Rusiyalı xakerlər Ağ evin kompüter şəbəkəsini sındırıblar
Rusiyalı xakerlər Vaşinqtonda Ağ evin kompüter şəbəkəsinə daxil olublar. Strateq.az bildirir ki, bu barədə ABŞ-ın CNN telekanalı məlumat yayıb. Xakerlər prezident Obamanın məxfi saxlanılan görüşlər qrafiki ilə bağlı məlumatlar əldə ediblər.
ABŞ Prezidentinin iqamətgahındakı kömüterlərə daxil olmaq üçün xakerlər əvvəlcə Dövlət Departamentinin sisteminə giriblər. ABŞ xüsusi xidmət orqanları xakerlərin hücumunu dəf etməyə çalışıblar. Lakin xakerlər öz istəklərinə nail olublar. Ekspertlər idda edirlər ki, Rusiya xakerləri Dövlət Departementinin kompüter şəbəkəsini bir neçə aydır ki, nəzarətdə saxlayırlar.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə kömkçisinin müavini Ben Rods hesab edir ki, xakerlər Ağ evin məxfi kompüter şəbəkəsinə giriş əldə edə bilməyiblər. “Bizdə, Ağ evdə müxtəlif ciddi kompüter şəbəkələri var: məxfi olmayan, məxfi və xüsusilə məxfi. Biz hesab etmirik ki, bizim gizli sistemlər “sındırılıb””, – deyə o əlavə edib.
CNN xatırladır ki, bu ilin yanvar ayında Federal Təhqiqatlar Bürosunun tematik konfransında çıxış edən ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper bildirmişdi ki, “Rusiya kiber təhdidləri bizim əvvəl dəyərləndirdiyimizdən də cididdir”.