XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 09:20

Ərəb dünyasında rəy sorğusu:“Prioritet düşmən ABŞ-dır”

Göyhun Köçmən

Aydinlik Gazetesi (Türkiyə), 07.08.2017

 

Ərəb dünyasında keçirilmiş son sorğunun nəticəsində aydınlaşıb ki, ərəb gəncliyi ABŞ-dansa Rusiyanı böyük müttəfiq sayır.

Mərkəzi Dubayda olan ASDA'A Burson-Marsteller şirkəti ərəb dünyasının gəncliyinə hansı ölkələri müttəfiq saydığı haqda sualla müraciət edib. Sorğuya qatılmış 3500 cavandan 21%-i Rusiyanı müttəfiq adlandırdığı halda, ABŞ üçün bu göstərici 17%-i keçməyib. Bu şirkətin 2016-cı ildə keçirdiyi sorğunun nəticələrinə əsasən, ərəb gəncliyinin 25%-i ABŞ-a və yalnız 9%-i Rusiyaya üstünlük verirdi.

BBC-nin Yaxın Şərqdə işləyən müxbirlərindən biri – bu göstəricinin 12% Rusiyanın xeyrinə yüksəlişi və ABŞ-ın baxımından 8% düşdüyünü təhlil edən Kim Gettas “Yaxın Şərq: parçalanmış bölgə” adlı məruzədə diqqəti Rusiyanın Suriyadakı qətiyyətli mövqeyinə cəlb edir və vurğulayır: “ABŞ üçün tənəzzül, Rusiya üçün isə yüksəliş  səciyyəvidirsə, bu onunla bağlıdır ki, adamlar güvənli müttəfiqi dəyərləndirirlər. Rusiya İranla birgə Suriya prezidentinin tərəfini tutaraq bu güvəni sərgiləyir”.

15 ölkədə keçirilmiş sorğunun nəticələri üzrə meydana çıxan daha bir açıq göstərici bununla bağlıdır ki, cavanlar ABŞ-ı dost deyil, düşmənlər qrupuna aid edir. 2016-cı ildə ərəb dünyası gənclərinin 63%-i ABŞ-ı dost sayırdısa, bu il onların fikri dəyişilib və sorğulananların 49%-i Vaşinqton adiministrasiyasını düşmən elan edib. Mart və apreldə keçirilmiş sorğunun nəticələrinin bu cür dəyişilməsində səbəb kimi diqqəti ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişi cəlb edir. Hər altı respondentdən beşi qeyd edib ki, Tramp onlar üçün mənfi imic sahibidir. Gənclərin 64%i göstərib ki, Trampa pis münasibət bəsləyir: təşviş (29%), əsəbilik (20%), qorxu (15%).

Bununla yanaşı, sorğulananların 70%-i eyni fikirə gəlir ki, Tramp müsəlmanların düşmənidir. Bu zaman sorğu iştirakçılarının, demək olar, yarısı vurğulayıb ki, Trampın vizaların verilməsinə qadağası cihadçı təşkilatlara xeyir edəcək.  

Bu fakt diqqəti cəlb edir: ictimai rəyə təqdim olunmuş məruzədə qeyd olunur ki, Tramp ərəb dünyasında digər Amerika prezidentlərinin içində ən mənfi imicli liderdir. Gəncliyin 45%-i ABŞ-ın əvvəlki prezidenti Barak Obamaya, hətta Trampdansa İraqın işğalı haqda əmr vermiş Buşa daha çox inanırdı.

 

Türkiyəni xatırladır

 

Mərkəzi ABŞ-da olan PEW şirkəti daha böyük çapda araşdırma aparıb və aydınlaşıb ki, Türkiyə sakinləri ABŞ-ı təhlükə sayırlar. Araşdırmaların nəticələrinə əsasən, Türkiyədə antiamerika əhvalının ən yüksək səviyyədə olduğu bir vaxtda Vaşinqtonun müttəfiqləri sayılan Güney Koreya və Yaponiya vətəndaşları da qeyd ediblər ki, ABŞ-a prioritet təhlükə kimi yanaşırlar.

 

Tərcümə Strateq.az-ındır.