XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2017 - 13:00

“Al-Arabiya”nın klişeləri:Tehranın İraqda ağalığı, "inqilabçı qəyyumlar", xilaskar Müqtəda Sədr... - Təhlil

Əbdürrəhman əl-Rəşid

“Al-Arabiya”

 

İraqda ticarətin idarə edilməsindən tutmuş banklara, hökumətə, parlamentə və siyasi partiyalara qədər hər şeyə İran nəzarət edir.

İran İraqdakı varlığını əsaslandırmaq və onu idarə etmək istəyir. Bunu onunla izah edir ki, onsuz İraq çökəcək. Tehran iddia edir ki, Mosulu İŞİD-dən o, azad edib, amma bu, doğru deyil. Döyüşən – ABŞ tərəfindən dəstəklənən İraq ordusu qüvvələri idi.

Tehran 14 ildir ki, İraqda öz təsirinin qurulması üzərində işləyir. Ta onun qərargahı olanadək. O, iraqlı siyasətçilərin əksəriyyətini, – istər sünni-ərəb, türkmən və ya kürd olsun, – ələ alıb. Bu adamlar komandanların dəstəyinə nail olmaq üçün qərargaha gəlməlidir. Bir vaxtlar Livan siyasətçiləri Dəməşqdəki prezidentin qəbuluna yazıldığı kimi.

İran hökmranlığının indiki çağında, İraq arenasında ən nüfuzlu şəxslərdən biri olan Seyyid Müqtəda əl-Sədr, Səudiyyə Ərəbistanına cəsarətli səfər edib. Onun səfəri İran hökmranlığını rədd edən və İraqın qərar qəbul etmə müstəqilliyini tələb edən bəyanatlarını bir daha təsdiqləyib. Bu həm də onun İraqın bütün tarixi boyu ən pis baş nazir olmuş vitse-prezident Nuri əl-Maliki kimi siyasətçilərə qarşı çıxdığını əks etdirir.

 

Yaxşı münasibətləri rədd et

 

Sədr və bəzi digər İraq siyasətçilərinin mövqeyi qonşuları ilə yaxşı münasibətləri rədd etməməyə əsaslanır, lakin İranın hegemonluğunu rədd edir. Onlar Tehranın ölkədə resurs və səlahiyyətlərin ələ keçirməsinə və sərhədlərdə çayların axını dəyişməsi və qonşu neft zonalarında hasilata qarşıdırlar.

Onlar İraq bankları və şirkətlərinin beynəlxalq qanunlarla qadağan edilmiş İran əməliyyatları üçün gizli bazar olmasına və dövlətin nəzarəti xaricində fəaliyyət göstərən milislərin fəaliyyətinin qurulmasına və təşviqinə qarşı çıxırlar.

İnqilab Keşikçilərindən olan qəyyumların hökumət və məclisə müdaxilələrinə, əyalət və bələdiyyələrin rəhbərlərini, dövlət mediasını və özəl media qurmalarını idarə etməsinə qarşı çıxırlar.

İraq – böyük ölkədir, Suriya, Livan və digər ölkələrdəki “hərbi sərgilər”ini maliyyələşdirmək üçün Tehranın ekstremist təhlükəsi və dini rejimi üçün maddi cəhətdən faydalana biləcəyi banan respublikası deyil.

İnqilabçı Keşikçilərindən olan qəyyumların hakimiyyəti altında İraq, bütün standartlara görə, yoxsul bir ölkədir və bu ölkənin maliyyə resurslarının yoxluğunun səbəbi İraq qurumlarında korrupsiyanın artması yox, İranın resursları oğurlamasıdır.

 

Dissosiasiya siyasəti

 

Körfəz Əməkdaşlıq Şurası ölkələri İraqın müstəqilliyini dəstəkləməkdə və iraqlıların tək olmadığını hiss etdirməkdə maraqlıdır. Körfəzdə ayrışma siyasəti iranlıların müdaxiləsi və genişlənməsini asanlaşdırır, İraqın məzhəb davasının bir parçası edir. Bu, yanlış siyasətdir.

Seyyid Müqtəda Sədrin səfərindən əvvəl İraq baş naziri Heydar əl-İbadi, Səudiyyə Ərəbistanının şimali qonşu üçün əhəmiyyətli müsbət dəyişikliyə sahib olmaq üçün qapılarını Riyada açıb.

Ancaq soruşmaq normaldır: iraqlılar Suriyadakı nəzarətini gücləndirən İrana qarşı çıxa bilərmi? Orada, onun milislərilə birlikdə etdiyi qırğınlara diqqət yetirmirlərmi?

İraqı xilas etmək, onların fərqli mənsubiyyətlərinə baxmayaraq, İraq millətçilərinin vəzifəsidir. İranın “Qüds” Briqadasının İraq dövlət qurumları və siyasi partiyalar üzərində hökmranlığı kimi, İran təşkilatlarının hökmranlığına qarşı açıq mövqeyə malik olmaq region ölkələrinin vəzifəsidir.

İraq – zəngin ölkədir, Yəmən və Suriya kimi böyük resursları var. İraq milli liderləri səslərini yüksəltməlidir, yalnız bu halda, İrana və hər hansı digər gücə qarşı danışmaqla, səlahiyyətlərini bərpa edə bilər.

İraqlılar bütün dünyaya İranın hökmranlığına qarşı mübarizə aparacaqlarını və İnqilab Keşikçilərini ölkələrindən çıxarmaq istədiklərini eşitdirməlidirlər. Bu, Körfəz ölkələrinin, ərəblərin və başqalarının deyil, iraqlıların layihəsidir.

 

Tərcümə: Strateq.az