Hüseyn Əbdül-Hüseyn
“Anadolu News Agency“ (Türkiyə)
Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın keçən həftə Vaşinqtona səfəri və ABŞ prezidenti Donald Trampla görüşü ilə Qətərlə bəzi ərəb ölkələri arasındakı böhranın sona çatması kimi görünür.
ABŞ-Küveyt zirvəsi, Trampın Qətər əmiri Şeyx Təmim bin Hamad əl-Sani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayid əl-Nəhəyanı razılığa təşviq etməsi və uzlaşmalarını qeyd etmək üçün Nyu-York və ya Vaşinqtonda dəvət etməsi ilə tamamlanıb. Bunun ardınca Qətər əmiri əl-Sanının vəliəhd şahzadə Məhəmmədlə telefonla söhbəti anlaşılmazlığı sona çatdırmağa yönəlik çox əhəmiyyətli proses kimi qiymətləndirilib.
Qətər mediasında yer alan xəbərlərə görə, əl-Sani telefon danışığını Trampın "koordinasiya səyləri" sayəsində başlayıb. Sözügedən xəbərlərdə şahzadə Məhəmmədin hər iki ölkənin nümayəndələrini müəyyənləşdirməsi və bu nümayəndələrin bir araya gələrək gözə çarpan fərqlərin necə həll ediləcəyinə dair araşdırma tövsiyə etdiyi bildirilib.
Ancaq nikbinlik qısa müddətli olub. Telefon danışığından cəmi bir neçə saat sonra Səudiyyə mediası, Riyaddakı qaynaqlara istinadla, iki ölkə arasındakı ünsiyyətin təkrar təxirə salındığını, buna da səbəb kimi Qətər və mediasının görüşü koordinasiya edənin Tramp olduğunu söyləməklə, cəmiyyəti qəsdən çaşdırması olduğunu hamıya eşitdirib.
Səudiyyə Ərəbistanına cavab ertəsi gün rəsmi Dohadan deyil, Vaşinqtondan gəlib. Anonim rəsmilər böyük media qurumlarına açıqlamada Qətər mediasının həqiqəti əks etdirdiyini, görüşü Trampın koordinasiya etdiyini söyləyiblər. Bunun ardınca geri addım atan və bəyanatlarını dəyişdirən Səudiyyə Ərəbistanı bu dəfə qətərliləri telefon danışığı ilə "həqiqətləri gözə soxmaqda" təqsirləndirib. Üstəlik anlaşılmazlığı bitirmək üçün nümayəndələr təyin edilməsini Qətərin şahzadə Məhəmmədə təklif etməsi iddiasını irəli sürüb.
Səudiyyə Ərəbistanı, yəqin ki, belə bir açıqlamanın əslində, başqa cür olduğu halda, rəsmi Riyadı uzlaşma istəyən tərəf kimi göstərib, Qətərin yalvarışda olduğunu vurğulayıb. ABŞ mediası isə həm Səudiyyə Ərəbistanını ("Trampın koordinasiyası ilə” blef etməkdə), həm də Səudiyyə mediasını (guya İŞİD-in Qətər rəhbərliyini Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə qarşı dəstəklədiyinə dair xəbərlər yaymasına görə) ictimai fikri azdırmaqda təqsirləndirib.
Bu arada İŞİD-in belə bir bəyanat vermədiyi və Səudiyyə Ərəbistanı mediasının yayımladığı bəyanatın saxta olduğu ortaya çıxıb.
Beləcə, Qətərlə böhranda ümid verən proseslər 24 saatdan qısa bir müddətdə sona çatıb və rəsmi Riyadın qonşusu əleyhinə media hücumları təkrar başlaması ilə Qətər-Səudiyyə Ərəbistanı əlaqələri daha da pisləşib.
Küveyt əmiri Sabah ilə görüşdə Tramp, Qətər böhranını həll etməyə kömək üçün lazım olan hər şeyi etməyə hazır olduğunu söyləyib. Küveyt əmiri Sabah da Vaşinqtonun tərəfsizlik göstərməsinin vacibliyini deyib.
Tramp Küveyt əmirinin təklifinə, Qətər daxil olmaqla, bütün bölgə ölkələrinin terroru maliyyələşdirməyəcəyi zəmanətini verdikləri halda, bunu etməkdən məmnuniyyət duyacağını bildirib. Şeyx Sabahın Qətər adından zəmanət verməsindən sonra Tramp Körfəz liderləri ilə danışaraq, aralarındakı böhranı sona çatdırmaq üçün onlardan fərdi vəd alıb.
ABŞ-Küveyt planı işləyirdi. Qətər əmiri Səudiyyə Ərəbistanı liderinə çağırış etdi; ancaq bunun nəticəsiz qalması, indiyə qədərki ən yüksək vasitəçilik səyini uğursuz edib.
Belə görünür ki Tramp üç Körfəz lideri ilə telefon danışıqlarında Qətərdən həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ ilə əlaqə yaratmağı xahiş edib. Ancaq rəsmi Dohanın Əbu-Dabi deyil, Riyadla əlaqə saxlaması BƏƏ-nin əsəbiləşməsinə və Səudiyyə Ərəbistanına bütün vasitəçilik səylərindən imtina müraciəti ilə nəticələnib.
Tramp ilk mərhələdə vasitəçilik səylərinə Bəhreyn və Misir liderlərini daxil etməyib. Təsadüf nəticəsində, ya da planlaşdırılmış şəkildə Qətər, BƏƏ-nin yerinə, Səudiyyə Ərəbistanına üstünlük verərək, onun müttəfiqləri arasında bölünmə yaradıb.
Dohanın digər 3 ölkə ilə deyil, yalnız səudilərlə daha yaxşı dolanma planları eynəksiz görünür. Nəticədə, Səudiyyə Ərəbistanı vasitəçilik səylərini qəbul etsə də, digərləri bunu rədd edib və proses sona çatıb.
Səudiyyəlilər üçün Qətərlə uzlaşma səylərindən geri addım atmaq çox normal və yaxşı görünür. Ancaq gerçəkdə Riyad rəhbərliyi bu fəaliyyətdən siyasi zərbə alıb.
Tramp, Qətər şahzadəsi də daxil olmaqla, 3 Körfəz lideri ilə danışdıqdan sonra rəsmi Dohaya qarşı qərəzə son verib və bütün tərəflərlə bərabər məsafəyə gəlib. Bu da Səudiyyə Ərəbistanı-BƏƏ cəbhəsinin Qətərin müxalifi tək Vaşinqtondakı müttəfiqi itirmə mənası verir.
Səudiyyə Ərəbistanı Qətərlə olan mübahisəsini bitirməkdə razılaşaraq, Trampa verdiyi sözü tutmayıb. Bununla da ABŞ ictimai fikrinin gözündə rəsmi Riyadın təsviri dəyişib.
Bu prosesdə Doha hökuməti Trampı təsirsiz hala gətirib və böhranı özünün sona çatdırmaq istədiyini göstərib. Digər tərəfdən, Qətərın mövqeyi bir qədər yaxşılaşsa da, Səudiyyə Ərəbistanı və BƏƏ-nin mövqeləri pisləşib.
Tərcümə: Strateq.az