Mehmet Özay
“Anadolu News Agency”
Çin rəhbərliyinin başda Cənubi Çin dənizi olmaqla, beynəlxalq sularda qonşu ölkələrlə sərhəd anlaşılmazlıqları, dənizlərdən sonra quruda da ortaya çıxdı.
Çin, Hindistan və Butan arasında Himalay dağlarındakı strateji əhəmiyyətli dar bir boğazda başlayan gərginlik rəsmi Pekinin təhdidləri ilə artır. Son proses Çin ordusunun iyun ayının əvvəllərində Butanla sərhəd bölgəsində yol inşası ilə intişar tapdı.
Hindistan rəhbərliyi Çinin Doklam platosundakı varlığını, Hindistanla Butanı bir-birinə bağlayan Siliquri dəhlizini kəsməyə yönəlmiş cəhd kimi qiymətləndirir. Rəsmi Dehli busəfərki münaqişənin əvvəlki sərhəd ixtilaflarından fərqinə diqqət çəkərək, Çinin bölgədə “status-kvo”nun əleyhinə olduğu iddiasını gündəmə gətirdi.
Çin rəhbərliyindən sərt xəbərdarlıqlar
Bu geniş sərhəd ərazisinin kiçik ortağı olan Butan mühüm mövqeyə malikdir. Butan rəhbərliyinin Çinlə hər hansı bir siyasi əlaqəsi olmadığından söz haqqı və təhlükəsizliyini Hindistana əmanət edib. Çin ordusu Butanla sərhəd anlaşmazlığına səbəb olan bölgədə yol inşasına başlayan kimi Hindistan milli təhlükəsizliyinin təhdid edilməsi bəhanəsilə bir qrup əsgərini Çin tərəfinə keçirdi. Buna qarşılıq olaraq rəsmi Pekin Hindistan əsgərlərinin Çin sərhədini aşmasını “qəsbkarlıq” adlandırdı, təhdid məzmunlu şərhlər də bir-birini təqib etdi.
Çinin xarici işlər və müdafiə nazirlikləri Hindistanı sərhədi pozmaqla xəbərdar edərkən, hind birliklərinin dərhal geri çəkilməsi tələb olundu. Əks halda, Çinin suverenliyini qorumaq üçün hər yola əl atacağı bildirildi.
Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bu qərarlı yanaşmanı daha da gücləndirdi. O: "Çin ordusunu sarsıtmaq bir dağı sarsıtmaqdan daha çətindir", – dedi, bunla da Hindistan tərəfinə niyyətini çox dəqiq ifadə etdi. Digər tərəfdən bölgədəki Çin birliklərinin gerçək güllələrlə keçirdiyi hərbi təlim rəsmi Pekinin öz hədələrindən geri çəkilməyəcəyinə möhkəm dəlildir.
Dəyişən geosiyasət
Hindistan ordusunun Pekindən gələn bütün xəbərdarlıqlara qarşı bu ana qədər geri addım atmaması gərginliyin davamı mənası daşıyır. Bu proseslər kontekstində Hindistan günahkar təəssüratı yaradır. Ancaq çox geniş sərhəd bölgəsində hər hansı dəqiqliyin olmaması böhrana çevrilə biləcək ixtilafların zəminini təşkil edir.
Keçmişdə iki ölkəni zaman-zaman qarşı-qarşıya gətirən bu təməl problem tərəflər arasında “güvən artırmaq məqsədi daşıyan” 2013-cü il tarixli müqavilənin da arzu edilən niyyətə xidmət edib-etmədiyinin araşdırılmasını tələb edir.
Himalay kimi çətin coğrafi ərazi, buna əlavə olaraq yeni geostrateji meyllər və milli təhlükəsizlik prinsiplərində fərqlər iki ölkənin sərhəd anlaşmazlığında gedərək kəskin ifadələrin gündəmə gəlməsinə səbəb olur. Bu günə qədər davamlı olduğu müşahidə edilən status-kvonun nə qədər həqiqi təməllərə dayaqlandığı da şübhəlidir.
Bu gün Çin-Hindistan sərhəd anlaşmazlığına səbəb olan bölgə, 1962-ci ildə yaşanan və Hindistanın geri çəkilmək məcburiyyətində qaldığı, “məğlubiyyət” də adlana biləcək qarşıdurma ilə nəticələnmişdi. Çin xarici işlər və müdafiə nazirliklərinin şərhləri, habelə Çin mediasındakı təhlillərdə 1962 qarşıdurmasına istinadən bu dəfə Hindistan üçün nəticənin çox daha ağır olacağı deyilir.
Ancaq bu gün fərqli geosiyasi və strateji qayğıların təyinedici olduğunu nəzərə aldıqda, Himalayadakı sərhəd münaqişəsinin fərqli nəticələr doğura bilməsi mümkündür.
Sərhəd anlaşılmazlığı
İyun ayının əvvəllərində gündəmə gələn sərhəd pozuntusu, əslində, İkinci Dünya müharibəsindən sonra Çin və Hindistanın 3 min 500 kilometr uzunluğundakı sərhəd xətti üzərində yaşanan ixtilaflarda yeni bir mərhələ açdı. 1962 və 1967-ci illərdə meydana gələn qarşıdurmalardan sonra mövcud problemlərin həllinin gələcəyə saxlanılması ilə, status-kvonun qorunması qərarı da.
Ancaq son proses göstərir ki, rəsmi Pekin Cənubi Çin dənizindən sonra indi də Himalayda inşa fəaliyyətinə girişərək, bölgədə status-kvonun dəyişməsi istiqamətində addım atır. Ən azından Hindistan rəhbərliyi inşa fəaliyyətini bu şəkildə şərh etməyə ehtiyacı hiss edir.
Bu ay Hindistanın ABŞ və Yaponiya ilə Hind okeanında reallaşdırdığı hərbi təlim Çinin qlobal açılışı qarşısında mühüm su yollarında beynəlxalq status-kvonun qorunması məqsədi daşıyırdı. Hindistan rəhbərliyini bu gün Himalayın bir küncündə önləyici tədbir görməyə vadar edən Çinin Cənubi Çin dənizində sərgilədiyi mövqe onun geri addım atma niyyətində olmadığını aydın göstərir.
Böhranın bu həftə Çində keçiriləcək BRISC konfransında gündəm mövzulardan biri olacağı qətidir. Ancaq iki tərəfin da qarşılıqlı güzəştə gedəcəyi mücərrədir.
Tərcümə: Strateq.az