Bryus Ridel
“Al-Monitor”
Həmzə Bin Ladenin kral ailəsinin qanuniliyini şübhəyə alması ilə “Əl-Qaidə” yeni əks-hücuma keçdi. Bu, qrupun 2009-cu ildə Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd ibn Naifə uğursuz sui-qəsd cəhdindən sonra ilk ciddi çağırışdır.
15 il əvvəl “Əl-Qaidə” Səudiyyənin kral ailəsinə müharibə elan etdi. Usamə bin Ladenin inqilab çağırışı ilə başlayan hərəkat krallıqda ən ciddi və təhlükəli şiddətə səbəb oldu. Terror hücumları bütün böyük Səudiyyə şəhərlərini əhatə etdi. Yalnız Məhəmməd bin Naifin rəhbərliyi ilə davam edən antiterror kampaniyasından sonra “Əl-Qaidə”nin hücumları yatırıldı.
Bin Ladenin sevimli oğlu kral ailəsinə təhdid edən iki səsli mesaj yayıb. Bir il əvvəl buraxılan ilk audio ismarışda o, təkbaşına həyata keçirilən intihar hücumlarını dəstəkləmiş və krallıqda üsyana çağırış etmişdi.
Son audio ismarış “tarix dərsi” idi və “Əl-Qaidə” tərəfindən Pakistanda gizli fəaliyyət göstərən “Sahab” media quruluşu tərəfindən yayıldı.
Həmzə bin Laden müasir Səudiyyə padşahlığının təsisçisi Əbdüləziz ibn Rəhman əl-Səudun (İbn Səud) ingilis casusu olduğunu bildirir. O iddia edir ki, İbn Səud Ərəbistan yarımadasında Osmanlı imperiyasını və onun Raşidi müttəfiqini zəiflətmək üçün ingilislərlə əlbir olub.
Həmzə qeyd edir ki, Birinci Dünya müharibəsi başlandıqdan sonra ingilislər kapitan Uilyam Henri Şekspiri osmanlılara və raşidlərə qarşı formal bir ittifaq təklif etmək üçün İbn Səudun yanına göndəriblər. Daha sonralar rəşidilərlə döyüşdə ingilis emissarı öldürülüb. Həmzə iddia edir ki, Səudlar Osmanlılara qarşı "səlibçilərlə" əlbir olaraq İslama xəyanət ediblər. Osmanlı İmperatorluğunun çökdürməklə “səlibçilər” İsrailin təşəkkülünə yol açıblar.
Həmzə “Əl-Qaidə”nin gələcək əmiri olmağı düşünür, atasına varisi görünüşü yaradır – ağıllı siyasi teatrdır.
“Əl-Qaidə”nin Məhəmməd ibn Naifə qarşı hücumundan sonra indi bir daha Səudiyyə Ərəbistanının keçmiş varisinin adı acı istehza mənbəyidir.
Şahzadənin əleyhdarlarına əsaslanan bir neçə media quruluşun verdiyi məlumata görə, kral Səlman, həyatına uğursuz cəhddən sonra Məhəmmədin ağrıkəsicilərindən asılı olduğunu sübut etməyə çalışır. Bir məlumatda deyilir ki, Bin Naifin bədəndə hələ də qəlpələr qalıb. Ağrıkəsicilər şahzadənin aydın dərrakəsinin yoxluğunun səbəbidir.
Səudiyyə Ərəbistanının hakimiyyəti orqanları bu məlumatları təkzib ediblər, amma Məhəmməd bin Naifin Daxili İşlər Nazirliyinə rəhbərlikdən çıxarılmasına alternativ izahat vermədilər. “Əl-Qaidə” və Bin Laden, nəhayət, Bin Naifdən intiqamını aldı.
Məhəmmədin itkisi Səudiyyə təhlükəsizlik təşkilatının sarsılmasına gətirib çıxardı. Kral Qvardiyasının rəhbəri işdən qovulub və izahatsız başqa şəxslə əvəz olunub. Daxili İşlər Nazirliyi yenidən təşkil edilir.
O cümlədən Əbdüləziz bin Fəhdin oğlu daxil olmaqla, bir neçə kral ailəsi üzvü Bin Naifə qarşı ittihamı açıq şəkildə tənqid etdi. Vəliəhdlikdən kənarlaşdırıldıqdan bəri o, ev dustağıdır.
Yeni vəliəhd Məhəmməd bin Səlman, atası kimi, səltənətə nəzarət edir.
Hazırda kral Mərakeşin Tanjer şəhərində istirahət edir. Kral xaricə səyahət edərkən, onun yoxluğunda padşahlığı idarə etmək varisin vəzifəsidir.
Səlman, Tanjerdə 800 nəfərlik məiyyəti üçün otel kirayələyib. Mərakeşdə o, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və İordaniya Kralı II Abdullah da daxil olmaqla, xarici liderlərlə görüşəcək.
Bu arada, Səlmanın taxt-tacı tərk etməsi və oğlunu kral elan etməsi ehtimal olunur.
Məhəmməd bin Salman varis olsa da, sələfilik xətti tamamlanmayıb. Onun əvvəllər tutduğu vəzifəyə yeni rəhbətr təyin etməyib. Səudiyyə sistemində 3 nömrəli şəxs yeri boşdur.
Ərəb yarımadasında “Əl-Qaidə” özəkləri aktiv olaraq qalır və səltənət qatı düşmənləri ilə savaşda hələ bir çox çətinliklərlə qarşılaşacaq.
Tərcümə: Strateq.az