XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 17:07

Çin üçüncü nüvə föqəldövləti oldu –Araşdırma

Səmalar ölkəsində Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) 90 illiyinə həsr edilmiş əzəmətli hərbi parad olub. Tədbir Pekində deyil, İç Monqolustanın muxtar bölgəsində Çjujihe poliqonunda keçirilib.

Paradı ÇXR sədri Si Szinpin qəbul edib. Parada ümumilikdə 12 min hərbçi, 129 təyyarə və 521 vahid quru texnikası qatılıb. Paradda sərgilənən bəzi yeniliklər Çin ordusunun imkanları haqda təsəvvürü güclü şəkildə dəyişir və ÇXAO-nun durumu haqda əldə olan qaynaqlara inamı sarsıdır.

Çin üçüncü nüvə fövqəldövləti olub?

Paradın ən gözlənliməz və əsas yeniliyi DF-31AG qitələrarası mühərrikli ballistik raketlər (QBR) olub. Hətta bu tip – bu günədək kiçik sayılan Çin strateji nüvə qüvvələri üçün misilsiz sayda tam 16 buraxılış qurğusu keçib. Yeni modifikasiya ilə yanaşı daha köhnə 8 vahid DF-31də keçib. DF-31AG-nin imkanları haqda rəsmi məlumat yoxdur, lakin paraddan fotoşəkillər və videoyazılarda aydın görünür ki, kompleks yüksək keçidli yeni şassi əldə edib. Bundan başqa, ehtimal olunur ki, yeni QBR fərdi tuşlama bloku olan bölünən başlıq hissələri (FT BBH) ilə təchiz edilib. Bir raketdəki döyüş başlıqlarının sayı 3-5 vahid dəyərləndirilir.

Çinin nüvə potensialı haqda əsas qaynaq əvvəllər Amerika hərbçilərinin məruzələri idi. Son hesabatlara əsasən, Çin 50-75 buraxılış qurğusu ilə 75-100 QBR-ə malik idi. Eyni zamanda raketlərin 10-u məzmunca köhnəlmiş, silinməsi planlaşdırılan DF-4, daha hərəsindən 10 ədəd olmaqla mayeli DF-5A QBR (bir döyüş başlığı daşıyır) və DF-5B (3 döyüş başlığı daşıyır) idi. Lap müasir, mobil buraxılış qurğularındakı  qatıyanacaqlı raketlərə gəlincə, Pentaqon adi DF-31-ləri 8 vahid, modernləşdirilmiş DF-31A-ları 25 vahid qiymətləndirib. Bütün bunlardan savayı, yekun mətndə qeyd olunur ki, 75-100 QBR qiyməti, ehtimal ki, şişirdilib, gerçəklikdə isə ÇXAO-nun cəmi 60-85 raketi var. Hesablamaq çətin deyil ki, Amerika məlumatlarına görə, Çin 120-dən artıq olmayan 120 strateji döyüş başlığına malikdir. Bununla yanaşı, 094 “Tsin” layihəsinin 4 atom sualtı qayığının təchiz edildiyi JL-2 (“Tszyuylan-2”) sualtı qayıqların ballistik raketləri (SQBR) heç cür nəzərə alınmır. Hə bir submarina bu cür 12 SQBR daşıyır, eyni zamanda hər bir “Tszyuylan-2”-nin daşıdığı döyüş başlıqları haqda birmənalı məlumat yoxdur. Bəzi qaynaqlar təkbloklu baş hissədən, digərləri 3-4 döyüş başlıqlı FT BBH-nin varlığından danışırlar. Çində FT BBH-li QBR yaradılması texnologiyasının inkişafı nəzərə alınmaqla ehtimal etmək olar ki, son 1-2 ildə buraxılan raketlər bir neçə döyüş başlığı ilə təchiz oluna bilər. Çin strateji sualtı qayıqları yekunda 48-192 döyüş başlığı daşıyır.

Amerikalıllara əvvəllər məlum olmayan modifikasiyalı raketlərin “meydana çıxması” Pentaqon hesabatlarının etibar səviyyəsinin aşağı düşdüyündən xəbər verir. Faktiki olaraq daha bu sənədlərə güvənmək olmaz – onda Çinin strateji potensialı aşkarca lazımınca dəyərləndirilməyib. Çinin ən yeni DF-41 QBR-lərlə silahlanmlış raket briqadasının yaradılması haqda da informasiya yoxdur. Bu raketlər isə 10-12 döyüş başlığı daşıyır. Cəbhə boyu düzülümüş DF-31 QBR üzrə kəşfiyyat məlumatlarına inanmaq da çox çətindir.

Faktiki olaraq tamamilə ağlabatandır ki, Çin artıq 400-500 döyüş başlığı daşımağa qabil daşıyıcıya malikdir. Belə olan halda ölkə SHS-3 (strateji hücum silahları-tərc.) müqaviləsinə əsasən 1550-dən çox strateji nüvə döyüş başlığına malik olmamalı olan Rusiya və ABŞ istisna olmaqla “nüvə klubu”nun qalan ölkələrini çoxdan keçib. Bu, artıq üçüncü nüvə fövqəldövləti sayılmaq üçün yetərlidir. Çin raket texnologiyalarının inkişafı nəzərə alınmaqla ölkə ümumiyyətlə növbəti 10-15 ildə Rusiya və ABŞ-a çata bilər. Yaxın və uzaq mənzilli raketlərə gəlincə, orta və yaxın mənzilli raketlərin ləğvi haqda Müqavilədə yalnız Moskva və Vaşinqtonun iştirakı nəzərə alınsa, bunlar ÇXAO-da külli miqdardadır.

Səmalar ölkəsi düşmənin 1500 km uzaqlıqdakı aviadaşıyıcısı ilə mübarizə aparmağa qabil olan gəmi əleyhinə ortamənzilli ballistik raketlərin hələlik yeganə sahibidir.

Yeni texnologiyalar ÇXAO-nun gələcək qüdrətinin təminatıdır

Qalan heç bir şeydə praktik olaraq gözlənilməzlik baş verməyib. J-20 5-ci nəsil 3 qırıcı nümayiş etdirilib. Bu növ təyyarələr silahlanmaya 2017-ci ildə qəbul olunub. Bu qırıcılar Rusiyanın AL-31FN mühərrikləri ilə təchiz edildiyindən onların 5-ci nəslin kriteriyalarına nə qədər gerçəkdən uyğun olduğunu söyləmək yetərincə çətindir. Beləliklə, ehtimal ki, maşın hələlik daha çox 4++ nəslinə aiddir. Bununla belə, bu da çox ciddi keyfiyyət sıçrayışıdır.

Başqa bir maraqlı yenilik Y-20 ağır hərbi-nəqliyyat təyyarəsidir. Ukrayna mütəxəssisləri bu maşının yaradlımasında fəal iştirak ediblər. İstənilən halda Çin SSRİ/Rusiya və ABŞ-dan sonra bu tip hərbi-nəqliyyat təyyarəsi yaratmış üçüncü ölkə olub.

Qalan hər şey adidən də adi idi – ən müasir Tupe 99A Çin tankları, HQ-9 zenit raket kompleksləri (Rusiya S-300-nün surəti) və radioelektron mübarizə vasitələri və s. keçib.

regnum.ru-dan tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə