XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 10:09

Avropada illiberal demokratiya və güclü liderlər –Seçici Putin və Ərdoğanın nəyinə aşiq olub? - Təhlil

Daniel Qros

“Project Syndicate”

 

Avropada illiberal demokratiyanın yüksəlməsi zəmanəmizin ən sərt istiqamətlərindən biridir. Bu rejimlər, adətən, hakimiyyəti gücləndirən və bəzi hallarda institusional yoxlamalar və balansları aradan qaldıran liderlə idarə olunur. Rusiyada Vladimir Putin, Türkiyədə Rəcəb Tayyib Ərdoğan və Macarıstanda Viktor Orban bu fenomenin ən görkəmli təzahürlərindən üçünü təmsil edir. Amma ən maraqlısı diqqətəlayiq və təhlükəli olan bu rejimin xalq dəstəyini necə qoruya bilməsidir.

Televiziya, radio və qəzet kimi ənənəvi KİV-lər üzərində nəzarət, əlbəttə, bu rejimlərin öz seçicilərini dəstəkləməsinin bir səbəbidir. Media üzərində manipulyasiya və ya hətta ona açıq şəkildə nəzarət edilməsi ictimai rəy sorğularında yalançı liderlərin populyarlığını izah edə bilməz.

Bu liderlərin siyasi uğurlarının əsas səbəbi – özlərini anti-Qərb mövqedə göstərmələrinə baxmayaraq, – praktik makroiqtisadi siyasət və açıq bazarları nəzərdə tutan “Vaşinqton Konsensusu”nu təqib edilməsidir.

Putinin Rusiyası bu yanaşma üçün poster-plakatdır. Çünki hökumət, adətən, büdcə profillərini idarə edir və böyük xarici valyuta ehtiyatı yığır. Macarıstanda, həmçinin Orban ehtiyatlı maliyyə siyasəti yürüdür. Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyədə də eyni iş görüb. Bütün üç ölkədə dövlət borcu beləliklə ya aşağı həddədir və ya (Macarıstanda olduğu kimi) azalır. Bu üç hadisənin ikisində, rejimin liberal sələfləri maliyyə böhranı ilə üzləşdirdikləri üçün etibarlılığını itirmişdi.

Buna baxmayaraq, illiberal güclü liderlər “Vaşinqton Konsensusu”nun əsasını qəbul ediblər. Onlar ehtiyatlı makroiqtisadi siyasətlə uzun müddət daha yaxşı iqtisadi göstəricilərə nail olub və adətən, makroiqtisadi idarəetməni apolitik ekspertlərə veriblər. Seçici üstünlüyünü saxlamaq üçün eyniyyət siyasətinə üstünlük verərək, populyarlıqlarını artırmaq üçün qısamüddətli maliyyə və ya pul stimullarından istifadə etməyə müqavimət göstəriblər. Daha uzunmüddətli nəticə – möhkəm iqtisadi göstəricidir və o, seçiciləri məmnun edir.

Sözsüz ki, hakimiyyətini 14 il qoruya bilmiş Venesuelanın sabiq lideri Uqo Çaves neft bumunda satışdan əldə edilən gəlirləri səxavətli sosial proqramlara sərf edərək, xalqın dəstəyini qorumuşdu. 2014-cü ildən etibarən neft qiymətləri təxminən yarıya enib, idxal sürətini davam etdirmək üçün heç bir maliyyə yastığı yoxdur, Çavesin davamçısı Nikolas Maduro fəlakətli iqtisadi böhranla qarşılaşıb və xalqın narahatlığı artır.

Beləliklə, ehtiyatlı siyasət rejimin qorunması üçün uzunmüddətli strategiyadır. Avropanın illiberal qüvvələri etiraf ediblər ki, ifrat xərclər maliyyə böhranı və Beynəlxalq Valyuta Fondundan kömək istəmə, eləcə də onların hakimiyyətdən kənarlaşması ilə nəticələnəcək.

Zəkalı makroiqtisadi siyasət inkişafı dəstəkləyir, lakin o, yalnız iqtisadiyyat nisbətən azad olanda işlək olur. İndiyə qədər nə Putinin, nə də Ərdoğanın millətçi ritorikaları proteksionist siyasətlə uyğunlaşdırılmayıb. Əksinə, Putin Rusiyası Dünya Ticarət Təşkilatına qatılıb; Ərdoğanın heç zaman Türkiyənin Avropa İttifaqı ilə olan gömrük ittifaqını şübhəyə almayıb, hərgah Aİ ilə ikitərəfli əlaqələr pisdən-pisdir.

Güclü şəxsiyyətlər üçün uzunmüddətli çağırış – qeyri-liberal siyasi rejimlərini liberal iqtisadiyyatla saxlamaqdan ibarətdir. Zamanla iqtisadiyyatda dostların və ailənin artan payını nəzarət altına almağa cəhdləri güclənir, korrupsiya artır, çünki əsas oyun siyasi əlaqələri inkişaf etdirir və rejimi şöhrətləndirir. Bu baş verdikdə böyümə azalma ilə əvəzlənir.

Bu uzunmüddətli təhlükə indi Rusiyada daha aydın görünür. Putin neft qiymətlərinin tarixi yüksəlişinin başladığı dövrdə hakimiyyətə gəlib. Buna görə də, təəccüblü deyil ki, sona çatan super əmtəə dövrünə qədər Rusiya güclənə bilib. Neft qiymətləri bumu zamanı makroiqtisadi idarəetmə rejimin ucuzlaşmaya qarşı çıxmasına imkan vermək üçün yetərincə ehtiyatlı olub.

Amma indi, super əmtəə dövrünün bitməsindən təxminən üç il sonra, Rusiyanın perspektivi ürəkaçan deyil. Yaşayış səviyyəsi tıxacda qalıb. İqtisadiyyatın potensial artım tempi yalnız 1,5%-dir. İnnən belə Rusiya Avropanın qalan hissəsinə nisbətən daha yoxsul olacaq.

Türkiyə də deyəsən, belə bir dönüş nöqtəsinə çatıb. Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) davam edən şəhərləşmə və əhalinin təhsil səviyyəsinin artımı sayəsində dərin maliyyə böhranından yayınan və əhəmiyyətli böyümə potensialına sahib olan bir iqtisadiyyatı təhvil alıb.

Bu yaxınlara qədər AKP, iqtisadiyyatın satınalmalar və infrastruktur xərcləri kimi daxili tərəfinə müdaxiləni məhdudlaşdırmışdı. Ancaq ötən ilki uğursuz hərbi çevrilişdən sonra rejim Gülənə rəğbətdə ittiham edilən sahibkarlıq subyektlərini ələ keçirməyə imkan yaradıb.

Bugünkü Avropa liderləri uzunmüddətli rifahın asılı olduğu nisbi iqtisadi azadlığı qoruyaraq, xalq dəstəyini təmin edir. Lakin bu rejimlər avtoritarlaşdıqca, seçiciləri xoşbəxt etmə qabiliyyəti daha çox şübhələr doğurur.

 

Tərcümə: Strateq.az