XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2017 - 09:00

ABŞ-ın “5+1” sazişinə etibarsızlığı:Tillerson BMT-də vəzifədaşlarının "saqqızını oğurlamağ çalışır" - Təhlil

Sina Tusi

“Atlantic Council” (ABŞ)

 

2015-ci ildə İranla nüvə sövdələşməsi çoxtərəfli çərçivəyə malik idi. Kiçik-Corc Buş administrasiyası dönəmində Vaşinqtondakı administrasiya arxasını bütün dünyaya çevirdiyindən, bu saziş Yaxın Şərqdə gərginliyi azaldan proses oldu.

ABŞ-ın bu regiondakı xarici siyasəti hazırda böyük problem halına gəlib. Çünki bölgədə iqtisadi və siyasi vəziyyət dəyişib. “Bir qurşaq-bir yol” layihəsi buna bariz misaldır.

Doğulmaqda olan çoxqütblü dünya nizamı hətta Henri Kissincer kimi strateq tərəfindən də tanınıb. Onun fikrincə, qlobal dövlətlər arasında tarazlığın mövcudluğu mühüm məsələdir.

Prezident Obama bu siyasi konfiqurasiyaya ehtiyatla yanaşırdı, amma Ceyms Medisonun “Heç bir ölkə daimi müharibə vəziyyətində azadlığını qoruya bilməz” kəlamı ona ciddi xəbərdarlıq idi. Obamanın İranla sövdələşməsi qismən qlobal sülh və təhlükəsizliyin formalaşmasının çoxqütblü dünya nizamından asılı olduğunu dərk etməsindən irəli gəlirdi. O, ən azı Birləşmiş Ştatların maraqlarının qlobal və regional güclərin mənafeyinə uyğunlaşa biləcəyini təsəvvürünə gətirirdi.

İran razılaşması onu müzakirə edən bütün tərəflər üçün həqiqətən faydalı idi. İranın nüvə proqramını nüvə silahlanmasına yönəltməyəcəyinə dair etibarlı təminatlar qazanmış ABŞ-ın uğuru digər tərəflər – Avropa, Rusiya və Çin üçün də məqbul idi.

Yaxın Şərqdə beynəlxalq nizamın yeganə hakimi kimi Birləşmiş Ştatların azalan rolunu gücləndirməyə yönəlmiş Donald Trampın millətçi xarici siyasəti ABŞ-ın siyasi, iqtisadi və hərbi müdaxiləsi ilə dəstəklənən strateji ittifaqlarda dominantlığa dayaqlanır. Trampın bu ilin may ayında Səudiyyə Ərəbistanında kral ailəsi və İsraildə Benyamin Netanyahu ilə görüşü bu məqsədi daşıyırdı.

Trampın Səudiyyə Ərəbistanı və İsrailə səfərindən bölgədə “gözlə görünən” İran təhdidi yüksəlir. Hazırda Tramp İranın nüvə razılaşmasının Konqresdə müzakirəsi ilə ləğvinə və BMT-ni İranın sazişi pozmasına inandırmağa çalışır.

Bununla bərabər, o, Fransa, Birləşmiş Krallıq, Almaniya, Çin, Rusiya və Avropa Birliyinin dəstəyini də qazanmalıdır. Dövlət katibi Reks Tillerson İrana qarşı yeni məhdudiyyətlər üçün sazişin digər iştirakçıları arasında müzakirə aparır.

Rusiya prezident Vladimir Putin Soçidə İranın xarici işlər nazirin Məhəmməd Cavad Zərifi qəbul edərkən, sazişin yenidən baxılmasını qeyri-mümkün sayıb.

“5+1 sazişini BMT indi kuluarlarında müzakirə edən vəzifədaşları ilə təmaslarda Tillerson sənədin “boşluqları”nı göstərməyə çalışır. Lakin onları razı salmaq çətin olacaq. Amerikanın öz istəyində israrlı olduğu halda, İranla ticarət aparan qeyri-ABŞ şirkətlərini sanksiya siyahısına daxil etmək də. Saziş iştirakçıları Birləşmiş Ştatların təkidindən asılı olmayaraq, beynəlxalq əlaqələrdə tarazlıq alətləri tapa bilirlər.

Beləliklə, “5+1” sazişinə dair fərqli fikirlərin mövcudluğu və Tramp administrasiyasının İranın nüvə proqramına mövqeyi dünyanın çoxqütblü dünya nizamı gerçəkdən çox uzaq olduğunu göstərir.

 

Tərcümə: Strateq.az