XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 01:03

BMT Pxenyandan məhsul alan ölkələrə 30 gün vaxt verdi –Şimali Koreyadan bu məhsulların alınması qadağan edildi + SİYAHI

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ardıcıl nüvə sınaqlarına sərt cavab verib. 

Belə ki, BMT Təhlükəsizlik Şurasına daxil olan 5 daimi, 9 isə müvəqqəti üzv ölkələrin iştirakı ilə rəsmi Pxenyana qarşı sərt iqtisadi sanksiya layihəsi səs çoxluğu ilə qəbul edilib.

Strateq.az xəbər verir ki, sanksiya layihəsində rəsmi Pxenyanla əməkdaşlıq edən ölkə və şirkətlərə 30 gün vaxt verilib:

"Həmin ölkələr və onların şirkətləri 30 gün ərzində Şimali Koreya ilə bağladıqları bütün iqtisadi müqavilələri dayandırmalıdırlar. Bu müddətə qədər Şimali Koreyada olan bütün mal-mülklərini, aldıqları məhsulları çıxarmalıdır.

Bundan başqa, yeni qərara əsasən, bundan sonra həmin ölkədən dəmir, kömür və bu kimi sənaye məhsulları ilə bərabər, kənd təsərrüfatı və dəniz məhsullarının alınması da qadağan edillib". 

BMT-nin bu qərarına rəsmi Pxenyanın necə reaksiya verəcəyi hələlik bilinmir. 

Xatırladaq ki, bu layihənin müəllifi ABŞ-dır.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə