XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 16:39

Vəhhabilik Avropa üçün də təhlükəyə çevrilir –Britaniyada İranla müttəfiqlik çağırışları - TƏHLİL

Con Bredli

"The Spectator" (Böyük Britaniya)

 

Sünnilərin şiələrə köhnə nifrətinin bəlirtisinin təzahürü olan İraq, Suriya və Yəmənin saysız-hesabsız şəhərləri kimi, Səudiyyənin Əvamiyə şəhərinin bu gün ancaq adı qalıb. BMT keçən ay Səudiyyə rejiminin bu şəhərin şiə sakinlərinə hücumundan bir neçə gün qabaq buranı unikal mədəniyyət və dini önəmli yer adlandırıb. Lakin səudlar İranın dəstəklədiyi terrorçu özəklərlə mübarizə bəhanəsi altında qırıcılar, reaktiv qranat, snayper, ağır artilleriya, piyadanın zirehli maşınlarından istifadə etməklə Əvamiyənin bütün mülki əhalisini pərakəndə atəşə tutub, həmçinin qəddar edamlar həyata keçiriblər. Üçyaşlı körpə daxil olmaqla ondan çox şiə öldürülüb, yüzlərlə gənc həbs olunub. Ən azı, 500 ev yerüzündən silinib, 8 min sakin isə salamat qalmış binalardan zorla çıxarılıb.

Səudiyyə əsgərləri özlərini videoya çəkiblər – keçmişdə gözəl olan bu şəhərin qalıqları üzərində oynayıb oxuyublar. Rəqs edərkən şərq əyalətindən ehtiram göstərilən, qiyama təhrikə görə keçən il boynu vurulmuş Nimr əl-Nimr adlı şiə vaizin təsviri olan plakatı tapdalayıblar.

Bundan başqa, onlar “təmizləmədən keçmiş” yerli şiələri “barışmaz” (rejectionists) və “it” adlandırıb təhqir ediblər – bu, onların İŞİD naminə şiələrin kütləvi qətliamından həzz alan fanatik vəhhabi qardaşlarının İraq və Suriyada istifadə etdiyi dildir.

Əldə olan məlumatlara görə, bir yeniyetmə əlil daxil olmaqla tezliklə on dörd şiə fəalının kütləvi boynu vurulacaq.

Bu təriqətlərarası qanlı qırğın nəticəsində Donald Trampın bu ilin mayında islamçı terrorizmlə mübarizə üzrə yeni mərkəzin açılışı zamanı Səudiyyə Ərəbistanı kralı Salmanla yanaşı durması qəribə görünür. Tramp əsas çıxışında İranı və əlaltılarını bölgədə terrorizm, təriqətlərarası qantökmə təhrikçisi adlandırıb. Səudiyyənin bu cür ikiüzlülüyü keçmişdə ciddi qarşılanmır və bunu o xatirə edirdilər ki, infantil şahzadələrə milyardlarla dollara silah satmaq imkanı olsun (onlar bu məbləğdən bir xeyli “dala atırlar”) və onların İranın, guya, İsrail və müstəbid sünni müttəfiqləri üçün təmsil etdiyi, dəlilik həddinə çatan ekzistensial təhlükə mübtəlalığını gücləndirsin.

Bu zarafat bundan sonra artıq gülməli deyil. Mİ-15 xidmətinin keçmiş başçısı Conatan Evans keçən ay xəbərdarlıqla çıxış edib ki, Britaniya, ən azı, 30 il ərzində islam terroru ilə üzləşəcək. Yalnız ən darbaxışlı müşahidəçilər onun təşvişini anlamaqda problemlər yaşayacaqlar. Məsələ burasındadır ki, İŞİD-in yaxın süqutu buna səbəb olacaq ki, xilafətin vəhhabilik ideologiyası hopdurulmuş minlərlə cihadçısı Britaniya və Avropaya qayıtmağa başlayacaq və kafirlərə qanlı divan tutmaq arzusunu dəstəkləməyə hazır olacaqlar. İspaniya, Finlandiya və Belçikada bu il hər həftə, ən azı, bir ciddi cihad insidentinin baş verdiyi terror dalğaları Avropanı bürüyüb. 

Birləşmiş Krallıq hökumətinin gizlətdiyi, bu yaxınlarda üzə çıxmış məruzədə deyilir ki, islamçı terrorizm təbliğatının aparıldığı və əldə böyüdülmüş cihadçıların radikallaşması prosesində aparıcı rol oynayan Brityaniya məscidlərinin aldığı vəsaitlərin böyük qismi Səudiyyə Ərəbistanı və Fars körfəzinin mənfur vəhhabilik ideologiyasını dəstəkləyən digər ərəb ölkələrindən gəlir.

Bu qənaətlər islam ekstremizminin həm burada, həm də Avropada yayılmasına həsr edilmiş başqa əsaslı araşdırmaların nəticələri ilə uzlaşır və qeyd olunur ki, səudların sponsorluq etdiyi vəhhabilik təhlükəsizliyimiz və dəyərlərimiz üçün ən ciddi təhlükədir. Bütün bu nəticələr ölkəni bizim adımızdan yönəldənlər tərəfindən qulaqardına vurulur. Səudiyyə Ərəbistanı bu qayda ilə Yaxın Şərqdə xilafət haqda xülyaların öləzidiyi fonda ölümcül cihadın astanamızın ağzında fəal şəkildə inkişaf etmək imkanı əldə etməkdən ötrü satqın siyasi elitamızdan yaşıl işıq alır. Həyata keçirilmiş terror aktlarının sayı nəzərə alınmaqla teraktları önləmək üçün Səudiyyə Ərəbistanından alınan kəşfiyyat məlumatlarına nisbətdə arqument getdikcə daha da mənasız görünür. Məğlubiyyətçilik ritorikası və sürüşmələr və yaxud qasırğalar kimi cihadçı vəhşiliklərlə yanaşı yaşamalı olduğumuz haqda söz-söhbətlər az hiddət doğurmrur. Terrorçuluq həmlələri təbii fenomen deyil; siyasi qərarların doğurduğu şəraitin nəticəsidir. Siyasətçilər cihadçılıq təhlükəsi üzərində qələbəyə, heç olmasa, hansısa ümidə malik olmaq üçün birinci növbədə bu faktı dərk etməlidirlər ki, səudların maliyyələşdirdiyi məscid və mədrəsələrdə vəhhabi islamının üstünlük təşkil etdiyi Avropaya əsasən gənc kişilərin kütləvi köçü mədəni intihardır.

Yaxın Şərqdə sünni-şiə münaqişəsinin siyasi və islamçı terrora hansı münasibətdə olduğunun dərki də yenidən nəzərdən keçirilməlidir. Əvamiyədəki vəhşilik vəhhabilərin ekstremizmə qarşı mübarizədə bizim dostumuz, şiələrin isə qəddar düşmənimiz olduğu haqda təsəvvürlərin bütün cəfəngliyini son dərəcə aydın şəkildə göstərir. Obyektiv mülahizə yürüdülsə, onda məhz əks iddia düzgün olacaq. Həm Səudiyyə Ərəbistanı, həm də şiələrin hakim mövqe tutduğu İran öz xalqının azadlığını məhdudlaşdırmaq və ölkənin milli sərvətlərini qarət etmək üçün dini libasa bürünmüş kinli qocaların idarə etdiyi, geridə qalmış teokratiyadır. Hər iki ölkədə insan haqları kobud şəkildə pozulur. Amma oxşarlıq burada bitir. Səudiyyə Ərəbistanında qeyri-müsəlmanların öz dinlərinə əməl etməsi yasaqdır, halbuki İran Konstitusiyası xristian və müsəvilərin hüquqlarını müdafiə edir (Mənim üçün ən əziz dini xatirələrdən biri Tehran və İsfahandakı yəhudi icmaları ilə bağlıdır).

Musəvilər kimi, şiələr də hamını öz dinlərinə cəlb etməkdə maraqlı deyil və bununla da vəhhabilərdən güclü şəkildə seçilirlər. İranlılar isə hətta alicənablıq – bu, düzgün ifadədirsə – göstərir və hökumətin antisionçu  ritorikasında İsraillə musəvilər arasında fərq qoyurlar. Halbuki Səudiyyə Ərəbistanı nasistlərin qürur duya biləcəyi antisemitizmi təbliğ edir və eyni zamanda kollektiv şər kimi şiələri lənətləyirlər. İranda demokratiya və həqiqi mətbuat var. Çətin ki bunu Qərbdə özülüyündə təbii hesab etdiyimizlə tutuşdurmaq mümkün olar, lakin Səudiyyə Ərəbistanında aşkarlanması mümkün olanın hamısını kölgədə qoyur. 

İran heç vaxt başqa ölkəyə hücum etməyib, halbuki Səudiyyə Ərəbistanı hazırda Yəməni alt-üst edir. Hətta gündəliyi geopolitik praqmatizm diktə edərkən İran Qərbə sıx əməkdaşlıq təklif edir, amma səudlar və cihadçı əlaltılarını maliyyələşdirən Qərbin kəşfiyyat cəmiyyətindəki müttəfiqləri həmişə bizə qarşı işləyirlər. 2001-ci il sentyabrın 11-də əsasən Səudiyyə vətəndaşlarının həyata keçirdiyi teraktdan sonra İran – təbii ki, onun “əl-Qaidə”yə heç bir rəğbəti yoxdur – yüzlərlə ərəb terrorçusunu həbs edib və terrora qarşı müharibəyə yardım üçün Vaşinqtona kəşfiyyat məlumatları təqdim edib. Tehran 2009-cu ildə Əfqanıstanın bərpası və sabitləşdirilməsi üzrə Vaşinqtona aşkar şəkildə yardım təklif edib, bundan iki il qabaq isə hər iki ölkə İraq üzrə danışıqlar aparıb (yekunda nəticəsiz çıxdı).

Bütün bunların hamısı barəsində danışmamağa üstünlük veriləcək problem deyil.

İran və “Hizbullah”dan şiə müttəfiqlərinin cəbhə xəttində qəhrəmancasına qurbanları olmadan dağılmaqda olan xilafətlə mübarizədə İŞİD ölümqabağı canvermədə olmaz, (maliyyələşdirdiyimiz, məşq etdirdiyimiz və silahlandırdığımız) “əl-Qaidə” cihadçıları isə qaçmaqla can qurtarmağa cəhd etməzdilər. Birləşmiş Ştatların generalları həmçinin İraqda İran generalları ilə bir işləyib və İŞİD-ə qarşı birgə mübarizə aparıblar. Hətta Amerika xüsusi təyinatlı qüvvələri bu gün Livan ordusu ilə birlikdə hərəkət edir, bu ordu “Hizbullah”la bir yerdə Səudiyyə Ərəbistanı və digər sünni dövlətlərinin yaratdığı, bu gün Suriya sərhədinin o biri üzündə xaos yaradan islamçı terrorçulara qarşı hücum əməliyyatı aparır.

Niyə bu əhvalatın astar üzü haqda heç vaxt heç nə eşitmirik? Səbəblərdən biri bundan ibarətdir ki, Amerika qəzetlərinə bölgə üzrə saysız-hesabsız şərhlər verən, kəşfiyyat əməkdaşları üçün brifinqlər keçirən və ekspert qismində televiziyada çıxış edən, demək olar, bütün “ekspertlər” ərəb monarxiyaları və yaxud İsrailin maliyyələşdirdiyi araşdırma qurumlarında işləyirlər. Məlum olduğu kimi, Ər-Riyadda və yaxud Ciddədə işləmiş keçmiş Britaniya və Amerika diplomatları istefaya getdikdən sonra Səudiyyədə isti yerlər əldə edirlər. Vaşinqtondan daim əmrlər alan xarici işlər nazirliyimiz isə İsrailə münasibətdə qeyri-tənqidi mövqe tutmağı davam etdirir. İsrailin özü isə ondan qorxur ki, mollalar yəhudi dövlətini yerüzündən silmək haqda təkrar-təkrar vədlərini yerinə yetirmək üçün Tehranda nüvə cəbbəxanası yaratmaq üzərində işləyirlər.

Lakin burada da durumun yenə də praqmatik dəyərləndirilməsi tələb olunur. Son nəticədə İsrail nüvə dövlətidir, həmçinin hazırlıq və təchizat baxımından bu bölgədə ən yaxşı orduya malikdir. Əgər indi öz döyüşünü apara bilmirsə, gələcəkdə də bunu etmək iqtidarında olmayacaq. Və düzünü desək, əslində, mollaları narahat edən yeganə şey hakimiyyət uğrunda əməlli-başlı zəifləmiş təpəri saxlamaqdır. Hətta İrana nifrət edən və Yerusəlimi sevən Ağ Ev də boynuna almağa məcburdur ki, Tehran nüvə silahı üzrə beynəlxalq vasitəçiliklə imzalanmış müqaviləyə əməl edir. Önəmli budur ki, İran bizim üçün əsla təhlükə təşkil etmir.

Əslində, İŞİD-in böyük həvəslə öldürmək istədiyi adamlar Qərb təmsilçilərindənsə şiələrdir. Bunu dərk etməklə mənası “düşmənimin düşməni dostumdur”dan ibarət olan maksimanı rəhbər tutmalıyıq. Gəlin, səudlara açıq şəkildə eyham vuraq ki, daha onların terroru maliyyələşdirməsi ilə barışmaq istəmirik və gəlin, bunu vəhhabiliyin istənilən təzahürü ilə amansız mübarizə vasitəsilə edək. Eyni zamanda Tehrana qarşı tətbiq edilmiş sanksiyalara son qoyaq. Bu qayda ilə İranın geniş kəşfiyyat məlumatı təqdim etməsi, həmçinin Birləşmiş Ştatlarla sıx hərbi əməkdaşlığına güvənə bilərik və bu onun bütün nüvə iddialarından imtina etməyə inandırmaqda ən effektli üsul olacaq. Gəlin, elə edək ki, Britaniya Vaşinqtonun Yaxın Şərqdəki fəlakətli hərbi müdaxilələrindən və Səudiyyə Ərəbistanı və onun vəhhabi əlaltıları ilə yanlışlığa uğradan alyanslardan azad olsun. İslam terrorunun əsil səbəblərini ancaq bu cür aradan qaldıra bilərik. Bundan başqa, sanksiyasonrası İranda 600 milyard dollar təşkil edə biləsi xarici yatırımlardan səmərə əldə etmək üçün əla mövqeyimiz meydana çıxacaq.

Tərcümə Strateq.az-ındır.   

 

Con Bredli “Daily Mail” və “Jewish Chronicle” kimi nəşrlərlə əməkdaşlıq edir. Həm də Yaxın Şərqə həsr edilmiş dörd kitab müəllifidir.