XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 10:30

İŞİD-in sirrini daşıyanlar niyə əsir götürülmür? –Onlar ya qəfil yoxa çıxır, ya da öldürülürlər...

Saleh Əl-Gilyab

"Al-Jarida", Küveyt

 

İŞİD-lə mübarizədə çoxsaylı qələbələrin əldə edilməsinə baxmayaraq, bütün dünyada məşhur olan bu təşkilatın sirlərini daşıyanlar – onun əsas liderləri əsir götürülməyib.

Bir də İŞİD-in varlığını davam etdirməsi Bəşər Əsəd rejiminin qorunub saxlanmasına və Rusiya, ABŞ və Avropanın hərəkətlərinə haqq qazandırmağa xidmət edir.

Bütün bunlar yalnız o deməkdir ki, başlıca məsələ rejimin ortadan qaldırılması deyil, varlığı dövründə nasistlərin, faşistlərin, Pol Potun dövründə, bütün qədim və yeni tarixi dövrlərin ərzində törədilənlərdən daha çox cinayət törədilən “xəlifəliyin” məhv edilməsi olmalıdı.

Güman etmək olarmı ki, Suriya rejimi bütün bu “parlaq” qələbələri, Mosulda baş verənlər də daxil olmaqla, hər hansı bir həbs və ya saxlanma olmadan əldə edir? Və yaxud o, belə müvəffəqiyyətə İŞİD-dən kimsəninsə yardımını almadan nail olur? Təkcə Mosul banklarından onun işğalından sonra 835 milyon dollar oğurlanıb və izsiz yox olub. Nəticədə bu təşkilatın üzvlərindən bir nəfər də həbs edilməyib. Hazırda Raqqada və Bəşər Əsədin nə vaxtsa bu təşkilata verdiyi digər şəhərlərdə də elə bu cür hadisələr baş verməkdədir.

Bəşər Əsəd rejimi təsdiq edir ki, öncəlik təşkilatın deyil, yardımlarının inkarı mümkün olmayan Rusiya və İranın açıq iştirakı ilə İŞİD liderinin ortadan qaldırılmasıdır. Terrorçu təşkilat Avropa ölkələrində “kök salmaq” imkanı əldə edib və beləliklə, miqyaslı qanlı əməliyyatlar həyata keçirib.

Bundan başqa, faciə bu yaxınlarda İspaniyaya, daha öncə Fransaya, Böyük Britaniyaya, Belçikaya və bəzi Skandinaviya ölkələrinə gəlib çatıb. Bu tədbirlərin məqsədi həmin dövlətlərə “anlatmaq” idi ki, “burnu dik tutmaq” – lovğalanmaq lazım deyil; həmçinin bəyan etməkdi ki, təşkilatın öncəliyi Dəməşq rejiminin ortadan qaldırılması deyil. Bir də o təəccüblüdür ki, İŞİD, onun aktiv və "uyuyan elementləri" qısa müddətdə (üç ildən də az vaxtda) bütün yer kürəsini əhatə edə bildi.

Niyə siz təsəvvür edə bilmirsiniz ki, bu dünyanın ən yaxşı təhlükəsizlik xidmətlərinə sahib olan bir sıra ölkələr bu təşkilatın həqiqi sirlərini bilən yüksəkvəzifəli liderlərindən hətta birini belə, tuta bilməyiblər?!

Ona inanmaq olarmı ki, başlanğıcda İraqa, Bağdadda Xarici İşlər və Səhiyyə nazirliyi tərəfində çıxış etməli olan, silahlı qrupun göndərilməsinə imkan yaradan və beləliklə, İŞİD-ın yaradılmasının başlanğıcını qoyan Suriya rejimi bu qruplaşmanın heç bir üzvünü həbs edə və onların sirlərindən və planlarından xəbər tuta bilməyib? Özü də ərazilərin qarşılıqlı olaraq mübadilə edilməsinə… və münaqişənin başlanğıcından bəri rayonların davamlı olarqa gah bu, gah da digər tərəfə keçməsinə baxmayaraq.

İŞİD-in sirlərini bu döyüşən və bütün Avropa ölkələrində döyüşməyə davam edəcək gənc insanlar və uşaqlar, əksər hallarda isə “muzdlular”… mühafizə etmir.

Bu təşkilatın sirləri onların bu işdə maraqlı olan Suriya hakimiyyətilə olan əlaqələrində və görüşlərindədir. Bu sirləri mühafizə edənlər də hipotetik olaraq həbs olunmadan Mosulu tərk etməyi bacaranlardır. Ancaq onlar, onlarla birlikdə də başda Əbu Bəkr əl-Bağdadi olmaqla, Raqqada öldürüldüyünü rusların bəyan etdiyi İŞİD-in yuxarı təbəqəsi belə, hansısa gözəgörünməz güc sayəsində yoxa çıxdı…

Yenə də düzünü Allah bilir!




Yuxarı Əvvələ Ana Səhifə