XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2017 - 17:00

“Stratfor”dan Kiyevdəki müəmmalı qətllərlə bağlı araşdırma:"Putin və Kadırovun düşmənləri bir-bir aradan götürülür"

"Apostrof" (Ukrayna)

 

Keçən cümə, yəni sentyabrın 8-də Kiyevin mərkəzində Bessarabski meydanında Gürcüstan pasportlu çeçen Timur Maxauri “Toyota Camry” avtomiobilində partlayış nəticəsində həlak olub.

Onunla avtomobildə gedən qadın və uşaq ziyan çəkib, amma sağ qalıblar. Maxauri çeçen batalyonunun tərkibində Ukraynanın şərqindəki separatçılara və Rusiya qoşunlarına qarşı vuruşurdu.

KİV-lərin məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov onu öz düşməni sayıb. Onun qətlə yetirilməsi üçün bu iki mümkün motivdən əlavə, Kiyev son zamanlar Moskvanın düşmənləri üçün təhlükəli yer olub. Maxaurinin bədxahlarının mövcudluğunu və olduğu yeri nəzərə aldıqda, onun maşına əyləşməzdən qabaq onda partladıcı qurğunun olub-olmadığını yoxlamaması xeyli təəccüblüdür.

Timur Maxauri

 

Amerikanın "Stratfor" özəl kəşfiyyat-analitika şirkətinin taktiki analiz departamentinin vitse-prezidenti Skott Stüartın "Апостроф”un sərəncamındakı materialında deyilir ki, bu hadisə başqaları üçün mühüm dərsdir.

 

Moskvanın “yaş işləri”

 

Rusiya xüsusi xidmətləri qətllərdə və yaxud orada deyildiyi kimi, “yaş işlər”də iştirakda uzun bir tarixə malikdir.

Onlar Rusiya hökumətinin düşmənlərini bütün dünyada izləyiblər: FTX-nin keçmiş podpolkovniki Aleksandr Litvinenko 2006-cı ilin noyabrında Londonda öldürülüb; Rusiya mediameneceri Mixail Lesin 2015-ci ilin noyabrında Vaşinqtonda müəmmalı şəraitdə ölüb…

Bunlar yeganə nümunələr deyil. Kremlin düşməni sayılan adamlar həm Rusiyada, həm də başqa ölkələrdə həlak olurlar.

Bununla belə, görünür, müxtəlif coğrafi nöqtələrdə istifadə edilən üsullarda aşkar fərq var. Məsələn, Rusiyanın özündə obyektləri, adətən, sadəcə güllələyirlər. Rusiya xüsusi xidmətləri hansısa əlaqəni aşkar şəkildə inkar etsə də, əslində, RF daxilində xüsusi əməliyyatlar zamanı öz dəst-xəttini ört-basdır etməyə özəl səy göstərmir. Hətta, deyəsən, "əzələ şişirtmək" və rəqibi qorxutmaqdan həzz alırlar.

Lakin xüsusi xidmətlər Rusiyadan kənarda daha ehtiyatlı hərəkətə etməyə səy göstərir. Bəzi səhv hesablamalara görə, Litvinenko məsələsinin hamıya geniş şəkildə məlum olduğuna baxmayaraq, aztapılan polonium-210-un zəhər kimi istifadə edilməsi ləng və əhəmiyyətsiz ölümün təmini üçün nəzərdə tutulub ki, keçmiş FTX-çinin ölümü 2008-ci ildə Badri Patarkatsişvili və 2013-cü ildə Boris Berezovskinin ölümü kimi müəmmaya bürünsün. Hanıs ki, hər ikisi Böyük Britaniyada ölüb.

Litvinenko

 

"Stratfor" qeyd edir ki, lakin rusiyalılar və çeçen əlaltıları Ukraynada əsasən açıq hərəkət edirlər.

2016-cı ilin iyulunda Belarus və Ukrayna jurnalisti, Rusiya hökumətinin tənqidçisi Pavel Şeremet avtomobilinin partladılması nəticəsində həlak olub. Şeremetin qətlə yetirilməsi peşəkar xüsusi əməliyyat idi (qeyd edək ki, RF-nin bu məsələdə iştirakı indiyədək sübut edilməyib, Ukrayna güc qurumlarının araşdırması isə uzanır ki, bunu bir sıra beynəlxalq təşkilatlar da qeyd edir – “Аpostrof”).

2016-ci ilin avqustunda Putinin ünvanına tənqidlə ad çıxarmış Rusiya jurnalisti Aleksandr Şetinin Kiyevdə öz evinin eyvanında başından odlu silahla vurulmaqla, ölü tapılıb (istintaq onun ölümünü intihar sayır – “Аpostrof”)

Çeçenistan hökumətinin tənqidçisi Adam Osmayev iyunun 1-də qatili yaralamış arvadı Əminə Okuyevanın sayəsində ölümdən yayına bilib. Hücum edən şəxs – Rusiya vətəndaşı Artur Denisultanov-Kurmakayev Çeçenistanda doğulub, fransız jurnalisti kimi təqdim olunub və müsahibə haqda razılaşıb.

Ukrayna hərbi kəşfiyyatının polkovniki Maksim Şapoval iyunun 27-də Şeremetin həlak olduğu partlayışa bənzəyən partlayışla öldürülüb. Kiyev Putin və onun çeçen “vassalı” Kadırovun düşməni kimi tanınanlar üçün açıqca təhlükəli məkan olub.

 

Qeyri-həvəskar bombaları

 

Maxaurini öldürmüş partlayışdan sonra avtomobil sərnişinlərinin sağ qalması faktı işarə edir ki, yönəldilmiş təsirli kiçik qurğudan və hadisə yerindən videoya əsasən, ehtimal ki, plastik partlayıcıdan istifadə olunub. Bundan savayı, görünür, partladıcı qurğu məsafədən yönəldilib. Qətl peşəkar, dövlətin maliyyələşdirdiyi özəl əməliyyatın bütün əlamətlərinə malikdir.

Maxaurinin avtomobilinə qoyulmuş qurğu, demək olar, hökmən peşəkar tərəfindən düzəldilib – çox da böyük ziyan vurmadan hədəfi aradan qaldırmaq üçün partlayş qüvvəsini hesablayıb. Bu həmlə səhər işə gedəndə deyil, axşam baş versə də, Şapoval və Şeremetin ölümləri ilə xeyli oxşarlığı var. Ukraynaı müstəntiqlər, nəhayət, üç partlayışı birləşdirmək üçün hökmən sübutlar axtaracaqlar.

Ukrayna KİV-lərinin məlumatına görə, Rusiya qoşunları 2008-ci ildə Gürcüstana soxulanda Maxauri də bu ölkənin tərəfində vuruşub. Ehtimal ki, bu, onu 2009-cu ilin martında Tiflisdəki yaşayış mənzilinin pilləkəninə quraşdırılmış bomba daxil olmaqla üç dəfə onu aradan qaldırmağa cəhd etmiş Rusiya xüsusi xidmətlərinin hədəfinə çevirib. Bu fakt, həmçinin Kiyevdə bu yaxınlardakı qətllər dalğası nəzərə alınmaqla Maxaurinin əlavə ehtiyat tədbirləri görməyi lazım idi.

Bu cür partladıcı qurğulardan ən yaxşı müdafiə avtomobili bağlı yerdə qıfıl altda saxlamaqdır ki, ona çıxış məhdudlaşdırılsın.

Şeremet

 

Şeremetin qətlə yetirilməsindən sonra qatillərin bombanı onun maşınını altına necə qoyduqlarını göstərən video ortralığa çıxıb. Hər halda nəqliyyat vasitəsini qorunmayan ərazidə park etmək məcburiyyəti yaranırsa, o zaman yapışan partladıcı qurğunun olub-olmadığını yoxlamaq üçün avtomobilin altında teleskopik dəstəkli, işıqverən kiçik güzgüdən yararlanmaq olar (Hüquq-mühafizə orqanlarından əldə edilən qeyri-rəsmi məlumata görə, partladıcı qurğu Maxaurinin maşınında oturacaqların arasındakı qoltuqluğa qoyulub – “Аpostrof”).

Bir sözlə, Kiyevdə Rusiya və çeçenlərin fəallığı nəzərə alınsa, Maxaurin kimi bir şəxsin bu qədər başısoyuq olduğuna inanmaq çətindir…

Kiyevdə Rusiyanın hələ xeyli düşməni qalır. Yaxın keçmişin hadisələri hesablanmaqla yeni qətllər baş versə, təəccüblü deyil…

Tərcümə Strateq.az-ındır.