XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 15:44

Türkiyə prezidentindən Almaniya türklərinə işarə:“Öz siyasi partiyanızı yaradın!” – Təhlil

Sergey Latışev

Tsargrad.tv, 23.08.2017


Prezident Rəcəb Tayib Ərdoğan Almaniya türklərini ölkənin aparıcı siyasi partiyaları Türkiyəyə “düşmən” olduğuna görə onlara səs verməmək çağırışı ilə indiki kansler Angela Merkelin seçkilərdə qələbəsinə mane ola bilməz. Amma o, mühüm örnək yaradıb: gələcəkdə Almaniya və geniş mənada Avropa siyasəti artan şəkildə diaspordan asılı olacaq, buna görə də Avropanın taleyi bir çox baxımdan ora mühacirlərin gəldiyi ölkələrin maraqlarından asılı olacaq.

AFR-də əksəriyyəti Almaniya vətəndaşı olan 1,5 milyondan çox Türkiyə mühaciri yaşayır. Həm də bunların 400 mininin Türkiyə pasportu var. Onlar əsasən böyük şəhərlərdə yaşayır və müsəlman ölkələrindən yeganə icmadır ki, azdan-çoxdan Almaniya həyatına inteqrasiya olunub və artıq o cümlədən siyais baxımdan onun ayrılmaz tərkib hissəsinə çevrilib. Almaniyada əcnəbilərin yerli almanlardan çoxluq təşkil etdiyi yeganə şəhər Mayn üzərindəki Frankfurtda, ən təzə statistik məlumata görə, etnik türklər əhalinin 13%-i təşkil edirlər.

 

Ərdoğan açıq şəkildə nəzərdə tutduğu nələri deməyib?

 

Buna görə də Ərdoğanın sözləri çox güclü səslənib. Xüsusən də ona görə ki, əslində çoxlarının düşündüyündən xeyli çox deyilib.

Statistikanın məlumatlarına görə, Almaniya türkləri əsasən sosial-demokratlara səs verirlər. XDB/XSB-ə bu partiyaların xristian keçmişi və Almaniya türklərinin hələlik aid olmadığı imkanlı zümrələr üçün sərfəli siyasətinə görə Türkiyə mənşəli Almaniya vətəndaşları nadir hallarda səs verirlər.

…Almaniya türkləri yekcins deyil. Onların içində dünyəvi Türkiyənin xeyli tərəfdarı var və onlar Ərdoğanı sevmirlər. Hələ Türkiyə kürdlərini demirik. Amma sorğulara əsasən, Almaniya türklərinin çoxu yenə də məhz Ərdoğanın tənqidçilərini deyil, onu dəstəkləyir. Bundestaqa keçəcək, lakin Ərdoğanın Türkiyənin düşməni adlandırmadığı digər önəmli partiyalardan heç biri türk seçicilərin əksəriyyəti üçün yetərincə cazibəli deyil – nə antimühacir, nə də antimüsəlman “Almaniya üçün Alternativ” (AüA), nə Azad Demokartik Partiyadan (AzDP) xalis liberallar, nə də avtoritarizmə, müxalifətin və milli azlıqların qəddar şəkildə boğulması, həmçinin digər məsələlərə görə Ərdoğanı tez-tez tənqid edən bir sıra aparıcı siyasətçiləri ilə Solçu Partiya. Onun çağırışı faktiki olaraq özünü “yanlış aparan” və “antislamcasına köklənmiş” partiyalara da aiddir.

Əslində, Ərdoğan Almaniya türklərini Hollandiyadakı soydaşlarının timsalında təriqət və etnik prinsip əsasında qurulmuş siyasi partiya yaratmağa çağırışın bir addımlığında durub. Hollandiyada son seçkilərdə yerli türklərin önəmli qismi və onlara qoşulan ərəb və bərbərlər – Hollandiya sosial-demokratlarının keçmiş elektoratı – təzəcə yaradılmış, Hollandiya cəmiyyətini onları olduqları kimi – Avropa mədəniyyətinə zidd bütün adət və ənənələri ilə qəbul etməyə vadar etməkdən ötrü etnik azlıqların maraq və eyniyyətini qorumaq bəyanı ilə ilk dəfə parlamentə girən DENK partiyasına səs veriblər.

Biz o vaxt xəbərdarlıq etmişdik ki, sıra diasporanın çiçəkləndiyi Almaniya və başqa Avropa ölkələrinindir.

 

Alman politikumu şokdadır

 

Ərdoğana qədər heç kim və heç vaxt Avropa Birliyinin aparıcı ölkəsinin daxili işlərinə qarışmağı özünə rəva bilməyib ki, xarici işlər naziri Ziqmar Qabriel də bunu birbaşa etiraf edib – belə şey görünməmişdi. Qabriel AFR vətəndaşlarını “ölkə suverenliyinə özünəməxsus müdaxilə aktına qarşı durmağa çağırıb”.

Doğrudan da, təsəvvür edin ki, Vladimir Putin Almaniyada kök atmış çoxsaylı Rusiya mühacirlərinə müraciət edir və onlara deyir ki, kimə səs vermək lazım deyil. Həm də öz talelərini özlərinin yönəltməyin vaxtı çatdığna eyhamla…

Adətən, olduqca ehtiyatlı AFR kansleri Angela Merkel buna görə də bu dəfə Türkiyə prezidentinə kəskin cavab verib: “Biz heç kimə, o cümlədən prezident Ərdoğana da imkan vermərik ki, vətəndaşlarımızın, o cümlədən Türkiyə mənşəli Almaniya vətəndaşlarının azad seçiminə qarışsın”.

Görünür, onun AB və Türkiyə arasında Gömrük birliyinin yaradılması haqda danışıqları davam etdirməyin mümkünsüzlüyü haqda bəyanatı qismən Ərdoğanın demarşına səbəb olub.

 

Ərdoğan qalmaqal salır

 

Ərdoğan qadınla ağız-ağıza verməməyi qət edib, cavabında onun xarici işlər nazirinin üstünə düşüb. Bu bir daha göstərir ki, o, Almaniya türklərini alman sosial-demokartları ilə dalaşdırmağı çox istəyir. Ərdoğan bildirib: “O, heç nə anlamır. Sən kimsən ki, Türkiyə Cümhuriyyətinin prezidenti ilə danışasan? Öz yerini bil, bizə moizə oxumaq lazım deyil”.

Türkiyə prezidenti, Qabrieli aşağılamağı davam etdirir: “Nə zamandır siyasətdəsən? Sənin neçə yaşın var?”

Kimin hüzurunda durubsan? Ayağıma dolaşma!” mövzusunda əsil variasiya alınır.

Şərqə dönən Türkiyə ilə Almaniya, bütünlükdə Avropa Birliyi arasında münasibətlərin sürətlə pisləşməsi dönməz xarakter alır. AB-yə girmək haqda danışıqlar tamamilə dalana dirənib və Ankara yalnız AB-i şantaj etməkdə əlavə imkana malik olmaqdan ötrü bunu dayandırmır. Türkiyə hökuməti ölkəsindəki dövlət çevrilişi cəhdinə dəstəkdə AB və bütövlükdə Almaniyadan şübhələnir. Avropalıların kürd və ermənilərə iltifat göstərməyi, Türkiyə ilə viza rejimini saxlamağı, öyüd və yersiz məsləhətləri ilə daim təngə gətirməyi onları hiddətləndirir.

 

Bekara perspektivlər

 

Avropa Birliyi həqiqətən Ankaranı müxaliflərin kütləvi həbsi, kürdlərə basqı, bütünlükdə “insan haqları” pozuntusuna görə tənqid edir. Getdikcə daha çox ölkə – nisbətən bu yaxınlarda Almaniya da I dünya savaşı dövründə erməni və digər milli azlıqların soyqırımında (mətndə bu cürdür-tərc.) Türkiyənin təqsirli olduğunu rəsmən qəbul edib ki, bu da Ankarada çox güclü qəzəb doğurur. O cümlədən indiki dünyada bu cür ittihamlar maliyyə iddialarının irəli sürülməsindən xəbər verir. Həm də erməni soyqırımı faktının inkarı mümkünsüz olsa da, o uzaq dövrdə heç kim mələk deyildi. Qarşılıqlı qırğının miqyasları, əlbəttə, müqayisəyə gəlməz.

Qıcıqlandırma o qədər uzağa gedib ki, Almaniya bu yaxınlarda Türkiyəyə qarşı sanksiyaların tətbiq edildiyini bildirib. Təəssürat yaranır ki, hətta Ərdoğanın bir vaxt baş verəcək gedişi də artıq Ankara ilə Berlin arasındakı münasibətlərin öz mehvərinə qayıdışının zəmanəti olmayacaq. Çünki Ərdoğan rejimi təkcə bunun üzərində durur, Türkiyənin milli maraqları isə gerçək şəkildə AB-yə inteqrasiyaya ziddir. Bu keçmiş nəhəng imperiya bunun üçün son dərəcə özünəməxsusdur.

 

Gələcəyə örnək

 

Bu durumda Almaniyada Hollandiya timsallı türk partiyasının meydana çıxması ən yaxın gələcəyin məsələsidir. Almaniya nazirlər kabineti koalisiya xarakterlidir. Buna görə də türk partiyası müəyyən bir dövrdən sonra 5%-lik maneəni aşacaq (böyük diaspora nəzərə alınmaqla böyük çətinlik deyil) və tamamilə “kral düzəldən” ola bilər. Yəni ölkədəki türk icmasının sayından çıxış etməklə ölkədəki siyasi proseslərə daha güclü şəkildə təsir edə bilər.

Özü də bu, təkcə Almaniya və Hollandiyanın deyil, bütün Qərb Avropanın taleyidir. Gəlmə əhalinin və uyğun olaraq bu adamların çıxıb gəldiyi dövlətlərin mövqeyi demoqrafiya və yeni mühacirlərin daimi axını sayəsində ilbəil güclənəcək.

Ümumiyyətlə, Merkel sentyabr seçkilərini udacaq. Və Ərdoğanın ona “knyazlıq damğası” verməməyi durumu dəyişməyəcək. Seçicilərin, təxminən, 40% səsinə güvənən XDB/ХSB üçün bir-iki faiz səs minusu hələlik problem deyil. Amma bir neçə ildən sonra artıq bu problemə etinasız yanaşmaq mümkün olmayacaq. Bəs bir neçə onillikdən sonra nə olacaq? Müasir Qərb siyasətçiləri bu cür uzağa boylanmamağa üstünlük verirlər.

Təəssüflər.

Tərcümə Strateq.az-ındır.