XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 08:00

Putinin strategiyası və ABŞ-ın cavabı –Tramp Rusiya ilə Obama kimi davranmaya bilər - TƏHLİL

 

Herbert London,

London Siyasi Tədqiqatlar Mərkəzinin (London Center for Policy Research) prezidenti.

"The Washington Times", ABŞ

 

Soyuq müharibənin sonunda Rusiya eynilə öz surətinə çevrilmişdi. Bu imperiyanın kəsilib kiçildilmiş qalığı olan ruslar isə, ən yaxşı halda, zəif regional dövlət idi. Əgər vəziyyəti daxili mülahizələrə əsasən təhlil etsək, onda görərik ki, rus iqtisadiyyatı zəif idi və o, tamamilə mədən sənayesinə əsaslanırdı. Alkoqolizm mərəzi cəmiyyətin bütün təbəqələrini əhatə etmişdi. İmmunçatışmazlığı (SPİD) virusunun yayılması epidemik xarakter almışdı. Yaşama müddəti isə qısalmaqda idi…

Bu meyllər indi də üstünlük təşkil etməkdədir, lakin Vladimir Putin ölkədaxili zəiflikləri və iflası ört-basdır etmək üçün aktiv şəkildə qlobal səhnədə hərəkət etməyə başladı.

Moskva Qərbdə istifadə üçün yararlı olan çoxsaylı əlverişli imkanlar üzə çıxardı. Onun gündəmi aydındır – Vaşinqton və II Dünya Müharibəsindən sonra beynəlxalq sabitliyi təmin edən liberal institutlar hesabına rus təsirini gücləndirmək.

Rusiya üçün başlıca hədəf gücləri rus sərhədlərində yerləşən NATO-dur. Harada NATO-ya öz dayanıqlı təsirini saxlamaq müyəssər olmur, orada ruslar hərbi gücün proyeksiyasının köməyilə oyuna girir.

Ruslar 2016-cı ilin prezident seçkilərinə qarışmaqla prezident Donald Trampın administrasiyasını siyasi böhran vəziyyətinə gətirib çıxardılar.

Suriyada rus təyyarələri və bombardmançıları vətəndaş müharibəsində vəziyyəti dəyişdilər və Bəşər Əsədi hakimiyyətdə saxladılar. Rusiya Yaxın Şərqdəki çox yerlərdə güclü oyunçu hesab edilir – o, Misirə, Səudiyyə Ərəbistanına silah satır, Türkiyə isə ondan ən müasir S-400 zenit-raket komplekslərini alır. Cənab Putin hətta Liviyada müharibədən güclü zərər çəkmiş bu millətin gələcəyinin formalaşdırılmasında Rusiyanın iştirak etməsi ümidilə general Haftarın qüvvələri ilə sıx əlaqələr qurub.

İqtisadi cəbhədə Rusiya qiyməti artırmaq üçün neft hasilatının azaldılmasını Səudiyyə Ərəbistanı ilə koordinasiya edir. O, Manaquada (Nikaraquanın paytaxtı – tərcümə), bizim sahillərin yaxınlığında sənaye gücü yaradıb, həmçinin Kubada, soyuq müharibə dövründə mövcud olan kəşfiyyat əməliyyatlarının keçirilməsi imkanı daxil olmaqla, çoxsaylı layihələr üzərində işləyir. Əslində Rusiya öz casus və kəşfiyyat əməliyyatlarını bütün Cənubi Amerikada genişləndirib.

Bu tip əməliyyatların məqsədləri kifayət qədər aydındır. Onlar mümkün qədər daha çox beynəlxalq oyunçunu Qərbdən və ABŞ-dan qoparmaq və onları öz düşərgəsinə çəkməkdən ibarətdir. Bu növ fəaliyyətlər Qərbin hegemoniyasıyla dəstəklənən ölkələrdə ölməkdə olan institutlaşmış aparata təsir etməklə xaos yaratmağa qabildir. Aydındır ki, Rusiya üçün hədəflər Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi, NATO və Dünya Bankıdır.

Bundan əlavə, belə strateji addımlar ölkə daxilində Putinin mövqeyini möhkəmləndirməyə imkan verir. Tipik ruslar beynəlxalq aləmdə "rus ayısı"nın yenidən ortaya çıxması ilə çox fəxr edirlər. Moskvada mənəvi ruh iqtisadiyyatı iflas edən ölkə üçün təəccübediləcək dərəcədə yüksək səviyyədədir.

Bu addımların risklərlə bağlı olduğunu deməyə ehtiyac yoxdur. Cənab Putini ABŞ-la birbaşa qarşıdurma perspektivi qorxudur. Cənab Tramp prezident Obama deyil; əslində cənab Tramp “strateji dözümlülük”dən əziyyət çəkmir.

Ola bilər, cənab Putin özünü həddindən artıq aktiv aparır və həddindən artıq cəld hərəkət edir, bununla da ABŞ-ı cavab reaksiyası verməyə təhrik edir. Cənab Trampın Ər-Riyaddakı nitqi Rusiyanın Yaxın Şərqdəki ambisiyalarını heçə endirə bilər. Rusiyanın Çernoqoriya liderini bu ölkənin NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə ortadan qaldırmağa cəhd etməsi rüsvayçılıqla iflasa uğradı, onun təsiri isə Çernoqoriyanın qonşularını rusların niyyətləri ilə əlaqədar olaraq narahat etdi.

Rusiyanın şahmat gedişləri Obamanın beynəlxalq işlərdə iştirakın ixtisarına və mümkündür ki, beynəlxalq meydanda geri çəkilməsinə əsaslanan xarici siyasətinin tutarsızlığı ilə birbaşa bağlıdır.

Cənab Putin üçün təhlükə ondan ibarətdir ki, o və onun hərbi müşavirləri öz diqqətlərini keçmişin dərsləri üzərində həddindən artıq cəmlədilər və başqa reallığın meydana çıxmasına əhəmiyyət vermədilər.

Bununla belə, amerikalı rəsmi şəxslər onları əndişə ilə izləməli və rus aktivliyinin qarşısını almaq üçün müvafiq addımlar atmalıdı. Rusiyanın qlobal aləmdə öz nəticələrinə görə tektonik olan təsirləri ona gələcək üçün imkanlar verdi, ancaq biz belə hegemoniyaçı səylərə qarşı bizim köklü maraqlarımızı daha artıq təhdid etməyə başlamamışdan öncə, ortaya ağıllı diplomatiya və müdafiə qoymalıyıq.

 

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə