XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 15:13

İraq Kürdüstanında referendum:İsraildə ABŞ-ın mövqeyi ziddiyyətli hesab olunur - Təhlil

Set Frantzman

“Jerusalem Post” (İsrail)

 

İraq vitse-prezidenti Nuri əl-Maliki də Kürdüstan müstəqillik referendumuna qarşı çıxan xora qatılıb. "Biz İraqın şimalında ikinci İsrailin yaradılmasına icazə verməyəcəyik", – deyə o bildirib.

Malikinin İrandakı müttəfiqləri də Şimali İraqdakı Kürdüstan Regional Hökumətini təhdid edərək, 25 Sentyabr referendumunu ləğv etmək üçün təzyiq göstərir. Referenduma qarşı çıxan ABŞ indi özünü İranla eyni səfdə qoymaqla, çətin vəziyyətə düşüb.

ABŞ-ın İraqdan müstəqillik əldə etmək istəyən kürdlərə dair mövqeyi ümumən ziddiyyətlidir. Tarixən Vaşinqton müstəqillik istəyi olan Cənubi Sudan, Kosovo və Şərqi Timor kimi yerlərdə xalqların öz müqəddəratını təyin etməsini dəstəkləyib.

Buna qədər Vudro Vilson və Franklin Ruzvelt bunu hərbi səylərdə mühüm prinsipə çevirib. BMT Nizamnaməsində də "xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmə" prinsipi təsdiqlənib. ABŞ dövlət katibi Reks Tillerson bu dəyərləri Vaşinqtonda, Demokratiya Cəmiyyətinin görüşündəki çıxışında bir daha vurğulayıb: "Biz etnik mənsubiyyətindən asılı olmayaraq, insan hüquqlarına hörmət edən millətlər olmaq mübarizəsində ortaya çıxan demokratiyalara dəstək verməliyik".

1990-cı illərdə ABŞ-ın Səddam Hüseynə və sonradan İŞİD-ə qarşı olan əsas müttəfiqi – kürdlər Vaşinqtonu bu mövqeyini öz bölgələrinə tətbiq etməyə razı salmaq üçün iyun ayından etibarən çalışırlar. Ağ Ev "Kürdüstan Regional Hökumətinin referendum keçirmək niyyətini dəstəkləmədiyini" söyləyən bir şərh ilə bu ümidi kəsib.

ABŞ-ın İŞİD əleyhinə xüsusi nümayəndəsi Brett Makqörk Ərbildə təşkil edilən mətbuat konfransında deyib: "Referendum üçün beynəlxalq dəstək yoxdur". O, referendumu "zamanında olmayan risk" adlandırıb.

Kataloniyada müzakirə edilən referendumda olduğu kimi, niyə ABŞ həmin məsələyə məhz bu cür mövqe seçib?

Kürdlər Donald Tramp administrasiyasına böyük ümidlər bəsləyirdilər. Bir adam o, prezident seçiləndən sonra hətta balıq mağazasına onun adını verib. May ayında Kürdüstan Regional Təhlükəsizlik Şurasının katibi Məsrur Bərzani Cared Kuşner və H.R. MakMaster ilə görüşüb.

Məsud Bərzani iyun ayında “The Washington Post”da bir məqalə dərc etdirib və iddia edib ki, Bağdad 2003-cü il sonrası dövrdə konstitusiyaya sadiq olmayıb.

Bərzani qeyd edib ki, müstəqil Kürdüstan İraqın böyük qonşusu olacaq, "terrorizmlə qarşılıqlı əməkdaşlıq və resursların mübadiləsini aparacaq. ABŞ və beynəlxalq birlik Kürdüstan xalqının demokratik qərarlarına hörmət etməlidir".

Administrasiyanın rəyini bilən bir Ağ Ev rəsmisi Tramp komandasının artıq milli təhlükəsizlik böhranları üçün prioritetləri təyin etdiyini, ilk sırada İran, Şimali Koreya və Rusiyanın durduğunu açıqlayıb. Onun sözlərinə görə, Ağ Ev kürd məsələlərinin gələcək İraq seçkilərindən sonuna qədər dayandırılmasını üstün tutub. Kürdüstanın hərəkətləri administrasiyanı İraqda İranın təsirini azaltmaq, sünni və şiə ərəblərin kürdlərə əleyhinə birləməsinə qarşı səylərdən yayındıra bilər. O, referendumu təxirə salmağı təklif edir.

Məsələ budur ki, Bərzani hələ 2008-ci ildə ABŞ səfiri Rayan Kroker və digər ABŞ rəsmilərindən hər zaman daha çox dialoq təklifi eşidib.

Administrasiyanın İŞİD-lə mübarizə aparan əsas tərəfdaşı Suriyadakı kürdlərin “Demokratik Qüvvələri”dir. Ona dəstək artıq Türkiyə ilə problemlər yaradıb. Kürdüstan Regional hökuməti referendum ilə ikinci baş ağrısı olub.

Kürdlər 2016-cı ilin iyul ayında Peşmərgə silahlı qüvvələri üçün 400 milyon dollardan çox yardım alıblar. Bu, ABŞ-İsrail əlaqəsinə oxşayır. O, ABŞ-ın yaxın müttəfiqidir, eyni zamanda, bəzən "sərt sevgi" nümayiş etdirir.

ABŞ-ın İraqdakı səfiri Duqlas Silliman və Məsud Bərzaninin iyul ayında keçirilən görüşündə ABŞ-ın KRR-ə dəstəyini davam edəcəyi bildirilib.

ABŞ İranın əlinə keçmədən İraqı sabitləşdirmək istəyir. İran dəstəkli şiə milislər 2016-cı ildən İraq təhlükəsizlik güclərinin rəsmi bir hissəsi olub. ABŞ İraqdakı status-kvoya bel bağlayır. Şimali Koreya böhranı və İranla nüvə müqaviləsini nəzərə alan Vaşinqton kürdlərə gözləməyi tövsiyə edir.

Demokratiyaların Müdafiəsi Fondunun araşdırma üzrə baş köməkçisi Conatan Şanzer, administrasiyanın deyir ki, bu mövqe gümüş astar ola bilər. Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Maykl Nayts bu fikirdədir ki, referenduma qarşı təhdid və təzyiq bir gün sonra dəyişə bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə