XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 12:50

Suriyada da kürd referendumu? –Bəşər Əsəd rejimindən aydın cavab: "Torpaqdan pay olmayacaq" – Təhlil

Kərim Çəhayeb

“Middle East Eye” (Böyük Britaniya)

 

Şərqi Suriyanın İŞİD-dən təmizlənməsində Suriya lideri Bəşər Əsəd rejimi ilə Demokratik Birlik Partiyası (PYD) arasında bir neçə ay mövcud olmuş “ittifaq” son həftələrdə pisləşib.

ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ – əsasən YPG- PYD silahlı qüvvələri) bildirib ki, rus döyüş təyyarələri onların Deyr əz-Zordakı mövqelərini atəşə tutub və ən azı altı nəfər yaralanıb.

Beləliklə, 10 gün ərzində SDQ ikinci dəfə Rusiyanı hücumda günahlandırıb.

Daha sonra, YPG-nin veb saytında bu həmlələrin "yalnız terroristlərə xidmət etdiyini və terrorla mübarizəni hədəf alması" söylənib və hücumlara cavab vermək təhdidi eşitdirilib: "Biz səssiz qalmayacağımızı vurğulayırıq və qanuni müdafiə hüququmuzdan qətiliklə istifadə edəcəyik".

Ancaq Moskva amerikalı həmkarları ilə ünsiyyət qurduğunu və hücumun baş verdiyinə "sübut" olmadığını söyləyərək ittihamları rədd edib.

 

"Qeyri-qanuni xarici qüvvə"

 

Əsəd rejiminin və onun müttəfiqləri “hərbi səhv”in nəticələrini azaltmağa çalışmaq əvəzinə, “tərəfdaşlar”ına qarşı düşmənçilik ifadələrini gücləndirib.

16 sentyabr hücumuyla eyni gündə Bəşəra Şəaban – Əsədin ən böyük siyasi və media müşaviri, Livandakı "Əl-Manar" televiziyasına verdiyi müsahibədə SDQ əleyhinə danışıb. Şəaban SDQ-ni Suriyadakı "qeyri-qanuni xarici qüvvə" adlandırıb və gələcək potensial qarşıdurmaların istisna edilmədiyini bildirib.

Şəaban hətta SDQ-nin Deyr əz-Zordakı ərazini İŞİD-dən "heç bir mübarizə aparmadan" geri aldığını iddia edərək, qrupun neftlə zəngin ərazilərə çıxmaq üçün İŞİD-lə əməkdaşlıq etdiyini dilə gətirib.

Düşmənçilik ritorikası 48 saat davam edib. “Rusiya Today”da çıxış edən “Royal United Service İnstitute”nin əməkdaşı Kamal Alam də Birləşmiş Ştatlar və SDQ və İŞİD arasında əməkdaşlığa dair yetərincə təhlükəli sübutların olduğunu deyib.

 

Torpaq və resurslar

 

“Əl-Qaidə”nin keçmiş tərəfdaşı “Həyat Təhrir əl-Şam” (HTS) İdlib şəhərinə sığınıb, Deyr əz-Zorun mühasirəsi yarılıb və koalisiya qüvvələri Raqqanın "bir ay ərzində" süqut edəcəyini gözləyir.

YPG və Suriya hökuməti arasında, – ilk növbədə onları birləşdirən məqsədlərə nail olduqlarından sonra, – nə baş verir?

SDQ və rejim qüvvələri Deyr əz-Zor və Raqqa istiqamətində irəliləyişdə sanki yarışa çıxıblar. Hansı qrupun qabaqda olmasından əlavə, xüsusən savaş sonrası danışıqlarda və planlaşdırmada irəliləyən tərəf böyük siyasi və diplomatik döyüşü qazanacaq.

Raqqa və Deyr əz-Zor təkcə ərazi yox, həm də resurs məsələsidir. Hələ iyulun 15-də Suriya Ordusu əvvəllər Raqqa şəhəri ətrafında İŞİD tərəfindən nəzarət edilən altı neft yatağını ələ keçirdiyini bildirmişdi.

Suriyada hamı artıq müharibədən sonrakı yenidənqurma işlərinə göz dikib. Dəməşqin ev sahibliyi etdiyi "Suriyanın yenidən qurulması" adlı sərgiyə 23 ölkə və 100-dən çox şirkət qatılmışdı.

Gələcəkdə hökumət digər qruplarla danışıqlar aparmaqla mümkün qədər daha çox resurs qazanmağa çalışacaq. Bu halda YPG də iqtisadi və ya siyasi piroqun bir hissəsinə maraq göstərəcək.

 

Bir başqa kürd referendumu?

 

Şərqi Suriya uğrunda döyüşlər gedərkən, PYD-nin 2011-ci ildən etibarən kürd qruplarının muxtar idarəçilik qurduqları Suriyanın şimalındakı üç bölgədə federal sistemə çağırışları, ölkəni tam nəzarət etmək istəyən Suriyanın BƏƏS Partiyasını açıq şəkildə təhdid edir.

Ötən həftə Suriyanın şimalında yerləşən PYD-də nəzarətli kantonların sakinləri – Suriya pasportlarını əldə edə bilməyən, vətəndaşlığı olmayan şəxslər – üç bölgədəki 3.700 icmanın rəhbərlərinə səs verib və hökumətə öz siyasi sistemini davam etdirmək niyyətində olduqlarına dair aydın mesaj göndəriblər.

Şam, təbii ki, bunlardan heç birinə razı deyil. "Al Manar"a verdiyi müsahibəsində Şəabanın deyib: "Heç bir federasiya olmayacaq, heç bir torpaqdan pay ayrılmayacaq. Bütün torpaq Suriya xalqına məxsusdur. İstər İdlib olsun və ya başqa bir bölgə".

 

Tərcümə: Strateq.az