XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

12 Sentyabr 2017 - 16:30

Suriyaya son hava hücumu:Putin israillilərin "ərköyünlüyünə" hələ nə qədər dözəcək? - Təhlil

Ben Kaspit

“Al-Monitor” (ABŞ)

 

Sentyabrın 8-də Suriya hökumətinin raket istehsal edən zavodu hava hücumuna məruz qalıb. Hədəf Qərb Suriyadakı Masyaf kəndi yaxınlığında idi. Media hava hücumunu İsrail hərbi hava qüvvələrinə bağlayıb, lakin İsrail məsuliyyəti qəbul etməyərək ittihamı rədd edib.

Hücumun izi və həmin gün İsrailin şimalında keçirilən böyük hərbi təlimi nəzərə alaraq, bir neçə gündür gərgin vəziyyət yaranıb. Gərginlik İsrail, Suriya, İran, “Hizbullah”, müxtəlif üsyançı qruplar və Rusiya arasında formalaşan həssas tənliklər doğurub.

İsrail hücum barədə radio səssizliyi qoruyub və Dəməşq rejiminin, 2007-ci ilin sentyabrında gecənin ortasında Suriyadakı nüvə reaktorunun naməlum təyyarələrlə bombalanması zamanı olduğu kimi (İsrail bu hücuma görə məsuliyyəti heç vaxt öz üzərinə götürməyib), sakit qalacağına ümid edib.

Bu dəfə daha vacib məsələ Rusiya hökumətinin necə təpki verəcəyidir. Bölgədəki hərbi varlığını qurduqdan bu yana ilk dəfə o, Suriya ərazisinə İsrail hücumlarına qarşı səssiz qalacaqmı, yoxsa xəbərdarlıq edərək, sarı vərəqə göstərəcək?

8 sentyabr hücumu Deyr-əz-Zor şəhərindəki nüvə obyektinə 2007-ci il hava hücumundan 10 il sonra həyata keçirilib. Bir neçə gün sonra peyda olan peyk fotoşəkilləri göstərib ki, son hava hücumunda naməlum təyyarələrdən atılan raketlər hədəfə dəqiq dəyib: bitişik binaların yalnız üçü zərər görüb. Başqa sözlə, bu, cərrahi həmlə olub. Qiymətləndirmə hücum gücünün keyfiyyətcə və olduqca dəqiq zəka ilə edildiyini ortaya çıxarıb. Yalnız müəssisənin standart raketləri dəqiq raketlərə çevirən istehsal bölmələri məhv edilib.

İsrail, İranın Suriya və “Hizbullah”ı həssas raketləri istehsal etmə texnologiyası ilə təmin olunma səylərini açıq strateji təhlükə olaraq görür. Sonrakı münaqişədə bu müvəffəqiyyətli səylər İsrail düşmənlərinə onun hərbi hava qüvvələrinin strateji hədəfləri təsirli şəkildə vurma qabiliyyətinə maneə yaradardı. Odur ki, 8 sentyabrın erkən saatlarında baş verən hadisə Suriyada və Livanda İranın "həssas layihəsi" ilə mübarizədə daha bir raunddur.

Vəziyyəti daha da mürəkkəbləşdirən budur ki, Rusiyanın S-400 raket batareyası hədəfə alınmış müəssisədən təxminən 19 mil məsafədə yerləşir. İranın həssas raket zavodlarından daha biri bu ərazidə yerləşir. Bu obyekt hücuma məruz qalmayıb. Suriya hava məkanına 8 sentyabr hücumunu həyata keçirən tərəf bunu Suriya hava müdafiə sistemindən yayınmalı və tam radio səssizliyi qoruyaraq etməli idi. Odur ki, bu, müxtəlif tərəflərin bir neçə ildir oynadığı həssas və təhlükəli oyundur. Bu günə qədər onlar super hərbi gərginlik və toqquşmadan qaçmağı bacarıb.

Yaxın Şərqdəki çoxsaylı şərhçilərin fikrincə, iranlılar və suriyalılar ümid edir ki, Rusiya prezidenti Vladimir Putin İsrailin hava hücumlarını dayandıracaq. Lakin ruslar hələ ki səssizdir. Müxtəlif aktyorların səhnə arxasında nə etdiyini isə vaxt göstərəcək.

Putinin Netanyahu ilə tez-tez görüşdüyünə baxmayaraq, Rusiya prezidenti hələ də İranı özünün Yaxın Şərq siyasətində strateji tərəfdaş kimi görür. Rusiya prezidenti həm də iki il əvvəl Əsəd rejimini iflasdan xilas edən şəxsdir. Digər tərəfdən, Putin İsrailin narahatlıqlarını anlayır.

Amma Putin Suriyadakı qüvvələr yaxınlığında baş verən hadisələrə nə dərəcədə cəlb olunacaq? İsrail Suriyadakı rus birləşməsi və hava hücumundan müdafiə sistemlərinin Rusiyaya qayıtmasına nə qədər ümid və dua edə bilər?

Hazırkı mərhələdə bu, çin olmayacaq yuxudur.

Bu ay həyata keçirilən hücum İsrailin son illər Suriya və Livan seqmenti boyunca həyata keçirdiyi həmlələrdən tamamilə fərqlənib. İsrailin hərbi hava qüvvələrinin şefi general Amir Eşel hələ avqustun 25-də “Haaretz” qəzetinə müsahibəsində hərbi hava qüvvələrinin Suriyadan Livana gedən strateji silah konvoylarına 100-ə yaxın hava hücumu etdiyini bildirib. Hücumların demək olar ki, hamısı Suriya ərazisində baş verib və biri istisna olmaqla, təyyarələr atəşə tutulmayıb.

Lakin 8 sentyabr hücumu silah konvoyları, raketlər və ya raket qurğuları deyil, Suriyanın qəlbində və strateji rus mövqeyinə yaxın yerdə Suriya rejiminin hərbi müəssisəsinə edilib. Bəziləri bu hücumu yalnız Əsədə deyil, eyni zamanda, böyük dövlətlərə güclü İsrail mesajı sayır: İsrail öz təhlükəsizlik maraqlarını heç kimə güzəştə getməyi düşünmür.

Bu mövqedən baxdıqda, avqustun 23-də Soçidə Netanyahu-Putin görüşü uğurlu olmayıb.

Qeyd edildiyi kimi, son hava hücumu İsraillin hərbi qüvvələrinin müxtəlif şöbələrini əhatə edən, ölkənin şimalında keçirilən böyük hərbi təlim fonunda baş verib. Bu, son 19 ildə ən böyük manevr idi və “Hizbullah” əleyhinə kampaniyanı ehtiva edirdi.

İsrail ordusunda növbəti müharibə raundunda “Hizbullah”ı mütləq məğlubiyyətə uğratmağa ehtiyac duyulduğu barədə çoxdan danışılır. Son on il ərzində İsraildə keyfiyyətli kəşfiyyat məlumatı yığıb və hava gücü, hücum qabiliyyətləri dramatik şəkildə yaxşılaşdırıb, üstəlik əlavə vasitələr əldə olunub. Açıq qalan məsələ budur ki, növbəti dəfə münaqişə yaranarsa, İsrail Livanda yerüstü əməliyyatlar aparacaqmı? İsrail qazanılacaq hər hansı bir faydadan daha böyük olacaq təhlükəni nəzərə alırmı?

Bu və ya digər şəkildə, İsrail rəsmiləri əmindir ki, İsrail və “Hizbullah” arasında qarşıdurma yaranarsa, o bu günə qədər baş verənlərdən daha qısa müddətli, daha aqressiv və daha dağıdıcı olacaq.

İsrailli hərbi mənbələrdən biri anonimlik şərtilə “Al-Monitor”a bidirib ki, "İsrailin zərər görəcəyini və çox sayda itki verəcəyini bilirik. Ancaq digər tərəf daha çox zərər, daha çox strateji ziyan görəcək. Toqquşma Livanı onilliklər boyu geri atacaq”.

Sonrakı dövrdə İsrail Livanın suverenliyini hədəfə almaq niyyətindədir. İlk dəqiqədən etibarən, o bu ölkənin strateji infrastrukturuna hücum edəcək. İsrailin fikrincə, Livan dedikdə “Hizbullah” başa düşülməlidir. Lakin hazırda tərəflərin heç biri bu ağır mərhələyə qədəm qoymaq istəmir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə