XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 09:36

Məmmədbağır Bağırzadənin oğlunun adı pul qalmaqalında – FOTOLAR, VİDEO

bagirzadeoglu.jpg“Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə mənə 40 min manat “atıb”.

Bir il dörd aydır ki, onun arxasınca “sürünürəm”. İndiyə qədər bir manat da olsa pul verməyib. Hər dəfə “bu gün, sabah” deyərək aldadıb” – bu sözləri Strateq.az-a Yasamal rayonunda qeydiyyatda olan Cəbrayıl köçkünü Mürvət Abdullayev deyib. O, Rahim Bağırzadənin qaynatasının Yasamal rayonunda yerləşən obyektində kirayə piştaxta götürərək meyvə-tərəvəz satışıyla məşğul olub:

“Rahim Bağırzadə də tez-tez bizim işlədiyimiz yerə gəlirdi. Aramızda şəxsi münasibətlər yarandı. Bir il dörd ay bundan öncə mənim ona etibarımdan istifadə edərək hissə-hissə 40 min manat pulumu aldı. Dedi ki, bu pulla həm biznes işi görəcək, həm də atasının və özünün disklərini buraxacaq. üstəlik, televiziya proqramlarına çıxaraq reklam etdirəcək. Mən də ona və atasının xalq üçün xidmətlərini nəzərə alaraq istədiyi pulu yarısını özümdən, yarısını da dostlardan taparaq Rahimə verdim. Ancaq indiyə qədər mənim pulumu ödəmir”. Mürvət Abdullayev deyir ki, dostları ondan aldığı pulları tələb edir: “Dostlarımın yanında da etibarımı itirmişəm. Vəziyyətim çox acınacaqlıdı. Hətta Novruz bayramını evimdə keçirə bilmədim. Qaynatasına dəfələrlə bu barədə demişəm. O da iki dəfə vəd verdi ki, pulu ödəyəcək, ancaq alınmadı. Rahim Bağırzadə indiyə qədər 17 nəfər tanıənmış şəxsi yanıma minnətçi göndərərək məndən vaxt istəyib. Beləliklə düz bir il gözləməli olmuşam”. çarəsiz qalan Cəbrayıl köçkünü sonda hüquq müdafiəçisi Bəxtiyar Məmmədova rəsmi müraciət edib. “İnamla hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov məsələylə bağlı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib. Hüquq müdafiəçisi Strateq.az-a açıqlamasında bildirdi ki, onun üçün çox ağır olsa da məhkəməyə üz tutmalı olub: “Rahim Bağrızadənin məcburi köçkün Mürvət Abdullayevi aldadaraq borc adı altında 40 min manat alması məni çox təəssüfləndirdi. Apardığım araşdırmalardan məlum oldu ki, Rahim bir neçə şəxsi mərhum atasının və eləcə də bir neçə yüksək rütbəli məmurların adını çəkməklə təxminən 700 min manata yaxın məbləği aldatmaq və etibardan sui-istifadə etmək yoluyla özgənin əmlakını mənimsəyib. Onu da deyim ki, Məmmədbağır Bağırzadənin xalqımızın yaddaşında öz yeri var və onun səsi “Qızıl fond”da saxlanılır. Bunun yayılması üçün dələduzluq adı altında Rahimin belə işlər görməsi və mənimsədiyi pullara bu cür don geyindirməsinə ehtiyac yoxdur”. Rahim Bağırzadə Strateq.az-a açıqlamasında Mürvət Abdullayevdən 40 min manat aldığını təsdiqlədi. Bildirdi ki, məcburi köçkündən pulu sələm yoluyla alıb: “Əlimizdə bir-iki şey var onu satıb yaxın zamanlarda Allahın köməyilə qaytarmağa çalışacam”.

Ramin, Strateq.az

https://www.youtube.com/watch?v=1klcTBw1GTU&feature=youtu.be