XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 12:53

Kürdüstan müstəqillik referendumundan sonra:Bağdaddan "boşanma" baş tutacaqmı? - Təhlil

Amberin Zaman

“Al-Monitor” (ABŞ)

ABŞ və regional güclərin – Türkiyə və İranın təzyiqlərinə məhəl qoymadan minlərlə kürd uzun müddət mübarizə apardıqları müstəqilliklə bağlı tarixi referenduma gedib.

İraq Kürdüstanının başçısı Məsud Bərzani Kürdüstan Regional Hökumətinin (KRH) yerləşdiyi Ərbildə, prezident binasına yaxın bir seçki məntəqəsində səs verdikdən sonra özünə əminliyi dilə gətirib. Onun ardınca Kürdüstan Regional Təhlükəsizlik Şurasının katibi olan böyük oğlu Məsrur da təkrar səsvermənin qarşısını almaq üçün nəzərdə tutulan indiqo mürəkkəbinə barmağını basıb.

Kürd əhalisi qırmızı, yaşıl və sarı kürd bayrağı ilə referenduma gedərkən Türkiyə “kürd dövləti”lə sərhəd boyunca tanklar yerləşdirib. Türkiyə baş naziri Binəli Yıldırım referendumun nəticələrini tanımayacaqlarını söyləyib. Bundan əvvəl Türkiyə parlamenti İraq və Suriyadakı türk əsgərlərinin səlahiyyətini daha bir il uzadıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanına qarşı sarsıdıcı iqtisadi tədbirlərlə təhdid edib. Bunlar arasında Habur sərhəd qapısının – iraqlı kürdlərin Qərbə yeganə çıxış yolunun bağlanması da var. Ərdoğan, həmçinin Türkiyənin Aralıq dənizi sahilindəki terminallarına uzanan boru kəmərinin bağlanacağını da dilə gətirib: "Bundan sonra görərik nefti necə satırlar”.

İran bildirib ki, İraq Kürdüstanına ticari uçuşları ləğv edir və Hacı Omranda yerləşən sərhədindəki separatçı kürdləri bombalamağa başlayıb. Bərzaninin Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ)“Dəyişiklik Uğrunda Hərəkat”dan (“Qorran”) olan rəqiblərinin keçən həftədən referendumun ləğv edilməsinə çalışdığı Ərbil və Süleymaniyə arasında İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasim Süleymani peyda olub. Ancaq bir müddət sonra həm KVİ, həm də “Qorran” tərəfdarlarını səsverməyə təşviq edib.

Hər iki tərəf referendumu qlobal bazar qiymətlərinin azalması ilə nəticələnən iqtisadi böhranla zəifləmiş Bərzaniyə qarşı həmlə üçün fürsət görür.

Neft “kürd dövləti”nin əsasən gəlir mənbəyi olaraq qalır. Gündə təxminən 550 min barel – Bağdad bu satışları qanunsuz olduğunu iddia edir, – Aralıq dənizdən, türk terminallarından ixrac edilir. Türkiyə kəməri bağlamaq istəsə, KRH diz çökəcək. İndiyə qədər heç bir şey olmayıb və neft satışından əldə olunan gəlirlər KRH-yə çatmaqda davam edir. Bununla da iqtisadiyyatı ən azı indiyə qədər yaşamasına imkan verir.

Rusiyanın energetika nəhəngi “Rosneft” bir daha irəliləyərək bu ay İraq Kürdüstanında qaz və neft hasil və nəql etmək üçün çoxmilyardlı müqavilə imzalayıb. Ruslar “Rosneft” üçün Ankaradan zəmanət almadan neft-qaz müqaviləsi imzalamazdı. Bu, bölgədə Amerikanın nüfuzunu balanslaşdırmağa hesablanmış rus-türk ittifaqının bir hissəsi kimi başa düşülür.

Həqiqətən, KRH liderləri arasında mövcud olan ümumi konsensus iqtisadi dividentlərin, ehtimal ki, Türkiyənin referendumla bağlı etiraz etməyəcəyinə əsaslanırdı. Lakin Ankaranın öz sərhədlərində “müstəqil Kürdüstan”ın öz kürdlərini ilhamlandırdıracağına dair qorxuları var.

İranın İraq Kürdüstanını Türkiyənin iqtisadi-siyasi təsir dairəsinə buraxmasının nəticəsi indi üzə çıxır.  

İraqlı kürd liderləri hesab edirlər ki, hər hansı bir İran sanksiyası bədənə deyil, yalnız dəriyə işləyəcək zəhərdir. Amma bəlkə də, İran və Türkiyə birgə hərəkət etmənin zəruri olduğunu düşünürlər.

Bağdad İraqın birliyini qorumaq üçün müəyyən təhdidlər edib. Kürdlər üçün qeyri-adi olan ABŞ-ın İran və Türkiyə ilə ortaq səbəbə malik olmasıdır. Bu, onun yaxın müttəfiqi, İraq baş naziri Heydər İbadinin siyasi fəthlərinə təsir edə biləcəyi düşüncəsindən irəli gəlir.

"Al-Monitor"un danışdırdığı rəsmilər deyir ki, referendum 2018-ci ildə keçirilməsi planlaşdırılan İraq parlamentinə seçkilərindən qabaq İbadi hökumətinin dağılmasına gətirib çıxara bilər.

Pentaqon İŞİD-lə mübarizə aparan kürd peşmərgələrini maliyyələşdirməni dondurması mümkün görünsə də, ABŞ rəsmilərinin KRH ilə təmaslardan çəkinməsi daha ağlabatandır.

KRH sözçüsü Safin Dizayi, Birləşmiş Ştatların vahid İraqla bağlı arqumentlərinin boş çuxur olduğuna inanır. "Al-Monitor" a müsahibəsində o deyib: "ABŞ İraqda 4.500 əsgər itirib, ona yüz milyard dollar həcmdə vəsait xərcləyib. İraq məzhəb şiddətinə düçar olan bir ölkədir. Birləşmiş Ştatların təşviq edə biləcəyi yeganə uğur hekayəti kürdlərdir".

Digər bir narahatlıq Kərkük əyalətidir. Ərəblər və türkmənlərin peşmərgə, habelə sonuncuların şiə milislərlə toqquşma ehtimalı realdır. ABŞ Bərzanidən mübahisəli ərazilərin, xüsusilə də Kərkükün referendumda istisna edilməsini istəmişdi.

Referendumun dayandırmama Bərzaninin statusunu dünya kürdləri arasında yüksəldib. “Suriya Demokratik Qüvvələri”nin komandan müavini Əbdülqədir Hevidili suriyalı kürdlərin Bərzaninin müstəqillik çağırışını dəstəklədiyini bildirib.

Safin Dizayi isə deyib ki, referendumdan bir gün sonra KRH Bağdaddan “boşanma” danışıqlarına başlayacaq. "Biz tam müstəqilliyə doğru sərhədləri, təbii sərvətləri, xaricdəki diplomatik nümayəndəlikləri müzakirə etməyi ümid edirik”.

Bəs Bağdad bundan imtina etsə?

Dizayi deyib: “Biz bu körpüdən də keçəcəyik”.

Tərcümə: Strateq.az