RİA Novosti, 01.09.2017
Yetmiş min nəfər amerikalı ABŞ prezidenti Donald Trampa Amerika milyarderi Corc Sorosu terrorçi kimi tanımaq xahişi ilə petisiya imzalayıb. Bu haqda məlumat Ağ Evin saytındakı petisiyanın mətnindən qaynaqlanıb.
Professor Aleksandr Qusyev “Sputnik” radiosunun efirində fikir bildirib ki, Soros olduqca qəliz duruma düşüb.
Müraciətin mətnində deyilir ki, “Corc Soros ABŞ-da durumu dəfələrlə sabitsizləşdirməyə cəhd edib və antiamerika siyasəti aparıb”.
Petisiya müəllifləri bununla bağlı federeal hökumət və Ədliyyə Nazirliyindən Coprc Sorosu və bütün təşkilatlarının üzvlərini yubanmadan terrorçu elan etməyə və “vətəndaş əmlakının müsadirəsi haqda qanun çərçivəsində onun bütün şəxsi mülkü və aktivlərini müsadirə etməyi” xahiş ediblər.
Corc Soros Amerika maliyyəçisi və yatırımçıdır. Onun fəaliyyəti cürbəcür dəyərləndirmələr doğurur: milyader haqda maliyyə fırıldaqçısı kimi danışırlar. Sorosun “Quantum” şirkəti mövcudluğunun, demək olar, 40 ili ərzində hec-fondlar üçün rekord 35 milyard dollar qazanıb. Maliyyəçi ABŞ-da təkcə ipoteka böhranında iki il müddətində bir milyarda yaxın qazanc götürüb. Onu həm də Böyük Britaniyadakı maliyyə böhranında ittiham edirlər.
Sorosu siyasi manipulyasiyalarda da şübhəli bilirlər. Məsələn, maliyyəçiyə qarşı 2017-ci ilin yanvarında Ağ Evin saytında dərc edilmiş keçən dəfəki petisiyada deyilib ki, Soros seçkilərdə öz namizədlərinə lobbilik edərək demokratiyanın təməllərini sarsıdıb.
Milyarderi həm də bir sıra dövlətlərdə, xüsusən də 2004-cü ildə Ukraynada “narıncı inqilab” və 2013-cü ildə Avromaydanda hakimiyyət dəyişikliklərinin təşkilində ittiham edirlər. Soros fondunun saytındakı məlumata əsasən, onlar Şərq Avropa ölkələri və keçmiş Sovet İttifaqının ərazisində “demokratik inkişaf” məqsədilə son 33 ildə 1,6 milyad dollar xərcləyiblər.
Donald Trampın prezident seçkilərində qələbəsindən sonra Soros bildirib ki, Amerika lideri and mərasimindən sonra diktatora dönə bilər. Milyarderin özü seçkiqabağı kampaniya çərçivəsində Trampın demokrat rəqibini – keçmiş dövlət katibi Hillari Klintonu dəstəkləyib.
Strateji Planlaşdırma İnstitutunun direktoru, siyasət elmləri doktoru, professor Aleksandr Qusyev “Sputnik” radiosunun efirində rəy söyləyib ki, demokratlar seçkiləri uduzmağa görə onu bağışlaya bilmirlər.
Qusyev deyib: “Soros siyasi maklerdir. Uduzaraq pulu qaytarmalıdır. O, Demokratik Partiyanı, Hillari Klintonu dəstəkləyib, hətta ortaya pul qoyub və bir milyard dollara yaxın uduzub. O, hazırda çox qızğın fəaliyyətə başlayıb – ona tabe KİV-lər vasisətilə fəaliyyətdəki prezidenti praktik olaraq hər gün “sulayır”, amma fikir verin, ona qarşı petisiyanı respublikaçılar deyil, məhz demokratlar təşkil ediblər və paradoks buradadır. Soros çəkiclə zindanın arasında qalıb. Tramp ondan incikdir, çünki Soros Klintonun seçkiqabağı kampaniyasını maliyyələşdirib. Demokratlar isə onu ittiham edirlər ki, Demokratik Partiyanın bütün seçkiqabağı kampaniyasını dağıdıb. Buna görə də Sorosun vəziyyəti olduqca qəlizdir”.
Onun fikrincə, petisiya baxılmaq üçün gərəkən sayda səs toplayacaq. Politoloq qeyd edib: “Düşünürəm ki, 100 min imza toplanacaq. Sonra müzakirə olacaq. Trampın qismətə qatlaşdığı nəzərə alınsa, bu işə təkan verəcək. Lakin terrorizm çox ciddi maddədir, əslində, bu, ya ömürlük həbs, ya da elektrik stuludur. Söhbət yalnız bundan getmir ki, onu bütün aktivlərdən məhrum etsinlər. Onun bütün bu "rəngli inqilablar"ı maliyyələşdirdiyi Avropada, Şimal Afrikada iflasa uğramış məsələlər daxil olmaqla dalınca hər cür ciddi məsələlərin süründüyü nəzərə alınsa, demokratlar çox ciddi şəkildə inciyiblər və “qan” tələb edir, hər şeyi Sorosun boynuna yıxırlar. Düşünürəm ki, onun məsələsini “tam şəkildə” fırladacaqlar”.
Tərcümə Strateq.az-ındır.