XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 12:32

Türkmənistanın 60 yaşlı “Rembo”su –Niyazovun nikahdankənar oğlu olduğu deyilən "Türkminator” – Video

Cuzeppe Alyastro

La Stampa (İtaliya), 03.08.2017

 

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmədov (ehtimal olunan) snayper və bıçaqatan vərdişlərini yenidən sərgiləmək üçün Rembo kimi geyinib. Təbəələrinin onu “Arkadaq”, yəni “Müdafiəçi” adlandırması üçün göstəriş verən şəxs hərbçi-sərhədçilərin kiçik dəstəsinin alqışları altında və təbii ki, dövlət televiziyasının telekameraları qabağında snayper tüfəngindən, tapançadan atəş açır və nəhayət, bıçaqları hədəfə qulaylayır. Heç xatırlatmağına da dəyməz ki, həmişə düz onluğa düşür. 60 yaşlı həkim üçün bəd deyil.

Söz yox, işimiz təbliğat videosu ilədir, lakin bu dəfələrlə düşünməyə vadar edir ki, bu dəqiq zərbələri Mərkəzi Asiya respublikasının əsil hərbi peşəkarı deyil, onun satrapı endirir.  

Rusiyanın “Россия 24” telekanalında göstərilən videoyazı nəsə Hollivud döyüş filmi ilə Şimal Koreya rejiminin klipi arasında görünür. Berdımuhəmədov səhrada cipdə gedir və ondan düşən kimi on hərbi məmur yubanmadan onu salamlayır, rəsmi təzim edirlər. Prezident sonra bir dəqiqə də itirmədən özünü itirmiş, əl çalan əsgərlərin qabağında sillah işlətməkdə inanılmaz istedadını nümayiş etdirir. Berdımuhəmədov onlardan birinə snayper tüfəngindən necə istifadə etməyi öyrədir. O, bu zaman yetərincə təkəbbürlü görünür. Ən nəhayətdə, Türkmənistan hərbi güclərinin təlimlərində iştirak edərək nişangahlarda avtoqraf buraxıb özünün hərbi məharətinin təkzibedilməz sübutunu əbədiləşdirir.

Hər halda əzələli kişinin çəkməni şnurladığı, qranatları üstündən asdığı və tapançanı doldurduğu videonun bəzi fraqmentləri montaj kimi və hətta ola bilsin, videonu yaymış “Хроника Туркменистана” agentliyinin lağlağısı kimi görünür. O cümlədən ona görə ki, ekranın soldan aşağı hissəsində “Алтын Асыр” yerli dövlət telekanalının loqotipi yoxdur.

Hər necə olur-olsun, Putinin idman, ovçuluq və hətta arxeoloji uğurlarına artıq alışmış Rusiya KİV-ləri Türkmənistan satrapına sayğı göstərməyib, "Вести” teleakanalı isə hətta onu “Türkminator” adlandırıb.

Əlbəttə, Berdımuhəmədovu özünü sevməyə meylli olmayan adam adlandırmaq çətindir. O, bir-iki il əvvəl, yəqin ki, sələfi Saparmurat Niyazovun nümunəsini örnək götürərək Türkmənistan paytaxtı Aşqabadda özünün 24 karatlıq qızıla çəkilmiş altımetrlik heykəlini qoymağı əmr edib. Heykəltəraş onu ağ daşdan nəhəng altlığın üzərində durmuş at üstündə təsvir edib, prezident əlində göyərçin tutub.

"Human Rights Watch" hüquq müdafiəsi təşkilatının “dünyada ən repressivlərdən biri” saydığı rejimə başçılıq edən diktator hər şeydən öncə hakimiyyəti sevir. O, 2006-cı ildən hakimiyyəti saxlayır və keçən ilin fevralında, rəsmi məlumatlara görə, seçicilərin 98%-nin səsini alaraq qıcqıran və həqiqətə az bənzəyən nəticə əldə edib.

Və başlıcası: ömürülük prezidentliyə əngəldən yayınmaq üçün 2016-cı ildə dövlət başçısı mandatını beş ildən yeddi ilə qaldırıb, 70 yaşa qədərki yaş məhdudiyyətini ləğv edib.

Berdımuhmədov 2006-cı ildə “TürkmənbaşıSaparmurat Niyazovun ölümündən sonra prezident seçilib və deyildiyi kimi, onun qeyri-qanuni doğulmuş oğludur. Lakin bəzi adamlar hesab edirlər ki, bu şayiəni Berdımuhəmədovun özü yayıb ki, nüfuzunu gücləndirsin.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə