XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 19:51

“Əl-Qaidə” necə məhv ediləcək? –Bin Ladenin oğlu təşkilatın gələcək lideri kimi yetişdirilir - TƏHLİL

Trisiya Beykon

“The Conservation” (ABŞ)

 

On altı il əvvəl – 11 sentyabr 2001-ci ildə “əl-Qaidə” tarixdə ən dağıdıcı terror hücumunu həyata keçirdi. ABŞ-dan buna görünməmiş cavab hücumu izləndi. “Əl-Qaidə” rəhbərliyinin üçdə biri öldürüldü və ya bir il sonra tutuldu.

Qrup Əfqanıstanda təhlükəsiz sığınacağını, o cümlədən geniş təlim infrastrukturunu itirdi. Onun sağ qalan üzvləri qaçışda və axtarışdadır. Əlbəttə, təxminən 10 il çəkməsinə baxmayaraq, ABŞ “əl-Qaidə” lideri Üsamə bin Ladenin öldürülməsinə nail oldu.

2014-cü ildən etibarən “əl-Qaidə” İraqda köhnə müttəfiqinin – İŞİD-in kölgəsinə sığınıb. Başqa sözlə, Əl-Qaidə 9/11-dən sonra da sağ qalıb.

Niyə?

Çünki “əl-Qaidə” həm ittifaq yaratmaq, həm də uzun müddət təzyiq altında sağ qalmaq üçün fövqəladə qabiliyyətə malikdir.

Terrorçu ittifaqlarını başa düşmək çox vacibdir, çünki müttəfiqlərlə birgə terror təşkilatları daha ölümcül, daha uzun müddət mövcudluğa malik və kütləvi qırğın silahlarını əldə etməyə daha çox meyllidirlər. Hərgah terror tərəfdaşlıqları çoxsaylı maneələrlə üzləşir və “əl-Qaidə” ittifaqları on ildən çoxdur ki, ABŞ-ın hədəfidir, lakin onları ləğv etmə, terrorizmə qarşı mübarizə səyləri uğursuzdur.

“Əl-Qaidə”nin 11 sentyabr hadisəsindən sonra sağ qalmasına imkan verən məhz müttəfiqlərdir. Əfqanıstan “Taliban”ı “əl-Qaidə” hücumundan sonra bin Ladenin təslim edilməsinə və bununla da ABŞ-ın Əfqanıstanda işğalını dayandırmasına razı olmayıb. Təqibdən qaçmaqla “əl-Qaidə” Pakistandakı müttəfiqlərinə güvənib və ABŞ-ın təzyiqi altında Pakistan hökumətinin cəzalanmasına şərait yaradıb.

“Əl-Qaidə”nin terroru davam etdirməsinə də kömək edən məhz ittifaqlardır. 2002-ci ilin oktyabrında, məsələn, “əl-Qaidə” Cənub-Şərqi Asiyada olan “Cəmaə İslamiyyə” ilə ittifaq yaradıb. Bu təşkilat Bali şəhərindəki bir bar və gecə klubuna hücum edərək 200-dən çox adamı qətlə yetirib və daha çoxunu yaralayıb.

“Əl-Qaidə”nin həyat qabiliyyətliliyinə imkan verən də ittifaqlardır. 9/11-in həyata keçirilməsi ilə gələn "prestij" hesabına “əl-Qaidə” yeni ittifaqlar yarada bilib və həqiqətən, tərəfdaşlarına çox vaxt öz adını qəbul etdirir və onlar bin Ladenə sadiq qalıblar.

“Əl-Qaidə”nin ilk və ən bədnam ittifaqı İraqda, 2004-cü ildə iordaniyalı “cihadçı” Əbu Musab əl-Zərqavi ilə qurulub. İraqdakı iğtişaşlarda roluna görə o, 2006-cı ildə “əl-Qaidə”nin İslam Məşriqində ikinci filialını qurmağa nail olub. Daha sonra, 2009-cu ildə “əl-Qaidə” Yəməndə və Səudiyyə Ərəbistanında olan bölməsini qurub və bütün Ərəbistanın yarımadasında rəhbərliyi onlara həvalə edib. Onun ittifaqları Yaxın Şərqə geniş yayılıb və ABŞ-ın terrorizmlə mübarizəsinə baxmayaraq, bu, layihənin güclənməsinə şərait yaradıb.

“Əl-Qaidə” Somalidə “əl-Şabaab”la ittifaq qurub, amma bunu ictimaiyyətə açıqlamayıb və “əl-Şabaab”ın adını dəyişdirməsini istəyib. Bin Laden “əl-Şabaab”ın liderini inandırıb ki, daha az görünən bir ittifaq formasında bu, yeganə düzgün yoldur.

Ladenin köməkçisi Ayman əl-Zəvahiri "əl-Qaidə"nin bin Ladensiz böyüməsini təmin edib. Bin Ladenin ölümündən sonra, Zəvahiri “əl-Qaidə”nin “əl-Şabaab”la ittifaqını açıqlayıb, baxmayaraqki, o, hələ də “əl-Qaidə” adını qəbul etmir.

2011-ci ildə təsisçi liderin itkisindən sonra Zəvahirinin qrupun rəhbərliyinə yüksəlməsi, xüsusilə Misir qrupu “əl-Cihad” və “əl-Qaidə” arasında ittifaq onun səylərinin nəticəsidir. Lakin Zəvahirinin, bin Ladendəki kimi, diplomatik təfəkkürü yoxdur. O, liderdən daha çox yaxşı "millət vəkili"dir.

Suriyadakı “əl-Nusra” qrupu və İraqdakı İŞİD-lə ziddiyyətlər “əl-Qaidə” və onun İraqdakı filialı arasında ittifaqın parçalanmasına səbəb olub. “Əl-Nusra” isə Suriyadakı münaqişə çərçivəsində daha çox legitimlik əldə etmək üçün öz adını dəyişib.

2014-cü ildə “Əl-Qaidə” Hindistan subqitəsində yerləşən filialını təşkil edib. Cənubi Asiyadakı filial "əl-Qaidə"nin əsasən ərəb bazası, xüsusilə də Pakistan daxilində genişlənməsində uğurunu əks etdirib.

ABŞ-ın “əl-Qaidə”nin ittifaqlarına zərbə vuran bir pəncərəsi var: zəif lider və əsas rəqib. Lakin bu pəncərənin bir layı – İŞİD “xilafəti” tezliklə dağılacaq və “əl-Qaidə” artıq bin Ladenin oğlunu gələcək lideri kimi yetişdirir.

 

Tərcümə: Strateq.az