məhv edib. Yəmən ərzağın 90 faizini idxal edərkən, bu infrastrukturun məhv edilməsi fəlakətə səbəb olub. Səudilərin qida daşınması, saxlanılması və su təmizləyici qurğulara zərbələri Yəməndə qıtlıq şəraiti yaradıb.

Cənab Şeyxin BMT Təhlükəsizlik Şurasına göndərdiyi hesabatı qurum üzvləri səssiz qarşıladı. Çinin səfiri Lyu Cieyi iyul ayı üçün Təhlükəsizlik Şurasının prezidentidir. Onun sözlərinə görə, səssiz üzvlər "bir-birinə diqqətlə baxdılar" və "Yəməndə münaqişəni sona çatdırmaq üçün yeganə yol" kimi siyasi həlli dəstəklədilər.

Bu ilin may ayına planlaşdırılan danışıqlar nəticəsiz qalıb. Omanda, BMT liman şəhəri Hudaydaya nəzarəti neytral ölkəyə verməyi təklif etdi. Bu mühüm şəhərə kimin məsuliyyət daşıması barədə tərəflər razılaşa bilmədi.

UNICEF-in təmsilçisi Castin Forsit ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin alt komitəsinin qarşısına çıxdı. O qeyd etdi ki, Yəmən kimi yerlərdə baş verən böhranlar dərhal çözülməlidir. Yardım fondları təmin edilməli və böhrana siyasi həlli tapılmalıdır. Faciə geometrik olaraq artır. "Münaqişə, quraqlıq kimi ekstremal iqlim hadisələri, ətraf mühitin gördüyü zərər, iqlim dəyişikliyi, dolanışıq yoxluğu və yoxsulluq  – bütün bunlar qıtlıq və böhrana səbəb olur. Buna görə də böhranlar davam edirəcək”.

Senatorlar başlarını qışqırdılar. Onlar bilir ki, silah müqavilələri var…

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə