XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 10:00

Almaniya-Türkiyə gərginliyi AKP-ni parçalayıb –"Yorulmusansa, kənara çəkil" mesajı Binəli Yıldırma aiddir?

Zülfüqar Doğan

“Al-Monitor”

 

Almaniya və Türkiyə arasında dalbadal yaşanan gərginlik aralarında alman vətəndaşı Peter Stoydtnerin də olduğu insan haqları müdafiəçilərinin həbsi ilə zirvəyə çatıb.

Həbsdən sonra Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ilk dəfə Türkiyəyə qarşı sanksiyası məsələsini gündəmə gətirib. Alman şirkətlərinin Türkiyədəki sərmayələrinin müdafiə olunmadığını dilə gətirən Qabriel, Türkiyəyə səyahət edən alman vətəndaşlarının da hər an həbs olunma ehtimalı ilə üzləşə biləcəyini bildirib.

Bu sözlər örtülü şəkildə sərmayəçilərə və turistlərə "Türkiyəyə getməyin, investisiya qoymayın" təlqini kimi yozulub.

Bu müddətdə Türkiyə rəhbərliyində iki fərqli yanaşma yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğan Almaniyaya təpkisini sərtləşdirib, bəzi rəsmilər gərginliyi daha da artıracaq açıqlamalar etməyə başlayıb. Baş nazir Binəli Yıldırım və bəzi hökumət üzvləri isə daha mülayim, təzyiqendirici, gərginlikdən iki tərəfin da zərər görəcəyini vurğulayan ifadələrlə böhranı zəiflətməyə səyi edib.

Ərdoğan Türkiyədəki alman şirkətlərinin "terrora dəstək vermə"yə görə araşdırma ilə üzləşdiyinə dair iddiaların "yalan" olduğunu ifadə edib: "Almaniyanın iqtisadiyyat nazirinin heç bir əsasa söykənməyən mesajlarla ölkəmizə sərmayə qoyan şirkətləri ürküdən bəyanatlarını şiddətlə qınayıram. Terrorla, terrora bulaşanlarla siyasəti bir-birinə qarışdırmayın. Milli Kəşfiyyat Təşkilatı və Daxili İşlər Nazirliyi rəhbərlərindən soruşdum: “Alman şirkətləri ilə əlaqədar hər hansı istintaq hərəkəti aparılırmı? Aldığım cavab budur: “Heç bir alman şirkəti əlaqədar istintaq hərəkətləri yoxdur, hamısı yalandır".

Ərdoğan partiyanın başçısı olaraq AKP Məclis qrupunda etdiyi çıxışında həbs olunan insan hüquqları müdafiəçilərini casusluqda günahlandırıb: "Sən Türkiyənin Respublika başçısına, nazirlərinə danışma imkanı verməyəcəklər, amma casusların gəlib burada otellərdə min hoqqadan çıxacaq?"

Prezidentin sözçüsü İbrahim Kalından da ona dəstək gəlib: "Kimsə Türkiyəyə Avropadan və ya bir başqa yerdən barmaq silkələyərək yerini göstərməyə cəsarət etməsin!"

Baş nazir Binəli Yıldırım isə getdikcə qopma nöqtəsinə doğru irəliləyən Türkiyə-Almaniya münasibətlərindəki bu gedişin gətirəcəyi ağır nəticəni dərk edir. Baş nazir Yıldırımın şərhləri Ərdoğanın rəftarının tam əksi istiqamətindədir.

Prezidentinin sərt sözlərinin fərqli olaraq, Yıldırım əlaqələri daha çox gərmənin mənasız olduğunu vurğulayıb və əlavə edib: "Alman səlahiyyətlilərə səslənirəm, daha sakit və səbirli hərəkət edək. Məsələləri danışaraq, görüşərək çözə biləcəyimizə inanırıq".

Bu arada prezident Ərdoğanın "yalan" dediyi – Türkiyədə 681 alman şirkətini ehtiva edən bir siyahının "terrora dəstəyə" görə İnterpol vasitəsilə Almaniyaya göndərilməsi ortaya çıxıb. Türk vəzifədaşı Almaniya Daxili İşlər Nazirliyi rəhbərinə bunun "səhv başa düşülmə" olduğunu və siyahını geri çəkdirildiyini açıqlayıb.

Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ da alman şirkətlərinə qarşı hər hansı bir istintaq hərəkəti aparılmadığını, "böyük ünsiyyət səhvi" yaşandığını söyləyib.

Bu "rabitə səhvi" hökumətin alman şirkətləri əlaqədar "terror siyahısı" hazırladığını ortaya çıxarıb. Prezident Ərdoğan və digər hökumət səlahiyyətlilərinin "Belə bir siyahı və istintaq yoxdur”. şərhlərinin gerçəyi əks etdirmədiyi, MİT və Daxili İşlər Nazirliyinin səhv məlumat verdiyini aşkar olub.

Vəziyyəti hamarlamaq vəzifəsi yenə baş nazir Yıldırımın öhdəsinə düşüb. İyulun 27-də 19 alman şirkətinin idarəçilərini Çankaya Köşkünə dəvət edən Yıldırım şirkətlərə zəmanət verib. Əlaqələrdəki gərginliyin müvəqqəti olduğunu vurğulayaraq o deyib: "Ən az yarım əsrdən bəri Türkiyədə olan, artıq bir alman firmasından daha çox türk firması kimi xalqın yaddaşında yer almış investorların haqsız şəkildə təqib olunması, onların bu əlaqələrdən əvəz ödəməsi əsla düşündüyümüz bir şey deyil".

Prezident və baş nazir arasındakı bu rəftar və ifadə fərqi, iqtidarın Almaniya siyasətində parçalanma, partiya-iqtidar qarşıdurmasına dəlalət edir.

CHP İstanbul millət vəkili Ərdoğan Torpaq deyib: "Prezident və ətrafındakı dar heyət, 2019-u hədəfləyərək, qidasını qarşıdurma və gərginlikdən alan quzğun siyasəti sərgiləyir. Baş nazir Yıldırım isə əksinə “Problemi görüşərək həll edək, münasibətləri gərmənin mənası yoxdur” rəftarındadır. Baş nazir ümumi rəhbərliyi təhvil verdi. Nazirlər keçid müddətinin dolmasını gözləyir. Prezident bütün körpüləri dağıtmağa, qırıb tökməyə hazırdır. Xarici siyasətdə iqtidar içindəki bu iki qütb Türkiyəyə itkilər verdirir. Hazırda Türkiyənin bölgədə və dünyada yeganə müttəfiqi var, o da Qətərdir!"

Almaniya Türkiyənin xarici ticarətində, turizm gəlirlərində ilk sıralardadır. Hərbi təyyarənin vurulması böhranının ardından Rusiyanın iqtisadi sanksiyalarının ziyanını hələ doldura bilməyən Türkiyə baxımından indi də Almaniyanın sanksiya tətbiq etməsi ağır nəticələr doğuracaq. Almaniyanın Aİ üzvü ölkələri də bu istiqamətdə hərəkətə keçirməsi halında, Ankara ziyanın altından çıxa bilməz.

Baş nazir bu riski görüb alman investorlara zəmanət verməyə çalışarkən, prezident Ərdoğanın sərt ifadəni davam etdirməsi 2019-cu ilin prezident seçkilərini hədəfləyən gərginlik siyasətinin nəticəsidir.

Ərdoğanın AKP millət vəkillərinə "Yorulan varsa, kənara çəkilsin" deməsi 2019-da bəzi üzvləri itirmə ehtimalına işarə sayılır. AKP-lilərə bu xəbərdarlıq baş nazir Yıldırıma da "2019-a qədər dözə bilməyəcəksənsə, kənara çəkil" mesajı şəklində şərh oluna bilər.

Xülasə, AKP içindəki bu siyasi ayrışmanın su üzünə çıxardan Almaniya gərginliyi olub. Bu parçalanma, 2019-a qədər olan dövrdə Yıldırımı istefaya məcbur edəcək nöqtəyə daşıya bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə