XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 10:07

Telman İsmayılovun kottec və mənzillərində axtarış –Özü isə ən yaxın vaxtlarda axtarışa veriləcək

rosbalt.ru, 17.09.2017

 

Çerkizov bazarının keçmiş sahibi Telam İsmayılov cinayətkar birlik yaratmaq və qətllər cinayət işi çərçivəsində ən yaxın vaxtlarda axtarışa verilə bilər. İşdə digərləri ilə yanaşı Lianozovski bazarının yandırılması da keçir. Rusiya istintaq Komitəsi materialları icraata götürüb.

Hüquq-mühafizə qurumlarındakı qaynağın “Rosbalt”a danışdığı kimi, cinayət işi CM-nin beş maddəsi  – 210 (cinayətkar birliyin yaradılması), 105 (qətl), 222 (qanunsuz silah saxlama), 172 (qanunsuz bank fəaliyyəti), 167 (od vurma) üzrə təhqiq olunur. İş materiallarına əsasən, İsmayılovlar ailəsinin başçılıq etdiyi mütəşəkkil cinayətkar birliyin (MCB) üzvləri indiki anda əvvəldən təmənnalı niyyət üzündən əlbirliklə iki şəxsin qətlində və odlu silahın qanunsuz daşınmasında ittiham olunur. Lakin İsmayılovlar həm də daha üç şəxsin qətlə yetirilməsində və odvurma yolu ilə özgə əmlakını bilərəkdən məhv etməkdə şübhəli bilinir.

“Rosbalt”ın qaynağı rəyini bildirib: “Gerçəklikdə İsmayılovların dəxli olduğu yoxlanan qətllərin sayı onu keçib”.

Onun sözlərinə görə, MCB üzvü, əməliyyatçıların versiyasına görə, ailədə güc əməliyyatlarına, Telmanın müxtəlif şəxslərin aradan qaldırılmasına sorumlu olan, həmçinin cinayətkar aləmlə təmas saxlayan doğma qardaşı Rafiq İsmayılovun “sağ əli” Harri Belotserkovski istintaqa fəal ifadələr verir. Məhkəməöncəsi saziş bağlandıqdan sonra Belotserkovski ilə bağlı ehtiyat tədbirləri azadlıqdan məhrum edilməməklə əvəzlənib. Telman İsmayılovun adı təhqiqat çərçivəsində ilk dəfə məhz onun ağzından səslənib. Belotserkovskinin ifadələrinə əsasən, 2000-ci ildə Rafiqlə birgə “Praqa” restoranına gəlib və Telman İsmayılovla söhbətin şahidi olub. Qardaşlar söhbət zamanı “Kopt” MCB-nin “avtoriteti” Andrey Lobanovu (Loban “Alkor” QSC-nin rəsmən vitse-prezidenti sayılırdı) aradan götürməyin gərəkdyini, həmçinin mümkün cinayətin ayrıntılarını müzakirə ediblər. Rafiqin iki yaraqlısı 2000-ci ilin dekabrında Dmitrovski şossesində 66 saylı evin yanında Lobanova və iki cangüdəninə atəş açıb. “Avtoritet” aldığı yaradan keçinib, cangüdəni isə ağır yaralanıb.    

“Kopt” MCB ilə münaqişə paytaxtın bir sıra topdansatış bazarlarına nəzarət hüququ uğrunda mübarizə ilə bağlı idi. İsmayılovlar ailəsi 1990-cı illərin sonunda Şimal İnzibati Dairəsindəki (ŞİD) gəlirli obyektlərə, xüsyusən də Linaozovski bazarı, Qərbi Dequninodakı bazar, bir neçə ticarət mərkəzinə göz dikib. Qardaşların iddiası boş-boşuna deyildi – onlardan biri, Fazil (soyadını İsmayılovdan İzmaylova dəyişdirib) ŞİD-lə çoxdan geniş biznes aparırdı, 1991-ci ildən Sokol rayon idarəsində məsul vəzifələr tutub, sonra isə dairə prefekti müavini olub. Amma İsmayılovları maraqlandıran obyektlərin əkəsiriyyətinə gəlirləri qətiyyən bölüşmək istəməyən “Kopt” qruplaşmasının münasibəti var idi. “Kopt”un on vaxtkı lideri Andrey Lobanovla Çerkizonun yiyəsinin  ailəsi arasında “avtoritet”in qətli ilə başa çatan münaqişə yaranıb. Əməliyyatçıların məlumatına görə, İsmayılovlar bundan sonra artıq Lobanovun varisləri – “Kopt” MCB üzvləri ilə “mübarizə aparmağa başlayıblar. Beş il ərzində, ən azı, yeddi “avtoritet” öldürülüb. Bu savaşın baş akkordu 2005-ci ilin oktyarbrında Lianozovski bazarına od vurmaq olub – istintaqın versiyasına görə, bu, İsmayılovlar ailəsinin göstərişi ilə həyata keçirilib.

Yanğın sahəsi o zaman min kvadrat metri keçib, söndürməyə 25 yanğın dəstəsi qatılıb. “Kopt” və ona bağlı biznesmenlər İsmayılovlarn tələbləri  ilə barışmalı və ailə ilə tərəfdaşlıq münasibətinə başlamalı olublar. İsmayılovlar hansısa bir anda bütün obyektləri satıblar və razılaşmanın şərtlərinə əsasən, gəlirin bir hissəsini şəriklərə verməliydilər. Məsələn, biznesmen Vladimir Savkinin payı 5,5 milyon $ təşkil edib. Amma ona bayağı şəkildə “atıblar”. Savkin ailəyə borcu xatırlatmağa başlayıb, ancaq əsas iddiası Rafiqə yönəlib. O, hədsiz dərəcədə israrlı olanda məbləğin ödəniş ayrıntılarını müzakirə üçün biznesmeni görüşə çağırıblar. 2016-cı ilin mayında görüş vaxtı Sivkovu tanışı Yuri Brilyovla birgə güllələyiblər. İş açılıb və İsmayılovlar ailəsinin fəaliyyətinin bütün təfərrüatı bu çərçivədə “üzə çıxıb”.

Rafiq İsmayılov nəzarətə götürülüb. Qardaşı Vaqif – DİN-in keçmış yüksəkçinli əməkdaşı axtarışa verilib. Bu həftə Telman İsmayılovun kottec və mənzillərində axtarış aparılıb.

Agentliyin qaynağı fikrini bildirib: “İşdə təkcə Telmanın deyil, övladlarının da adı keçir. Hər şey buna doğru gedir ki, ən yaxın vaxtlarda Telman İsmayılov haqda axtarış elan olunacaq”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə