XƏBƏR LENTİ

15 Yanvar 2021
14 Yanvar 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 17:51

Rasputindən Bennona qədər:siyasi avantüristlər və başısoyuq dövlət başçıları – Araşdırma

Pyer Karrey

Liberation (Fransa), 20.08.2017

 

Donald Trampın strateji müşavirinin cümə istefası kölgə hakimiyyəti saqasında yeni fəsli qeydə alır. “Libération” bu gözədəyməz, lakin təhlükə və intriqalar hopmuş oyunlarda onun sələfi olmuş altı tarixi xadimi xatırlamağı təklif edir.

Siyasi quruların iki dayağı var – hakimiyyət və müəmma. Onları XVII əsrdən “boz kardinallar” adlandırırlar. Öz növbəsində XIII Lüdovikin “qırmızı kardinal”ı olan Rişelyenin “boz kardinal”ı İosif atanı bu cür çağırırdılar (qırmızı kardinal libasının, boz rahib geyiminin rəngi idi). Donald Trampın cümə günü istefaya getmiş “beyni” Stiv Bennon da qorxu və nifrət doğuran və irimiqyaslı tarixi dəyişikliklərin təşəbüsçüsü olan bu nüfuzlu xadimlər siyahısındadır. Bennon Ağ Evdən getdikdən dərhal sonra kampaniyalar vaxtı Trampla Klintonun mübarizəsini ağarana qədər közərdən ultrasağçı Breitbart News saytının prezident kreslosuna qayıdıb. “Kiməsə nəsə aydın deyilsə, icazə verin, hər şeyi izah edim: mən Ağ Evdən gedirəm və Tramp uğrunda Kapitoliya, KİV-lər və işgüzar dairələrdəki rəqiblərinə qarşı mübarizəyə girişirəm”, – deyə Bloomberg News-a bildirib. İstənilən halda Trampın keçmiş ideoloqu (bəziləri onu prezidenti oyuncaq kimi yönəldən əsas dövlət  başçısı sayırdılar) nüfuzun önəmli hissəsindən məhrum olub.

 

İohann Fridrix Struenze – mütəfəkkir

Danimarka kralı VII Kristianın iki problemi var idi: dəlilik və əyyaşlıq. Arvadı Karolina Matilda övladının və Maarifçilik fəlsəfəsi ruhunda çox önəmli xeyli islahatın atası olmuş ailə həkimi ilə yaxınlıq edib. İmtiyazların, biyarın, mətbuat senzurasının və oğurluğa görə ölüm cəzasının ləğvi… Daniya dilində danışmayan prussiyalı qraf Struenze rahib əvəzinə işləyib. O, iki il ərzində 2000-dən çox sərəncam verib. Zadəganlar isə sui-qəsd təşkil edərək həkimi hakimiyyəti qəsb etmək ittihamı ilə mühakimə ediblər. 1772-ci ildə Kopenhagendə onun boynunu  vurublar. Kraliça boşanmağa məcbur olub, mütərəqqi qanunları isə ləğv ediblər.

 

Markiza de Pompadur – “Risk” oyununda çempion

Bu qadın o qədər nüfuza sahib idi ki, ona bəzən “cənab” deyə müraciət ediblər. XV Lüdovikin sevimlisi markiza de Pompadurdan həm sarayda, həm də xarici səfirlər qorxublar. O, daşların kart üzrə qoşun kimi yer dəyişdiyi “Risk” kübar oyunu icad edib. Alyansların əvəzlənməsi ideyası ona məxsusdur: Fransa-Prussiya və Avstriya-İngiltərə bloklarının qarşıdurması əvəzinə Fransa-Avstriya və İngiltərə-Prussiya cütlüklərini təklif edib. Ardınca Yeddiillik müharibə (1756-1763) gəlib. Pompadur nazirləri təyin edib və rəssamları hamiliyə alıb. Hər necə olsa da, o, mülklərin islahatı haqda hətta ağzını da açmayıb, çünki özü bir sıra təsərrüfatların, həmçinin Parisdə müasir Yelisey sarayına çevrilmiş Evre evinin sahibi idi.

 

Qriqori Rasputin – özəl vəzifə

Deyildiyi kimi, rahib Rasputin 1916-cı ildə hərbi nazir Şuvayevə zəng edib və onun adyutantına düşüb. O, cavab verib: “Nə zaman lütf etsəniz, gəlməkdə sərbəstsiniz”.

Rasputin lovğalıqla deyib: “Nazirinizə deyin ki, mama ilə mənə bu cür nazir lazım deyil”.

O, “mama” deyəndə əlaqədə olduğu şübhələr doğuran çariçanı nəzərdə tuturdu. Onlar bu müəmmalı şəxsiyyətin hemofiliyadan əzab çəkən  şahzadə Alekseyə “şəfa” verməyə başladığı 1907-ci ildə tanış olublar. Necə olsa da, Rasputin Rusiyanın  pərdəarxası hökmdarı deyildi. Onun həlak olduğu 1916-cı ilədək (bu müəmmalı qətl çar ailəsinin yox olmasından bir il qabaq baş verib) istefaya göndərmək istədiyi nazir öz postunu saxlayıb. Onu əhatə edən iblisanə əfsanələri bolşeviklər uydurublar. Rasputinin o cür əliuzun deyildi. Guya formalində saxlanan 31 santimetrlik üzvü kimi.

 

Harri Hopkins – Franklin Ruzveltin qurusu

Chicago Tribune”n 1943-cü ilin mayında təşvişli xəbər dərc edib: Franklin Ruzveltin ən yaxın müşaviri “Ağ Evin Rasputini”ndən başqa kimsə deyilmiş. Nə zamansa ticarət naziri postunu tutmuş Harri Hopkins on il ABŞ-ın iqtisadi siyasətini müəyyən edib. “Yeni kurs” onun ideyası idi. O, müharibəyə girişmək uğrunda çıxış edirdi, lakin Perl-Harbora hücum etmiş Yaponiyaya qarşı deyil, Almaniyaya qarşı. O, qarışmağın əleyhinə olanların ağzını yumub və Çerçill və Stalinlə görüşlər keçirib. O, SSRİ-yə işləyibmi? Keçmiş KQB agenti 1990-cı ildə bildirib ki, Hopkins onların adamlarından biri olub. O, doğrudan da, sosialistlərə rəğbət bəsləyib və iki böyük dövlətin yaxınlaşması uğrunda çıxış edib, lakin o, 1945-ci ildə vəfat edəndən sonra bu doktrina dağılıb. Ruzveltin dediyi kimi, xərçəngdən əzab çəkən Hopkins “yarımadam”ı təmsil edirdi. Bununla belə, həmişə onun ardınca gedib.

 

Aleksandr Yakovlyev – SSRİ-nin toran çağı

Başqa bir quru və mümkün satqın Aleksandr Nikolayeviç Yakovlyev idi.  Ola bilsin, ittifaqı quylayan, SSRİ-nin son ideoloqu. Bu bürokrat və açıq rejim tərəfdarı əvvəlcə ölkədən kənarda, Kanadada səfir işləyib. 1982-ci ildə qayıtdıqdan sonra Kompartiyanın “ideoloji lideri” olub. İqtisadiyyatın liberallaşdırılması (yenidənqurma) və təbliğatı (aşkarlıq) Mixail Qorbaçova o pıçıldayıb. Köhnə qvardiya dəyişikliklərə həyəcanla yanaşıb, onu “cuhud mason” və Amerika agenti adlandırıb. Əslində, Yakovlyev şərq blokunu dağıtmaq deyil, salamat qalmasına yardım etmək istəyib. 1989-cu ildə Berlin divarı çöküb. Müşavir zavod və kənd təsərrüfatı birliklərinin kollektivsizləşdirilməsini tövsiyə edib. 1991-ci ildə Qorbaçovu Litvada nümayişçilərə atəş açmamağa çağırıb. Buna baxmayaraq, SSRİ yenə də dağılıb.

 

Çhve Sun Sil – “müşavirim məni ovsunlayıb”

Xanım Çhve sadəcə biznes ledisi deyildi. Onun KXDR üzrə məxfi materiallara çıxışı var idi və 2013-2016-cı illərdə hökumət nazirlərinin taleyi haqda qərar qəbul edib… Bütün bunlar ona görəydi ki, o, Cənub Koreya prezidenti Pak Kın Henin rəfiqəsi idi. Bu ruhani qadın və şaman əvvəlcə prezidentin öldürülmüş anasının ruhunu çağırıb. Bütün bunlar Pakda elə bir təəssürat buraxıb ki, Koreyada hakimiyyətin açarını ona verib. Cadugər acgözlük sərgiləyib, qızı üçün saxta pasport və Samsung, Hyundai və digər müəssisələrdən 62 milyon avro həcmində rüşvət tələb edib. Mətbuatdakı ifşaların ardınca miqyasına görə qorxunc etiraz aksiyaları gəlib. Pak Kın He martın 10-da səlahiyyətlərini yerə qoyub. Rasputinin koreyalı varisinin aqibətinə gəlincə, bunu məhkəmə həll edəcək.

Tərcümə Strateq.az-ındır.