XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 21:12

Naxçıvana yeni daxili işlər naziri təyin edildi- Vasif Talıbov fərman imzaladı

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə bundan sonra kimin rəhbərlik edəcəyi, nəhayət ki, məlum olub.

Strateq.az Naxcivantv.az-a istinadla xəbər verir ki, Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 25 avqust tarixli fərmanı ilə Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, qərara alıram:

Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin.”

Qeyd edək ki, Ali Məclis Sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

DTX-nın rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb.

Onu da bildirək ki, general-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.