XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2017 - 12:17

Ticarət savaşında Çindən ABŞ-a ağır zərbə:yuanla ticarət neftin qiymətini 70 dollara qaldıracaq – Təhlil

Rəna Hakim

əl-İqtisadiyə (Səudiyyə Ərəbistanı), 14.09.2017

 

Çin ən yaxın vaxtlarda xam neftə fyuçersləri yuanla buraxmağı planlaşdırır, Çin valyutası isə dollardan fərqli olaraq dünya qiymətlərinə qızılla bağlanıb. Bir sıra ekspertlər 2018-ci ilin əvvəli üçün bu cür addımı dünya praktikasında özünəməxsus bir ilk adlandırıb. Bu, həmin müqavilələrin gerçəkləşdirilməsinin başlanması ilə bir barrelə görə 70 dollara qədər yüksələ biləcək neft qiymətlərinə, həmçinin qızılın bu günki bir unsiyaya görə 1350 dolların əvəzinə 1850 dollara qalxacaq dünya qiymətlərinə ciddi təsir göstərəcək.  

Ekspertlər iddia edirlər ki, bu addım OPEK-ə daxil olmayan ölkələr üçün qapı açacaq, çünki adətən, müqavilələrdə neftin alışı dollarla nəzərdə tutulur. Çinin yeni fyuçersləri ticarəti Çin yuanı ilə aparmaq istəyənlər, Şanxay qızıl birjasında və yaxud Budapeşd fond birjası kimi digərlərində qızıl almaq üçün nəzərdə tutulur.

Yatırım fondlarının müdiri və iqtisadi müşaviri Əmmar əl-Müfti bildirib: “Çinin nefti yunanla mümkün alqısının nəticələri dolların əsas valyutalara nisbətdə zəifləməsidir. Lakin bu, ABŞ-a ixracatın çoxalması və idxalatın azalmasına müsbət təsdir edə bilər, bunun sayəsində ABŞ-da ticart kəsiri aşağı düşəcək”.

əl-Müfti əlavə edib: “Bu addım dollara təsir edən, yatırım cazibədarlığını azaldan, nəticədə ABŞ-da bank faiz tariflərinin artdığı dünya iqtisadiyyatı qaydalarının radikal dəyişikliyidir. Bu, ABŞ-da həm dövlət, həm də özəl kreditləşmə üçün bəzi mənfi nəticələrə malik ola bilər ki, bu da iqtisadiyyatın bir neçə sektoruna, məsələn, xidmət sektoruna mənfi təsir edəcək”.

Ekspert deyib: “Amerikada ictimai və özəl sektor istehlakı azaltmalı və yatırımları çoxaltmalı olacaq ki, bu da uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatı üçün yaxşıdır, amma qısa və otrtamüddətli perspektivdə nəticələr olduqca mənfi ola bilər. Xüsusən də müqavilələrin gerçəkləşmə başlanğıcı Amerika və dünya iqtisadiyyatının yenidən quruluşlanması və qiymətli metallar dövrünün başlanması ilə üst-üstə düşdüyü nəzərə alınmaqla”.

Qızıl sektorunda mütəxəssis, doktor əl-Həşidi proqnozlaşdırır ki, neftin qiyməti müqavilələrin gerçəkləşdirilməsinin başlanması ilə hər barrelə görə 70 dollara qalxacaq ki, bu da bir unsiyanın 1850 dolları keçdiyi qızılın qiymətinin yüksəlməsinə səbəb olacaq və qızılın bu günki 1350 dollara bərabər dəyərindən 500 dollar çoxdur. Bu əsaslanmamış qiymət kürəsəl bazarlara ziyan vurur və qızıla yatırım qoyan ölkələrin iqtisadi itkilərinə aparır. Çin fyuçerslərinin gerçəkləşdirilməsi bank və yatırımçılara təsir edir ki, bu da vətəndaşlarda əksini tapacaq.

əl-Həşidi vurğulayır ki, ABŞ və Qərbi Avropa ölkələrində baş verən kürəsəl dəyişikliklər işığında bu təşəbbüsün qızıl üçün mənfi və neft qiymətləri üçün müsbət nəticələri olacaq. Bu təşəbbüslər ehtiyatla həyata keçirilməlidir, çünki dünya iqtisadiyyatında başqa dövlətlərin ictimai maraqları nəzərə alınmadan istənilən ölkənin milli iqtisadiyyatın maraqlarına yönəlik düşünülməmiş qərarları acınacaqlı nəticələrə gətirib çıxarda bilər.

O həmçinin qeyd edir ki, ABŞ əvvəllər təhlükəsiz aktiv qısmində qızıla yatırım tendensiyasını təqib edib, amma bundan geri çəkilib və bazarda çaşqınlıq doğurub. ABŞ Çinin qızıla yatırımdan imtinasından sonra durumun təkrarlanacağından qorxub və hesab edib ki, bu, bazarın işini pozacaq və həm istehlakçıya, həm də yatırımçıya ziyan gətirəcək. Bu cür addım qısa və ortamüddətli perspektivdə qızılın qiymətinin artmasına şərait yaradacaq və uzunmüddətli perspektivdə bazarda fəlakət doğuracaq.

Kral Əbdüləziz adına universitetin professoru Üsamə əl-Filali öz tərəfindən hesab edir ki, Çin Səudiyyə neftinin ən böyük idxalatçısıdır və bu təşəbbüs qarşıdakı dövrdə neftin qiymətinə müsbət və dünyada dollara tələbata mənfi təsir edəcək, onun mövqeyini zəiflədək.

O, izah edir ki, dolların zəifləməsi beynəlxalq daşımaların qiymətinə və təkcə neft məhsullarının deyil, həm də başqa məhsulların idxalatına müsbət təsir edəcək, həmçinin ölkələrdə ortamüddətli perspektivdə büdcə kəsirinin həcmini dövlətlərin də planlaşdırdığı kimi məqbul həddədək azaldacaq.

Tərcümə Strateq.az-ındır.