XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 12:14

Amerika-Çin müharibəsi başlasa… –Kimin nəyi var? – Araşdırma

Aleksandr Sıqanov

tsargrad.tv, 31.07.2017

 

Çin və Amerika tərəfdən perspektivdə “qaynar” müharibəyə aparan bəyanatlar səslənib. Bunda kim qalib gələcək?

Keçən günlər Çin və ABŞ liderlərinin iki bəyanatını tarixə göstərib. Onlar ayrı-ayrılıqda təklənmiş görünür. Və hətta prinsipcə yeni deyil, əvvəlki ifadələri inkişaf etdirən konsepsiyadır. Amma belə alınıb ki, bunlar zamanda boksçuların döyüşün başlanğıcındakı iki yumruğu kimi üzləşib – sanki hələ də ciddi deyil, amma artıq rəqiblərin döyüş əzmini sınayır.

 

Sözlə yoxlama

 

Hələ Qərbdən bir adət də gəlib – boksçular döyüşdən qabaq mətbuat konfransında ağır baxışlarla bir-birini sınayır, təhqirlər püskürür vəö ümumiyyətlə, necə deyərlər, “buğa” kimi baxışırlar.

Və budur, ÇXR sədri Si Szinpin və ABŞ prezidenti Donald Tramp qəflətən, bəlkə də, ola bilsin, qanunauyğun şəkildə, təxminən, bu cür “sözlə yoxlama”da qarşılaşıb.

Əvvəlcə Tramp öz tvitterində Çindən “məyus olduğunu” ifadə edib, çünki o, guya Şimal Koreya probleminin həlli üçün heç nə etməyib. Başqa sözlə, nüvə və raket qüvvələrinə nisbətdə KXDR-in tərki-silah edilməsi üçün.

Məsələ həmişəki kimi son nəticədə ABŞ-ın həyasız, həm də özbaşına üzərinə götürdüyü polis iddialarına dirənir. Yəni Pekinin baxımından aşkarca yersiz məyusluqdur.

Birincisi, Tramp şəxsən Çinə heç vaxt heyran olmayıb, həm də seçkiqabağı kampaniyanın gedişində bildirib ki, bu ölkə ilə ticarət balansını bərabərləşdirəcək və onu dünya ticarətində tutduğu yerdən düşürəcək.

İkincisi, Tramp müstəqil şəkildə KXDR-in güzəştinə müvəffəq olmaq əzmini ifadə etmişdi və hətta bu ölkənin sahillərinə aviadaşıyıcı qruplar  göndərmişdi. Amma çox da qorxaq olmayan Şimal Koreya lideri Kim Çen In qərbli barbarları cəsarətlə geri göndərdi və raket sınaqlarını əzmlə davam etdirdi. Uçuş parametrləri indiki sınaqlarda göstərir ki, 4 min kilometr yuxarı qalxan Şimal Koreya raketləri ballistik qövs üzrə ABŞ ərazisinə asanlıqla çatır. Və indi qorxuya düşmüş Amerika istəyir ki, potensial düşmən qismində göstərdiyi ölkə təhlükəni ləğv etsin. Ən azı, Pekində bunu bu cür anlaya bilərlər.

ABŞ sanki bu təəssüratı gücləndirməkdən ötrü Ağ Evin Çinə qarşı sanksiyalar hazırladığı haqda informasiya sızıntısı törədib. Sanksiyalar haqda qərar artıq cari həftənin sonunda qəbul edilə bilər. Bu barədə ABŞ Konqresinə yaxın “Politico” nəşri xəbər verir. Nəşr bu dəfə ABŞ administrasiyasındakı bir neçə məmura isnadla bildirir ki, Donald Trampın müşavirləri Çinə qarşı, az qala, həftə ərzində tətbiq oluna biləcək mümkün iqtisadi sanksiyalar üzərində işləyirlər.

Müşahidəçilərin fikrincə, çətin ki bu cür tezliklə alınsın. Lakin ABŞ-ın prinsipcə buna gedə biləcəyinə heç kimin şübhəsi yoxdur.

Çin öz növbəsində uzun müddət gülümsəyərək Amerikanın “Phenyana münasibətdə fəaliyyətə başlamaq”da ən israrlı çağırışlarına hazırmış kimi başını yırğalayıb özünü Çin müqəvvası kimi göstərib. Lakin yuşmaq deyilsə, o qədər də inandırıcı addımlar atmayıb. Hər halda, göründüyü kimi, yoldaş In əsim-əsim əsməyib. Nə az, nə də çox. Lakin ümumiyyətlə, Pekinin Phenyanı inandırmaq üçün olduqca inandırıcı rıçaqları var.

Amma budur, indi Çin baş yırğalamaq solosunu dayandırmağı qət edib və Vaşinqtondan sıçrantıya olduqca qaba şəkildə reaksiya verib. Çinin, vur-tut, kommersiya naziri müavini Syan Kemin Amerikanın ağzından vurub: “Biz hesab edirik ki, Koreya yarımadasının nüvə problemi və ABŞ-Çin ikitərəfli ticarət münasibətləri tamamilə iki müxtəlif sahənin məsələsidir və bunları qarışdırmaq məqsədəuyğun olmayacaq”.

Artıq dövlət başçısı səviyyəsində isə dərhal kifayət qədər əlamətdar sözlər səslənib: Çinin suverenlik və ölkə maraqlarının müdafiəsi üçün heç vaxt olmadığı qədər güclü orduya ehtiyacı var. Bunu sədr Si Szinpin bildirib və deyilənə əlavə edib ki, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) cəsur, qətiyyətlidir və istənilən düşməni darmadağın etmək iqtidarındadır.

Bu, ÇXAO-nun qurulmasının 90 illiyi şərəfinə 12 min hərbçi və 600 vahid texnikanın qatıldığı – həm də texnikanın 40%-i, o cümlədən yeni qitələrarası DF-31AG ballistik raketi ilk dəfə nümayiş etdirilib – paradda səsləndirilib. Çinin “Dunfen” raketi 11 min km-dən çox mənzil qət edir, yəni ABŞ-ın mərkəzi ştatlarına çatır. İndi isə yüksək sürət əldə etməklə Amerika “Tomaqavk”ının önləyici zərbəsi üçün daha az dişbatan olub.

 

Sabah müharibə qopsa…

 

Beləcə iki ölkə bir-birinə dış qıcadıb və boksçu əlcəkləri artıq dadlı-dadlı öpüşüb. Lakin kəskinləşmə, şərti desəsk, 12-ci raunda gedib çıxsa, nə olacaq? İndiki ÇXAO Amerika hərbi qüdrətinə qarşı dura bilərmi? Hərbi-texniki baxımdan məsələ, təxminən, bu cürdür: hərbi müşahidəçilərin hesab etdiyi kimi, müharibə halında Çin 600-700 milyon döyüşçü səfərbər edə bilər. Hətta onlar üçün anbarlarda bu qədər sayda silah tapılmayacağı nəzərə alınsa da, bu, qorxunc dərəcədə çoxdur. Lakin bu istənilən halda amerikalılar üçün Çinə quru ərazidən soxulmaq variantını çıxdaş edir.

Bu zaman ÇXAO-nun real sayını – 1,5-1,6 milyon nəfər və 1,1 milyon nəfərlik ABŞ silahlı qüvvələrini tutuşdurmaq qalır. Amerikalıların əsgəri azdır, amma texnika üzrə çinliləri hətta əməlli-başlı üstələyirlər. Rəqəmlər, təqribən, bu cürdür: birincilərin 9 mini ikincilərin 8 mininə qarşıdır. Eyni zamanda ABŞ-ın “Abrams” tankları müxtəlif modifikasiyalardan olsa da, lakin yenə də Çinin 59, 79, 88, 96, 98 və 99 tiplərini ciddi şəkildə geridə qoyur. Yəni texnikanın yarıdan çoxu fakt üzrə sovetlərin T-55, T-62 və T-72 tanklarının fərqli təkrarıdır və çağdaş müharibədə praktik olaraq Amerika tanklarına rəqib deyil.

ÇXR aviasiyada ABŞ-dan daha çox geridə qalır. Təkcə helikopterlər on dəfədən çoxdur. Bu isə bildirir ki, “Abrams”ların hətta Çin tankları ilə döyüşə girməyi də lazım deyil – zərbə “Apaçi”ləri düşməni lap başlanğıcda güllələyəcək.

Təyyarələrlə bağlı mənzərə də eynidir: çinlilər Amerikanın müxtəlif, lakin bütünlüklə müasir qırıcılarına qarşı havaya MiQ-21, ya da MiQ-19, Tu-16 və yalnız nisbətən bir qədər çox Su-27 və Su-30 və bunların yerli anoloqlarını qaldıra bilərlər.

Qanadlı raketlər üzrə fərq ümumiyyətlə sarsıdıcıdır. Bundan Amerikada bir neçə min var. ÇXAO onlara qarşı, rəxminən, 150 ədəd S-300 kompleksi çıxarda bilər. Yəni çinlilər hətta müdafiənin tam, yüz faizlik effekti halında Amerikanın bütün qanadlı raketlərini fiziki olaraq səmadan endirə bilməzlər.

Yəni düzünü desək, etiraf etmək lazım gəlir: ÇXR birinci tərk-silah zərbəsini buraxacaq. Sonra isə amerikalılar Yuqoslaviyada etdikləri kimi ölkənin iqtisadi infrastrukturunu – körpüləri, zabvodları, elektrik stansiyalarını məhv etməyə girişəcəklər… Və onda 600 milyon silahsız və ac əsrəgin xeyri az olacaq. Yalnız ümid etmək qalır ki, Çinin 094 tipli altı sualtı raket daşıyanı, heç olmasa, amerikalıların hansısa şəhərini yerüzündən silib qisas ala bilər. Lakin Amerika donanması, HHM sistemləri buna yol verəcəkmi? Düzünü desək, yol verməyəcək.

 

Lakin çarəsiz qurban da deyil…

 

Buna baxmayaraq, məlumatlı hərbi analitiklər Çini çarəsiz qurban adlandırmağa da girişmirlər. Məsələn, Rusiyanın bu sahə üzrə ən nüfuzlu mütəxəssislərindən Viktor Litovkin əmindir: “Çin ordusunun durumu, ən azı, hörmət doğurur. Onlar dünən paradda özlərinin ən son işləmələrini, 10 min km-dən çox uçan ən sonuncu strateji raketlərini nümayiş etdiriblər. Düşünürəm ki, Çin Birləşmiş Ştatları, ən azı, Çin ordusuna, Çinin ABŞ-ın mümkün təcavüzünü önləməyəinə hörmətə vadar etmək üçün yetərincə gücə malikdir”.

Ekspert əmindir ki, öz növbəsində çinlilər amerikalılardan qorxmurlar. Onlar bunu artıq dəfələrlə sərgiləyiblər. Çinin kosmosu mənimsəmə proqramının necə işlədiyi yada düşsə, bu ondan xəbər verir ki, onların strateji raketlərlə hər işi qaydasındadır.

Bundan başqa, analitik dddiqqqəti mövzunu daha bir yönünə yönəldib: “Başa düşmək lazımdır ki, elə hey vuruşduqlarına baxmayaraq, amerikalılar olduqca geridə qalmış ordularla – havadan bombaladıqları İraq, Yuqoslaviya, Liviya, Suriya ilə döyüşüblər. Və heç nə göstərə bilməyiblər. 15 ildən çoxdur Əfqanıstandadırlar, amma heç nə edə bilməyiblər. Amerikalılar guruldatmağı, öz güclərini sərgiləməyi xoşlayırlar. Amma, əslində, onların itkilərdən qorxan çox pis əsgərləri var. İtkidən qorxan ordu isə ordu deyil, hərbi forma geyinmiş adi adamlardır”.

Ekspert proqnozlaşdırır: “Söz yox, bir-birini qorxudacaqlar. Silah, texnika nümayişi olacaq. Başqa üsullarla qorxutmağa çalışacaqlar. Amma döyüşmək… Xeyr, cürət etməzlər”.

 

Tərcümə Strateq.az-ındır.