XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2017 - 17:36

Hindli analitik:Rəsmi Pekinin xuliqan davranışı Dehlini ABŞ-a yaxınlaşdırır

Brahma Çellani

“Project Syndicate"

 

Çin daha çox güc yığır və xarici siyasət məqsədlərinə nail olmaq üçün blef, hərbə-zorba və zorakılığa daha çox müraciət edir. Budur, Himalay sərhədində Hindistan hərbçiləri ilə qarşıdurma davam edir və sözügedən yanaşmalar getdikcə daha aydın görünür.

Mövcud qarşıdurma iyun ayının ortalarında Hindistanın müttəfiqi Butana aid Himalaylardakı geniş platoda, Doklamda Çin Xalq Azadlıq Ordusunun  yol çəkməsi ilə başlayıb. Butanın təhlükəsizliyinə zamin duran Hindistan tikintini dayandırmaq üçün qoşunları və avadanlıqlarını qısa zamanda ora göndərib, çünki Nepal, Butan və Hindistanın birləşdirən bu nöqtədəki yol onların təhlükəsizliyini təhdid edir.

O vaxtdan bəri Çin liderləri Hindistana davamlı, demək olar ki, hər gün xəbərdarlıqlar yollayır ki, o geri çəkilsin və hərbi repressiyalara məruz qalmasın. Çinin Müdafiə Nazirliyi Himalaydakı sərhəd mübahisəsi əsnasında, Çinin işğal etdiyi və bir neçə həftə içərisində Hindistanın böyük itki verdiyi 1962-ci ilin Çin-Hindistan müharibəsindən rəsmi Dehlinin daha çox "dərs" alacağı ilə hədələyir. Eyni şəkildə, Çin Xarici İşlər Nazirliyi Hindistanı təhdid edib.

Bütün bunlara baxmayaraq, Hindistanın baş naziri Narendra Modinin administrasiyası Çinin təhlükəli xəbərdarlıqlarına cavab verməkdən yayınıb, qüvvələrini geri çəkməkdən imtina edib. Çinin mübahisəni qızışdırmasının əsl rəngləri getdikcə daha çox canlıdır. Aydındır ki, Çin qədim hərbi nəzəriyyəçi Sun Tzu kimi, "mübarizə etmədən strateji məqsədlərə çatmaq" üçün psixoloji müharibədən (“psywar”) istifadə etməyə çalışır.

Çin, Hindistana qarşı psixoloji mübarizəni əsasən dezinformasiya kampaniyaları və media manipulyasiyası vasitəsilə aparır, Hindistanı təcavüzkar və yoxsul ictimai diplomatiyası olan qüsurlu demokratiya kimi təqdim edir, Çini isə zərər çəkmiş tərəftək göstərir.

Bir neçə həftədir dövləti KİV-ləri Hindistanı yıxıb-sürüyür. Çin, həmçinin Butan və Hindistanın istinad etdiyi son dövrlərdəki ikitərəfli sazişlərin pozuntularını nəzərə almayaraq, müstəmləkə dövrünün "hüquqi normaları”na əsaslanır.

Çətin ilk bir neçə gündə Çinin “psywar” döyüşü üstünlük təşkil edib. Lakin Çinin iddiaları və taktikasının artan araşdırma prosesində, onun yanaşması ölgünləşir. Əslində, daxili perspektivdən, Çinin özünü zərər çəkmiş kimi təsvir etməsi cəhdləri (hind qoşunlarının qeyri-qanuni yollarla Çin ərazisinə daxil olması iddiası) həqiqi zərərçəkəni və zərərverəni aydın göstərib.

Bunun nəticəsi olaraq, Çinin regional dominantlığının prezumpsiyası ilə yanaşı, Çin Kommunist Partiyasının (ÇKP) mühüm 19-cu Milli Konqresinə bir neçə ay qalmış Çin prezidenti Si Tszinpinin lider kimi obrazı gərginlik mənbəyi olub. Sinin ətrafındakı vəziyyətə necə dəyişə biləcəyini indidən görmək çətindir.

Çinin ümumi hərbi üstünlüyünə baxmayaraq, sərhəd boyunca Hindistanın möhkəm müdafiə qurğuları var, onun Himalay müharibəsində Hindistanı qətiyyətlə məğlub etmək imkanı yoxdur. Hətta üçtərəfli ərazidə lokallaşdırılmış hərbi əməliyyat Çinin qabiliyyətindən kənardır, çünki Hindistan ordusu yüksək əraziyə nəzarət edir və daha çox qoşun sıxlığına malikdir. Belə bir hərbi qarşıdurma, 1967-ci ildə eyni sahədə baş verən müharibə kimi, Çinin burnunun qanaması ilə bitəcək, qarşıdakı Milli Konqresdə Si üçün ciddi narahatlıqlar yaradacaq.

Ancaq faktiki münaqişə olmadan belə Çin məğlub olacaq. Onun qarşıdurma yanaşması Hindistanı, ən əhəmiyyətli geosiyasi dövləti edə bilər, çünki bu halda, Hindistan qəti şəkildə Çinin əsas qlobal rəqibi olan Birləşmiş Ştatlarının düşərgəsinə daxil olur. Bu, Çinin enerji-idxal xəttindən asılı olaraq, dünyanın ən sürətlə böyüyən əsas iqtisadiyyatında öz kommersiya maraqlarını da zədələyir.

Artıq Hindistanın xarici işlər naziri Suşma Svarac xəbərdar edib ki, Çin, sərhəd sülhünü narahat etməyə davam edərsə, Hindistanla təxminən 60 milyard dollarlıq illik ticarət dövriyyəsi olan Pekinə qarşı iqtisadi sanksiyalar tətbiq edəcək. Daha geniş mənada, Çin münaqişəyə son vermək üçün hərbi qüvvələrin çıxarılması vacibliyini bəyan etdiyi kimi, son onillikdə təkrarlanan Çin təzyiqlərinə məruz qalan Hindistan da, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün sərhəd sülhünü ön şərt kimi irəli sürür.

Bu baxımdan, Si üçün ən ağıllı hərəkət – böhranı sona çatdırmaq, üzr mənalı kompromis tapması üçün Hindistanla körpü tapmaq cəhdidir. Qarşıdurma nə qədər uzun sürərsə, Sinin diqqətlə biçilən qüdrətli lider, Çinin Asiyanın hegemonu imici, habelə xalqın rejimə dəstəyi zəifləyəcək və Çinin qonşuları üzərində təsiri ciddi şəkildə sarsılacaq.

İndinin özündə bu qarşıdurma Çinin zorakılığına qarşı çıxmaq istəyən digər Asiya ölkələrinə mühüm dərs olub. Məsələn, Çin yaxın vaxtlarda mübahisəli Spratli adalarında Vyetnam sərhədçilərinə qarşı hərbi əməliyyatlara başlamaqla təhdid edərək, Vyetnam hökumətini Cənubi Çin dənizində, Çinin müstəsna iqtisadi zonasının kənarında, qaz hasilatını dayandırmağa məcbur edib.

Çin hələ də yanaşmasını dəyişdirməyə hazır deyil. Bəzi ekspertlər hətta proqnozlaşdırırlar ki, iddia edilən ərazidə Hindistan əsgərlərini çıxarmaq üçün rəsmi Pekin tezliklə "kiçik miqyaslı hərbi əməliyyat" aparacaq. Lakin belə bir hücum Çin üçün üç dövlətin sərhəd qovşağında yaxşı heç nə vəd etmir, bu ərazidə status-kvonu dəyişmək mümkün deyil.

Əlbəttə, Çinin qurmaq istədiyi yolda işini bərpa etməsi də mümkün olmayacaq. Bu xəyal, böyük ehtimalla doğulmadan ölüb, çünki Hindistan Çin xuliqanının hərbə-zorbasından qorxuya düşməyib.

 

Tərcümə: Strateq.az