XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 09:13

Norveç alimlərindən qorxulu xəbərdarlıq:“İqlim fəsadlarından  Avropada hər il 150 min nəfər adam öləcək”

Kyersti Yuhannessen

TV 2 Norge (Norveç), 14.08.2017

 

Bu həftə sarsıdıcı araşdırma dərc olunub: bu yüzilliyin sonunda Avropada iqlim dəyişiklikləri nəticəsində hər il 150 min nəfər adam öləcək. Avropa komissiyasının araşdırma mərkəzi “The Lancet Planetary Health” dərgisində dərc edilmiş məqalədə həyəcan təbili çalır. Alimlər bu araşdırmada diqqətlərini yeddi ünsürə – hərarət, soyuq, quraqlıq, meşə yanğınları, çay daşqınları, okean daşqınları və tufana cəmləyiblər. Onlar son 30 ilin 2,3 min iqlim fəlakətini incələyiblər.

 

ABŞ üçün təlükələr

 

Araşdırma rəhbəri, Norveç Cicero Senter iqlim araşdırmaları Mərkəzinin əməkdaşı Quri Banq TV2-yə bildirib ki, qarşıdan ciddi nəticələr gəlir və ABŞ bu sırada axırıncı deyil.

Məruzənin məzmunu Tramp administrasiyasının iqlim problemləri haqda bəyan etdiklərinə tamamilə ziddir. Administrasiyada bildiriblər ki, iqlim promlemləri yoxdur. ABŞ öz tullantılarının mədudlaşdırılması üzrə milli siyasəti və planları olmayan təkdənbir ölkələrdəndir.

Bu yay “Lüsifer”anomal istiliyi Avropanın böyük ərazisində bərqərar olub. Cicero Mərkəzinin araşdırıcıları hesab edirlər ki, kürəsəl istiləşmə və havanın yüksək rütubəti kombinasiyası buna səbəb olacaq ki, 40 dərəcədən yuxarı anomal istilik dövrləri Yer kürəsinin böyük ərazisində adi hadisə olacaq.

Cicero Mərkəzinin iqlimşünası Byörn Hallvard Samset TV 2 ilə söhbətdə deyir: “Yer kürəsininn temperaturu bir dərəcə yüksəlib. Bu daha yüksək istilik üçün bizə çıxış nöqtəsi verir”.

Araşdırmalara əsasən, atmosferin kürəsəl istiləşməsi tədricən artır. Və o nə qədər istiləşirsə, onda bir o qədər çox rütubət meydana çıxır.

Byörn Hallvard Samset: – İstilik 49 dərəcəni keçəndə və gizlənməyə sərin yer olmayanda istilik zərbəsi ala bilərsiniz və bu, sağlamlığınız üçün pis olacaq.

TV 2: Bəs Norveçdə nələr olacaq?

-Burada əvvəlcə sərin olacaq, bundan savayı burada dəniz yaxındadır, nəticədə istilik hər gecə düşür. Buna görə də biz Avropanın başqa hissələri kimi ziyan çəkməyəcəyik. Bununla belə, planetin başqa hissələrində bərqərar olan çox isti havalar dövrünü görürük. Gələcəyin iqlim problemlərini dəf etmək üçün siyasət və texnologiyanın əhəmiyyəti var. Sürətlə Günəş batareyalarına keçidlə və yaxud digər tədbirlər həyata keçirməklə CO2 tullantılarını nə qədər azaltmağı bacarmağımız da önəmlidir. Bu, adi iqtisadi artımla çətindir, amma mümkünsüz deyil.

Samset hesab edir ki, çox isti havalar dövrü, güclü yağışlar, okean səviyyəsinin yüksəlməsi və qida məhsulları istehsalının azalması kimi kiçik problemlər çoxluğu ilə üzləşəcəyik.

-Hollivuddakı kimi üzərimizə böyük fəlakət çökməyəcək. Amma bu kiçik hadisələrin hamısı birdən baş versə, onda problemlərimiz olacaq. Əhalisi sıx rayonlar hamıdan çox əziyyət çəkəcək.

Araşdırıcı Yana Sillmann şənbə gün dərc edilmiş məqalədə anomal istilər dövrünün əhalinin zəifləmiş qrupları üçün təşkil etdiyi təhlükədən yazır.

Sillmann məqaləsində qeyd edir: “İstilik qırx dərəcəyə çatanda sağlamlıq üçün qorxulu olur. Ola bilsin, anomal istiliklər dövrü kondisonerli evindən kondisionerli ofisinə kondisonerli maşınlarda gedənlər üçün təhlükəli deyil. Lakin bu, açıq havada olanlar, yəni kəndlilər, inşaat fəhlələri, evsizlər və kasıblar, həmçinin sağlamlıq problemi olan adamlar üçün təhlükəlidir”.  

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə