XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 12:24

Türk ekspert:“NATO-ya güvənə bilmərik, Qərb bundan belə Türkiyənin düşmənidir” – Təhlil  

Bülənd Orakoğlu

Yeni Safak (Türkiyə), 08.08.2017  

 

Türkiyənin Rusiyadan S-400 HHM sistemi almaq haqda qəti qərarı və bu barədə rəsmi açıqlamaların 15 iyul dövlət çevrilişi cəhdinin  ildönümünə düşməsi faktı, heç şübhəsiz, Qərb ölkələri və ABŞ-ın ünvanına gizli siqnal xarakteri daşıyır.

Türkiyə üçün ilk uzaq və ortamənzilli HHM vasitəsi olacaq S-400 raketləri indiki konyunkturada bir çox baxış nöqtələrindən tədbir kimi nəzərdən keçirilir. ABŞ və NATO-nun niyə S-400 sistemlərinin alqısına qarşı çıxdığı açıq şəkildə deyilmir, amma Türkiyə Suriya hadisələrinin işığında dost və düşmənini tanıyıb və görüb. Türkiyə buna görə də ABŞ rəsmilərinin bəyanatlarına inanmır. Biz deyə bilərik ki, Türkiyə tərəfdən ABŞ və NATO-ya qarşı inam probleminin qaynağı Türkiyədə keçmişdə baş vermiş beş çevrilişin və nəhayət, 2013-cü il 17-25 dekabrda (dörd nazir və Rəcəb Ərdoğanın oğlunun qarışdırıldığı “Böyük rüşvət” korrupsiya qalmaqalı-tərc.) və 2016-cı ilin 15 iyulunda vətəndaş müharibəsinin qızışdırılması yolu ilə Türkiyənin işğalı və bölünməsi üzrə plan və layihələrin arxasında ABŞ və NATO-nun durmağıdır. Bütün bu faktlara və Türkiyənin 65 il ərzində alyansda olduğuna baxmayaraq Pentaqon məlum yalanla bizi tovlamaqla iddiasını davam etdirir ki, Rusiya mənşəli HHM sistemlərindən istifadə NATO-nun başqa üzv ölkələrinin birgə yararlandığı sistemlərə inteqrasiyada ciddi problemlər törədəcək. Düzünü desək, bu, yetərincə gülməlidir. Gəlin, biz də yankilər (Avropanın Amerikada doğulmuş amerikalılara qoyduğu ad-tərc.) kimi özümüzü gicliyə qoyaq. Gəlin, deyək ki, S-400-lər alınacağı halda bu raketlər hələlik İŞİD, “ən-Nusra” (“əl-Qaidə”), PKK, Xalq özünümüdafiə dəstələri (YPG) kimi terrorçu qurumlara qarşı yönəldiləcək.

Maraqlıdır, inanarlar? Axı terrorçu dövlətin təmsilçiləri hamıdan yaxşı bilirlər ki, raketlərin bu terrorçu qurumlara və ya yankilərə tuşlanacağı halda nəticə eyni olacaq. Psixoloji müharibə və qara təbliğatın üsullarına mükəmməl şəkildə yiyələnmiş terrorçu və bandit dövlət Amerikanın məxfi xidməti MKİ-nin uydurduğu saxta sənədlərin köməyi ilə 2003-cü il martın 20-də beynəlxalq koalisiya güclərinin İraqa nisbətdə başladığı əməliyyatdan sonra Səddam Hüseyn rejimi devrilib. Fars körfəzində ikinci müharibə Yaxın Şərqi sabitsizləşdirən və bölgəni bataqlığa sürükləyən, bir milyondan çox günahsız dinc sakinin həyatını aparan ilk hadisə kimi tarixə düşüb.  O, Səddam Hüseyndə olmayan (!) kütləvi qırğın silahının məhvi məqsədilə başlanmışdı. ABŞ dövlət katibi Kolin Pauell 2004-cü ildə Senatda çıxış edərkən bildirib ki, MKİ Səddamın kütləvi qırğın silah olduğu lehinə heç bir ciddi sübuta söykənmədən ona yalan məlumat verib. Yaxın Şərqin sabitsizləşdirlməsi və vətəndaş müharibələrinin başlanmasında bəhanə rolunu oynamış saxta kəşfiyyat əməliyyatlarından istifadə edən MKİ və Pentaqon bizim günlərdə Türkiyəyə münasibətdə oxşar oyun oynamaq istəyir. Suriyada manevr məkanı daralmış ABŞ administrasiyası Astana prosesini pozmaq, “Demokratik Birlik” partiyasını (PYD) qorumaq və gücləndirmək məqsədilə Türkiyəyə qarşı psixoloji müharibəyə start verib. Türkiyənin Suriyanınn şimalında “əl-Qaidə” ilə əlaqə saxladığı haqda İŞİD-lə mübarizə üzrə koalisiyada Trampın özəl təmsilçisi Brett Makqerkin dilindən səslənmiş böhtan da kompleks müdaxilə məqsədilə Türkiyəyə qarşı aparılan əməliyyatı üzə çıxarır. ABŞ Türkiyəyə  “terrorizmə yardım edən dövlət” statusu verməkdən ötrü ictimai rəyin formalaşdırılması üzrə ciddi əməliyyat aparıb, saxta sənədlər və kəşfiyyat məlumatları hazırlayıb. ABŞ İdlibin təhlükəsizlik zonası layihəsinə daxil və “ən-Nusra”nı təcrid etməklə, yalan iddialar əsasında Türkiyəni toqquşmalar təzələməkdə ittham edərək Suriyada nizamın təminatı istiqamətində Rusiya və Türkiyənin planlarını pozub və Rusiyaya açıqca eyham vurub ki, bu prosesdə onun tərəfdaşı məhz Amerikadır.

Rusiyanın raket sistemləri sahəsindəki bəzi hərbi ekspertlərinin qeyd etdiyi kimi, Türkiyənin ABŞ və AB ilə münasibətləri problemli xarakter daşıyır. Türkiyə sıradakı duruma düşməkdən ehtiyat edir: Qərbdən raket sistemləri alsa, bunlar hər hansı bir münaqişə halında özəl siqnal üzrə fəalsızlaşdırıla bilər. Başqa sözlə, istifadəsi mümkünsüz rejimə keçirilə bilər. Bu sistemlərin proqram aparatı təminatı var. Səddam Hüseyn bir zamanlar bu cür tələyə düşüb. Hüseyn Fars körfəzindəki ikinci müharibəyə qədər Fransanın xeyli raket sistemləri və müasir hərbi təyyarələrini almışdı. O, ABŞ başda olmaqla koalisiya qüvvələrinin hücumu zamanı bu silahları hərəkətə gətirmək istərkən radarların ekranları qəflətən sönüb. HHM sistemi iflic olub və İraq bir neçə həftə ərzində çöküb.

Biz NATO-ya güvənə bilmərik. Qərb bundan belə Türkiyənin düşmənidir. Təhlükəsizliyimizi və hava hücumundan müdafiəni yalnız S-400-lə zəmanətə ala bilərik. Lakin Rusiyaya nə qədər etibar edə bilərik? Etiraf edilib ki, ABŞ-dan əldə olunmuş silah sistemlərini ABŞ-ın özü və müttəfiqlərinə qarşı istifadəsini elektron və proqram təminatı vasitəsilə əngəlləmək olar. Rusiyanın da mürəkkəb detalların bütün kompleksinə yiyələnməyin asan olmayacağı S-400 kimi sistemlərin işinə qarışacağını gözləmək gerçəklikdir. Başqa sözlə, heç kim ümid etməməlidir ki, S-400-ü Rusiyaya qarşı və ona zidd şəkildə istifadə etmək mümkün olacaq. Lakin Türkiyə və Rusiya arasında bağlanmış ilkin sazişə əsasən S-400 iki raket batareyasının Rusiyadan gələn il ərzində tədarük ediləcəyi, digər iki batareyanın isə Türkiyədə istehsal ediləcəyi nəzərə alınsa, hesab edirəm ki, bu sistemlərin işinə qarışmamaq dərəcəsi yetərincə yüksəkdir.

Bundan başqa, baxışımca, bölgəsəl və dünya siyasi şəraiti müvəqqəti xarakter daşısa da, Rusiya və Türkiyənin hər iki ölkənin marağında bütün sahələrdə əməkdaşlıq zərurətini yaradır.

Tərcümə Strateq.az-ındır.