XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2017 - 15:48

Putin “Alma”nı dişləyə bilmədi –Rusiya prezidentinin qarşılaşacağı ən böyük təhlükə seçici etinasızlığıdır - Təhlil

Leonid Berşidski

“Bloomberg” (ABŞ)

 

Son bazar günü Rusiyada, 2018-ci ilin prezident seçkiləri öncəsi, yerli seçkilər keçirilib. Seçki məntəqələrinə çox az adam gəlib. Qubernator seçkilərində (ümumən 16) yalnız üç bölgədə seçicilərin fəallığı 40%-dən yuxarı olub. Bu, Rusiyanın artıq alışdığı apatiya səviyyəsinin göstəricisidir: keçən ilki parlament seçkilərində iştirak faizi 47,8 həddi ilə rekorda çatmışdı; aşağı səviyyəli seçkilər – bələdiyyə və ya rayon səviyyəsində – daha aydın şəkildə vecə alınmır.

Sibirdəki bir kənd bələdiyyəsində 464 qeydiyyatdan keçmiş seçicinin yalnız 41-i səs verib. Yerli məclis üzvü bir səs üstünlüyü ilə seçilib – ehtimal ki, özünün.

Rusiya prezidenti Vladimir Putin Moskvanın cənub-qərbindəki Qaqarinsk bələdiyyəsində səs verib. 45.034 qeydiyyatdan keçmiş seçici arasından, bülleteni etibarlı sayılan cəmi 8.444 nəfərdən biri Putin olub.

Seçicilərinin passivliyi ilə tanınan ABŞ-da yerli seçkilərdə orta hesabla 19,8 faiz iştirakçı olur, amma çoxsaylı əhalisi olan siyasiləşmiş bir şəhər – Moskva üçün bu rəqəm də çox yüksək göstəricidir. Orta seçki fəallığı Moskvada 15 faizdən çox olmayıb.

Bununla bərabər, Qaqarinskdə yüksək seçki fəallığı qeydə alınıb. Sabiq deputat və Putinin rəqibi Dmitri Qudkov paytaxtın bələdiyyə məclislərinə antiputinçi namizədləri yeritmək üçün lazımi vəsait toplanması ilə effektli kampaniya keçirdiyinə görə. Onun səyləri Putinin üzünə vurulan sillə effekti yaradıb: dairədə seçilən 12 şura üzvünün hər biri müxalif “Yabloko” ("Alma") Partiyasındandır.

63 rayonda müxalifət namizədlərinə maliyyə və lazımi təlimatlarla köməklik göstərən Qudkov “Facebook”da yazıb: "Hakimiyyətin müqavimətinə və cəmiyyətin böyük hissəsində inamın yoxluğuna baxmayaraq, düzgün seçki kampaniyasının təşkili ilə nə edilə biləcəyimizi göstərdik”.

Amma bu nəticənin dibi boşdur. Həmişəki kimi, Putinin müxalifləri hətta bu seçkilərdə də nəticənin ümummilli əhəmiyyətə malik olduğu vahid cəbhəni yarada bilməyib: Putinin ən çox tanınan rəqibi Aleksey Navalnı Qudkovun cəhdini təkrarlaya bilməyib, çünki keçmiş qanunvericinin – deputatın komandası Navalnının köhnə seçki kampaniyasının menecerini öz sıralarına çəkib və indi onlar arasında düşmənçilik var. Bu, Putin əleyhinə seçici apatiyasına da kömək etməyib.

Kiçik seçici fəallığı, ehtimal ki, saxtakarlıq halları nəzərə alınmaqla, hətta bundan da az olub. “Reuters”, Cənubi Rusiyanın Vladikavkaz şəhərində buna dair epizod çəkib. Moskva meri Sergey Sobyanin seçki komissiyasını başçısını vəzifəsindən uzaqlaşdırmaq məcburiyyətində qalıb. Səsvermənin nəticələrinin saxtalaşdırılmasına dair müzakirənin əks olunduğu videodan sonra. Həmin video “YouTube”-da təxmin 10 min dəfə izlənilib.

Putin, Kremlə yaxın bir sızmadan göründüyü kimi, prezident kimi yenidən seçkiyə qatılmaq qərarı verirsə, özünün hazırladığı seçkidə eyni mənzərə ilə qarşı-qarşıya gələcək.

Rusiya çox aktiv seçicilərə sahib idi. Hətta 2000-ci illərin əvvəlində, nəticələr Kremlpərəst namizədlərin xeyirinə öncədən təyin edildikdə də, seçici fəallığı Avropa səviyyəsinə görə – çox yüksək, ABŞ səviyyələrinə görə – nisbətən aşağı idi.

Ölkə seçici fəallığının həddinə dair hüdudları müəyyənləşdirən qanunlara malikdir: yerli seçkilər üçün – 20 faiz, parlament – 25 faiz, prezident – 50 faiz. 2006-cı ilədək belə idi. İlkin dövrdə bu, seçici fəallığına az təsir göstərib. Amma indi o, sərt sözünü deyir.

Bu, rejim üçün bir problemdir. Hakimiyyətinin bütün dövründə Putin demokratik legitimliyini iddia edib. Geniş yayılmış saxta məlumatlara baxmayaraq, rusların çoxlu ona və onun tərəfdarlarına səs verib. Bu, Putin siyasətinin, sorğuların əksinə, daha çox dəstəklənməsinə sübutdur. Ehtiyatı əldən verməyən ruslar tez-tez anketistlərlə səmimi olmurlar. Bu, həmçinin Rusiyanın institusional sisteminin əsasını təşkil edir: demokratik olmadığı halda, açıq-aşkar xalq dəstəyinə malikdir.

Ancaq bu dəfə Putinin seçdiyi namizədlər bütün qubernator seçkilərini və yerli seçkiləri uddu – yalnız bir səslə qalib gəlmiş sibirli namizəd də “Yedinaya Rossiya” Partiyasındandır.

Bəs insanlar gələn il Putini seçmək üçün seçki məntəqələrinə gedəcəkmi?

Təsəvvür etmək asandır: yəqin ki, Navalnı seçkiyə buraxılmayacaq, buna görə Kreml Putinə "layiqli" rəqib seçə bilməsə, seçkilər tamamilə intriqadan məhrum olacaq.

Fəal iştirak olmadan, Putinin qələbəsi nisbətən populyar bir diktatorluqdan şəffaf diktaturaya keçid deməkdir. Putin artıq ona qarşı dözümlü olan ölkənin ikiüzlülüyündən şübhələnir. Adamların ya başqa seçimi yoxdur, ya da sadəcə ondan faydalanırlar.

 

Tərcümə: Strateq.az