XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 20:18

ABŞ-Avropa ticarət müharibəsi başlanır:Rusiyaya qarşı sanksiyalar ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək – Təhlil

Tim Uorstoll

Forbes (ABŞ), 28.07.2017

 

Bu, çox da yaxşı, daha dəqiqi, heç yaxşı xəbər deyil: Avropa Birliyi ABŞ-ın Rusiyaya nisbətdə təklif etdiyi sanksiyalar üzündən cəza hədə-qorxusu gəlir. Əsas problem bundan ibarətdir ki, ticarət müharibələri məhz belə başlanır. Kimsə deyir: “Siz bunu edə bilməzsiniz”, sonra isə başqaları hiddətə gəlir və bağırır: “Yox a, siz də bunu edə bilməzsiniz” və biz digər çoxlu nəsnələri etməyin mümkünsüzlüyü haqda iddialar burulğanına düşürük. Doğrudan da, bəzi qədim kitablarda “gözə göz, dişə diş” prinsipinin dəyərindən danışılır və bəzən uşaqların davranışını bu cür səciyyələndiririk.

Lakin hələlik hökmən deyə bilmərik ki, Rusiya tərəfdən ABŞ seçkilərinə hər hansı müdaxilə olub, amma Amerika sanksiyalarının genişləndirilməsinin bəyan edilmiş səbəbi də budur. Əlbəttə, bu növ xeyli bəyanat var, lakin mən buna meyllənirəm ki, tüstü haqda bu bağırtıları odu hələ heç kimin tapmadığının yaxşı sübutu kimi qavrayım. Burada mənim vəzifəm ABŞ siyasətindən deyil, iqtisadi siyasətdən danışmaqdır. Həm də sanksiyalarla mübarizə aparmaq iqtisadiyyatda ən yaxşı seçim deyil. Xüsusən də onun çoxalma burulğanına düşdüyümüz bu haldakı kimi.

Ehtimal ki, qanun layihəsi Rusiya ilə münasibətləri yaxşılaşdırmağa ümid edən ABŞ prezidenti üçün çətinliklər yaradacaq. Qanun layihəsi buna yönəlib ki, 2016-cı il ABŞ seçkilərinə ehtimal edilən müdaxiləyə görə Rusiyanı cəzalandırsın.

Artıq dediyim kimi, düşünmürəm ki, hazırda bu bəyanatların mötəbər sübutları var və hələ məlum olmayan heç nə haqda qisas üçün hələlik çox tezdir. Bununla belə, Vaşinqton Rusiyaya nisbətdə Avropa şirkətlərinə təsir edəcək yeni sanksiyaları qəbul etsə, Brüssel ABŞ-a qarşı cavab tədbirlərinə hazırlıq görür.

Avropa komisssiyasının sədri Jan-Klod Yunker Avropanın energetika və yaxud başqa şirkətlərin ABŞ Konqresində müzakirə edilən sanksiyaların qurbanı olarsa, Brüsselin necə cavab verməli olacağını mümkün qədər tez qət etməyə çağırıb.

Komissiyanın çərşənbə toplantısına hazırlanmış və “The Financial Times” qəzetinin gördüyü qeydə əsasən, ABŞ tədbirləri “AB-nin narahatlığı nəzərə alınmadan qəbul ediləcəksə”, Brüssel “bir neçə gün ərzində hərəkətə keçməlidir”.

AB müəyyən dərəcədə haqlıdır. ABŞ-ın müzakirə etdiyi sanksiyalar ABŞ-dakılardansa Avropadakı şirkətlərə daha çox təsir edəcək. Və, fikrimcə, necə deyərlər, Rusiyanın ABŞ-da etdiyinə görə bizi cəzalandırmaq hədsiz qəddarlıqdır.

Rusiyadan Almaniyaya “Şimal axını-2” qaz kəmərinin gələcəyi avropalılarda xüsusi narahatlıq doğurur. Təbii qazın haradasa üçdə biri Avropa Birliyinə əvvəlki kimi Rusiyadan daxil olur. Mövcud qaz kəmərinin buraxılış qabiliyyətini ikiqat genişləndirmək təklifi Almaniyanı AB-də əsas energetik mərkəz edəcək.

Bəli, əlbəttə, qaz ixracatı Rusiya üçün çox önəmlidir. O, həmçinin bizim üçün də olduqca önəmlidir. Mərkəzi Avropada onun sayəsində qışda isti olur. Beləliklə, artıq dediyim kimi, AB-nin, ən azı, bu haqda bir az narahat olmağa haqqı var.

Avropa komissiyasının vəzifəli şəxsləri deyirlər ki, blok Birləşmiş Ştatlar tərəfindən toxunulmaz tədbirlərin qarşısını almağa imkan verən  AB qaydalarından istifadə edərək ABŞ-dan AB-nin energetika şirkətlərini siyahıdan çıxartmağı tələb edə və yaxud ABŞ-ın müəyyən şirkətləri ilə ticarət aparılmasına birbaşa yasaqlar qoya bilər. Bundan savayı, AB Ümumdünya Ticarət Təşkilatına şikayət edə bilər.

ABŞ sanksiyaları pis davranışa görə Rusiyanı cəzalandırmağa yönəlib. Amma bu, avropalıların ziyan çəkməsinə şərait yaradacaq. Bu məqamda AB Amerika şirkətlərini cəzalandırmağa başlamaqla onlarla əməkdaşlığı qadağan edəcək. Onda, şübhəsiz, qəzəblənmiş amerikalılar Avropanın bəzi şirkətləri ilə sövdələşməni qadağan etməyə başlayacaqlar və ümumi yoxsullaşmağa gətirib çıxardacaq “gözə göz” prinsipi üzrə mübarizə başlanacaq.

Həqiqətən də, məqamlar olur ki, sanksiyalar faydalı üsula çevilir. Məsələn, Şimal Koreyaya nüvə materialları satışına yasaq mənə çox önəmli görünür. Lakin sanksiyaları etinasız tətbiq edəndə, bu durumda baş verəcəyi kimi, ticarət müharibəsinə başlamaq çox asandır.

 

Tərcümə: Strateq.az 




Yuxarı Əvvələ Ana Səhifə