XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 12:15

Malikinin sirli Rusiya səfəri:Vitse-prezident Tehranla Moskvanı rəqib halına gətirmək istəyir? - Təhlil

Yuri Barmin

“Middle East Eye”

 

İraqın vitse-prezidenti Nuri əl-Malikinin ötən həftə Rusiyaya səfəri yenidən diqqəti Bağdadla Moskva arasındakı əlaqələrə çəkib.

Müşahidəçilər üçün bu ikitərəfli münasibətlər Rusiyanın Suriya və İranla daha sıx əlaqələrinin kölgəsində saxlanılan sirdir.

2012-ci ildən başlayan Rusiyaya ilk səfəri zamanı İraqın baş naziri olan Maliki, Moskva və Bağdadın ənənəvi yaxın əlaqələrinə verilən əhəmiyyəti göstərən yüksək səviyyəli qəbulla qarşılanıb.

Bu dəfə xarici işlər naziri Sergey Lavrov ilə yanaşı, Rusiya parlamentinin yuxarı və aşağı palatalarının sədrləri ilə də görüşlər keçirən vitse-prezident, Vladimir Putinlə də görüşüb.

Rusiya və İraq tarixən yaxın bir əlaqəyə sahibdir. 1958-ci ildə general Qasim tərəfindən Qərb tərəfdarı olan monarxiyanın devrilməsindən sonra İraq üzünü Rusiyaya tutub. SSRİ ölkənin silah bazarına çıxa bilib, Bağdadda inhisarçı silah tədarükçüsü halına gələrək, hökumətə təsirini artırıb.

Sovet İttifaqı dövründə İraqda kommunizmə müqavimət göstərilsə də, Qərbə qarşı konstruktiv əlaqələr qurulub.

 

Uzunmüddətli əlaqələr

 

Sovet İttifaqının son illərində Moskvanın beynəlxalq təsiri əhəmiyyətli dərəcədə azalıb və onun dağılmasından sonra, Küveytin işğalı zamanı, həmçinin ABŞ-ın İraqın işğalı etdiyi dövrdə Səddam Hüseyn ilə əlaqələr saxlanılıb. Amma Moskva ilə daha yaxın əlaqələr qurmaq üçün Maliki 2009-cu ildə Rusiyaya səfər edən ilk İraq lideri olub.

Rus səlahiyyətlilərlə görüşən vitse-prezident Moskvanın Yaxın Şərqdə oynadığı əhəmiyyətli rolu vurğulayıb. Xüsusilə Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko ilə görüşdə "Rusiya ilə daha böyük açıqlıq və daha yaxın dostluq istəyirik", – deyib.

Amma Malikinin Kremldən razılıq və dəstək axtarmaq cəhdlərinə dair ən təəccüblü iddia İraqda daha böyük aktyorluq tələbidir. "Rusiyanı siyasət və müdafiə baxımından da ölkəmizdə görmək istərdik. Bu, regionda, onun ölkələrində lazımi balans yaradacaq".

İraqda əhəmiyyətli rol oynadığına baxmayaraq (bu ölkəyə güclü silah dəstəyi, Suriyadakı koordinasiya və neft istehsalında əməkdaşlıq), Malikinin Rusiyaya ünvanladığı şərhlər onu daxili ictimai fikir və xarici aktyorlarla üz-üzə gətirə bilər.

 

Malikinin baş nazirlikdə gözü var

 

İlk baxışdan Maliki yalnız Rusiya ilə dostluğunu gözə soxmağı düşünür, çünki sonradan digər tərəfdaşlarla danışıqlarda bundan klassik strateji hərəkət kimi istifadə edə bilər. Amma İraqdakı siyasi vəziyyət kontekstində, Malikinin Rusiyaya gəlişi onun siyasi ambisiyaları üçün çox böyük əhəmiyyət daşıyır.

Maliki hazırda baş nazir vəzifəsini icra edən Heydər İbadiyə meydan oxumaq üçün fürsət axtarır, Moskvanın dəstəyini təmin edərək, daxili və xarici rəqiblərə lazımlı siqnallar göndərir.

2018-ci il seçkiləri yaxınlaşdıqca, Maliki özünü baş nazir vəzifəsinə dönə biləcək güclü bir aktyor kimi göstərməyə çalışır. Onun İbadiyə meydan oxumaq istəyi, İraqda ən güclü regional təsirə malik olan xarici qüvvə kimi İran tərəfindən dəstəklənir. Bununla birlikdə, məhz bu, 2018-ci ildə vitse-prezident üçün problem ola bilər. İranın İraqdakı təsirinin qorxusu, ambisiyalarına müqavimət böyüyür və bu, gələn il İraq sünnilərindən dəstəyi almaq istəyən Malikinin əleyhinədir.

Bu kontekstdə, Rusiyanın İraqdakı siyasi və hərbi varlığı, ən azından ictimaiyyətin gözündə İranla tarazlığı qoruyacaq, İranın İraqın ictimai sahəsindəki bəzi zəhərli təsirlərinə müqavimət yaradacaq.

Malikinin Rusiyaya səfəri, xüsusilə də ərəb mətbuatında olan hesabatları nəzərə alaraq, nə prezident, nə də baş nazir tərəfindən təqdir etməyib, yalnız rəsmi Tehran ona diqqətlə izləyib. Ehtimal olunur ki, Malikinin bəyanatları İran onları öncədən bilmədən açıqlana bilməzdi.

 

Silah müqavilələri

 

Rusiyanın İraqdakı varlığı əslində, yaxın gələcəkdə daha aşkar görünə bilər. Hərbi ekspertlər qeyd edirlər ki, Malikinin səfərindən qabaq Bağdad və Moskva “T-90” tankları üzrə 1 milyard dollar dəyərində müqaviləyə imza atıb. 2012-ci ildə iki ölkə hücum helikopterləri və hava hücumundan müdafiə sistemlərinə dair 4,2 milyard dollarlıq bir müdafiə paketi imzalayıb.

Bu müqavilələr də çox sayda İraq hərbi kadrlarının ənənəvi olaraq ruslar tərəfindən öyrədilməsini nəzərdə tutur.

Bununla yanaşı, Rusiyanın İraq siyasətində aktiv rol oynaması və bu baxımdan İranla vahid bir cəbhə kimi çıxış etməyə hazır olması sual doğurur. Hazırda Moskva İraqda hər hansı bir siyasi gücə sərmayə qoymağa hazır olduğunu göstərmir, xüsusilə də bu, Rusiyanı Tehranla üz-üzə qoyursa.

Suriyadakı hərbi əməliyyatlar göstərir ki, münaqişədə vəhdətə baxmayaraq, Moskva ilə Tehran arasındakı fikir ayrılıqları, xüsusilə də Suriyanın siyasi gələcəyi məsələsi ilə bağlıdır.

Kreml ölkədəki İran kampaniyasının münaqişənin siyasi həllində Rusiya rəhbərliyinin cəhdlərini pozduğunu görür. Başqa sözlə, Moskvanı İraq siyasətinə daha dərindən cəlb etmək iki müttəfiq arasında bərabərlik yarada bilər.

Şübhəsiz, Kreml regionda davamlı varlıq axtarır, Suriyadakından fərqli, iqtisadi və siyasi tərəfdaşlıqları dəstəkləmək istəyir. Bu baxımdan, Rusiya hökuməti regionda yeni müttəfiqlər tapma kampaniyasına başlayıb və İraq onlardan biri ola bilər.

 

Tərcümə: Strateq.az