XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 11:22

Ərdoğanın Bakı səfərindən rus gözləntisi:"Kürd problemində güzəşt əvəzinə Qarabağ?" – TƏHLİL

Stanislav Tarasov

Regnum.ru, 21.08.2017

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mətbuat xidməti onun qarşıdakı xarici səfərləri haqda məlumat verib. O cümlədən sentyabrın  8-dən 10-adək İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammitinə qatılmaq üçün Qazaxıstana səfər edəcək.

Qazaxıstanın bəzi KİV-ləri bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin də Astanaya gəlişi, ikitərəfli görüşlərdən başqa Qazaxıstan, Türkiyə və Azərbaycanın üç liderinin görüş ehtimalı haqda məlumat verib. Amma bu halda Ərdoğanın 10-11 sentyabrda Bakıya elan edilmiş səfəri nəsə qəribə görünür. Bunu izah etmək olar. Görünür, tərəflər həm ikitərəfli münasibətlər problemini, həm də hazırda Böyük Yaxın Şərqdə biçimlənmiş durumu daha ayrıntılı müzakirə ehtiyacı hiss edir.

Bakıda gözlənilən danışıqlaırn gündəliyi hələlik rəsmən elan ediməyib. Amma aydındır ki, onun ənənəvi iqtisadi və siyasi tərkibi olacaq. İndiki halda hər şey və yaxud, demək olar, hər şey üzdədir: Türkiyə və Azərbaycan 2017-2018-ci illərdə yekunlaşdırıcı mərhələyə daxil olacaq bir sıra layihələri gerçəkləşdirir və əməkdaşlıq parametrlərinin ayrıntılı müəyyən edilməsi üçün məqam yetişir. Lakin biçimlənən  yeni geopolitik şərait prezidentlər Əliyev və Ərdoğana təkcə ikinci plana  keçməyə başlayan bu mövzulara fokuslaşmaq imkanı vermir. Söhbət hər şeydən əvvəl İraqın Kürdüstan Muxtariyyəti başçıs Məsud Bərzaninin sentyabrın 25-də müstəqlliki referendumu keçirmək qərarından gedir, amma ABŞ dövlət katibi Reks Tillerson bunu 2018-ci ilin yazına keçirməyi xahiş edib.

Türkiyəli politoloq, parlamentin keçmiş deputatı İrfan Gündüzün bu münasibətlə bildirdiyinə görə, “Türkiyə artıq bütün siyasi və hüquqi uğursuz cəhdləri göstərib ki, kürd dövlətinin yaranmasını önləsin” və bu yöndə hadisələrin nişanlanmış sonrakı inkişafı “Yaxın Şərqdən Əfqanıstana qədər onsuz da partlayış təhlükəli bölgənin sabitsizləşməsi təhlükəsini gətirir”.

Gündüzün fikrincə, hər şey Azərbaycanın sıx əlaqə saxladığı İsrailin maraqlarında baş verir. Və təkcə bu deyil. Azərbaycanın haqqin.az informasiya portalının bu yaxınlarda xəbər verdiyinə görə, öz ərazi bütövlüyü uğrunda aşkar çıxış edən Bakı faktiki olaraq İraq Kürdüstanı separatizmini dəstəkləyib və Türkiyə ilə birlikdə İraq mərkəzi hökumətinin başı üzərindən iş görüb.

Portal bununla bağlı sıradakı faktları gətirir: kürd neftinin Ceyhan limanından nəqli ilə azərbaycanlı milyarder Mübariz Mənsimovun Palmali şirkətlər qrupu məğul olur. Kürd neftinin alıcısı kimi İsrail çıxış edir. Türkiyə yarıleqal kürd neftini son dərəcə aşağı qiymətə alır. Bundan savayı, Ankara gələcəkdə kürd qazının Azərbaycan qazını Avropaya tədarük etməyə nəzərdə tutulmuş TANAP qaz kəməri ilə nəqli imkanlarını nəzərdən keçirib.

Görünür, Əliyev və Ərdoğan cızdıqları ssenarinin dayanıqlığına o qədər əmin idilər ki, bölgənin geopolitik xəritəsinin özləri üçün təhlükəli dəyişikliklərinə yol vermirdilər. Onlara yalnız indi aydın olur ki, indiki mərhələdə, heç olmasa, müstəqil İraq Kürdüstanının meydana çıxması Yaxın Şərqdə durumu daha çox ağırlaşdıracaq, çünki separatçı əhvali-ruhiyyələrin xəmrəsində və bölgənin digər dövlətlərinin sərhədlərinin yenidən cızılmasında yeni maya olacaq. Hələ bunu demirik ki, Azərbaycan üçün Stepanakert mövzusu tamamilə qapanır.

Buna görə də, baxışımızca, Ərdoğan danışıqlarda kürd probleminə münasibətdə Bakı vasitəsilə Ərbilə, Moskvadakı Əliyev lobbiçilərinin yardımı ilə Rusiyaya basqı təşkil etməyə səy göstərəcək. Bundan savayı, Türkiyə Qərbdə bütün dəstəyi itirməklə 1920-ci illər dönəminin Moskva-Bakı-Ankara alyansını dirçətlməyə cəhd edəcək.

Türkiyə Rusiyanı artıq Türkiyənin özündə ikinci Suriyanın meydana çıxmasını önləyə bilmək üçün öz ərazisində Rusiya hərbi bazalarını yerləşdirmək razılığına qədər əməkdaşlığın məhz bu variantına üstünlük verməyə inandırmağı sınayacaq. Əslində, bu, Ermənistan-Gürcüstan münasibətlərinin istisnasız olaraq Qərb layihəsi kimi təqdim edildiyi “Atatürk formulu”nun canlandırılmasıdır.

Başqa bir variant da var: Rusiyanın kürd problemində güzəşti əvəzində Qarabağ “kartı”nı oynamaq, Azərbaycanı bu cür “qurban”ın tarixi əhəmiyyətinə inandırmaq – lakin İraq Kürdüstanı müstəqilliyi ideyasının  gerçəkləşməsinə əngələ nail olunmayacağı halda. Ərbilin dənizə çıxışı olmadığından daha böyük qonşuların, birinci növbədə bu cür ssenaridə geniş manevr üçün imkanları saxlayan Türkiyənin iradəsindən asılı olacaq.

Məsələ bu layihənin praktik olaraq kimin – ABŞ və müttfəqiləri və yaxud Rusiyanın (Türkiyə və Azərbaycanla alyans halında) birinci başlayacağındadır.

Əksinə də ola bilər – Moskva ABŞ və Qərblə ittifaqda müqəddəratı təyin etmə prosesini bu və ya başqa cür dəstəkləyər. Artıq Abxaziya və Cənub Osetiyaya münasibətdə bu cür edilib. Ancaq burası da var ki, İraq Kürdüstanında referendumun keçirilməsi hələ bildirmir ki, kürdlər bundan dərhal sonra birtərəfli qaydada müstəqillik elan edəcəklər. Lakin onların mübarizəsinin yeni, üzücü, təzə müharibələr riski ilə müşayiət olunan mərhələyə keçidi aşkardır. Axı İraqın parçalanması İŞİD-lə mübarizəninn hələ başa çatmadığı bütün Yaxın Şərqdə durumda əksini tapacaq yeni geopolitik örnəkdir.

Azərbaycan göstərib ki, Türkiyə ilə birlikdə Böyük Yaxın Şərqin gələcəyini müəyyən etməkdə mühüm rol oynamağa cəhd edib və edir. Bölgədə geopolitik landşaftın dəyişilməsi, həqiqətən, baş verir, lakin bu, Əliyevlə Ərdoğanın gözlədiyi kimidirmi?

Türkiyə prezidentinin Bakı səfərinin yekunları bu suala cavab tapmağa kömək edəcək.

Tərcümə Strateq.az-ındır.