XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 18:17

Tehran-Dehli gərginliyi:Sanksiyaların ləğvi İranla hind tərəfdaşını küsdürdü - Təhlil

Aditya Ramaçandran

“Atlantic Council”

 

İran iqtisadiyyatı beynəlxalq sanksiyaların ləğvi ilə bərpa edilməyə başladıqdan sonra prezident Həsən Ruhaninin baş məsləhətçisi Əkbər Türkan 2016-cı ilin dekabrında bildirib: "İranın sərvəti və milli maraqları Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Çin və Hindistandan olan bir dəstə qarətçi tərəfindən talan edilib".

Bu ittihamlar İslam Respublikası ilə Cənubi Asiyadakı müttəfiqi arasında uzun müddətdir davam edən gərginlik kontekstində, iyulun 26-da İran dövlət mediasında peyda olub.

Hindistanın baş naziri Narendra Modi və İran prezidenti Həsən Ruhani tərəfindən Modinin 2016-cı ilin may ayında Tehrana səfəri əsnasında ifadə edilən nikbinliyə, Hindistanın İrana 11 milyard dollarlıq sərmayə qoymaq istəyinə baxmayaraq, Tehran “Fərzad B” qaz sahəsinə dair müqaviləni imzalamaq istəməyib.

Rəsmi Dehli Hindistanın dövlət şirkətlərindən ibarət konsorsiumun yatağı 2008-ci ildə kəşf etdiyini iddia edir. Ancaq İran may ayında Rusiyanın "Qazprom" şirkəti ilə “Fərzad B”nin istismarı barədə müqavilə imzalayıb. Bu addım müqavilənin Hindistan konsorsiumuna verilmədiyi təqdirdə İran neftinin alqı-satqısını kəsmək təhdidi doğurub.

Hindistanın xam neftə olan gündəlik tələbatı 4,6 milyon barel təşkil edir və neftə olan iştaha baxımından o, yalnız ABŞ və Çindən geri qalır. Üstəlik nüvə problemi ucbatından beynəlxalq sanksiyalar tətbiq olunduqda belə, Hindistan İranla iqtisadi əlaqələri davam etdirən az sayda ölkə arasında olub. Bununla birlikdə, 2016-cı ilin yanvar ayında birgə Tədbirlər Planı (JCPOA) çərçivəsində sanksiyaların qaldırılmasından sonra İran infrastrukturunu inkişaf etdirmək üçün Hindistanla deyil, daha yüksək texnoloji və idarəetmə təcrübəsi olan bir sıra Avropa şirkətləri ilə müqavilələr imzalayıb.

“Fərzad B” iddiası ilə bağlı İran parlamentinin enerji komissiyasının sözçüsü Əsədullah Gövhərxani deyib: "Neft Nazirliyi sahədəki kəşfiyyat və hasilat işlərinə dair müqavilə bağlamaq üçün açıq bildiriş verdi. Rusiya da daxil olmaqla, müxtəlif ölkələr bu layihəni yerinə yetirməyə hazır olduqlarını bəyan etdilər".

İran, həmçinin “Cənubi Pars” sahəsinin işlənməsi üçün Fransanın neft nəhəngi “Total” kimi Qərb şirkəti ilə böyük müqavilə imzalayıb.

Tehran rəsmiləri artıq neft sahəsində Hindistanın İranın maraqlarına cavab vermədiyini düşünürlər. İranın neft naziri Bican Zəngənə 2017-ci ilin aprel ayında bildirib: “İran neftinin Hindistana ixracatı kəsilsə də, başqa müştərilərə görə çətinliklərimiz olmayacaq".

Hindistan alternativ tədarükçülər haqqında eyni şeyi söyləyə bilər. Bir çox ölkə, əsasən İraq, bu işdə İranı əvəz edə bilər. 2017-ci ilin iyulunda Hindistan xam neftin 31,5 faizini bu ölkədən idxal edib. Həqiqətən, yeni rəqəmlərə görə, Hindistanla İran arasında xam neftinin alqı-satqısı iyulda 16,3% -ə düşərək gündəlik 414,9 min barel təşkil edib.

Asiyanın iqtisadi nəhənginin bu və digər məsələlərdə İranla yaşanan məyusluqlar İslam Respublikası ilə digər münasibətlərdə də ciddi şəkildə nəzərə alınmağa başlayır.

Mübahisənin nəticələri Çabahar limanının (İran-Hindistan layihəsi) inkişafı üçün xüsusilə əhəmiyyətlidir.

Pakistanda Çin dəstəkli Qvadar limanı kimi, Çabahar Hindistanın Mərkəzi Asiya və Əfqanıstandakı strateji həmləsinin əsas elementidir. Hindistan hökuməti dəfələrlə vurğulayıb ki, Hindistana və Mərkəzi Asiya arasında maneəsiz ticarət axınının qurulması vacibdir. Çabaharın davamlı inkişafı Hindistanın Mərkəzi Asiya iqtisadiyyatı və geosiyasətində rolunu möhkəmləndirəcək.

Bununla yanaşı, İran yaxın vaxtlarda şikayət edib ki, Modinin xeyir-duası ilə layihəyə 500 milyon dollar sərmayə qoyulsa da, Çabaharda Hindistana ayrılmış üç istiqamətdə işlər ləngidilir.

Bu anlaşılmazlığa Tehran və Dehli arasında qitənin Qərbi və Orta Asiyada bir-birini tərəfdaş kimi görüblər. Lakin İranın öz ticari maraqlarını Hindistanla əlaqələrindən üstün tutması halında, bu həqiqət dəyişə bilər.

 

Tərcümə: Strateq.az