XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 Sentyabr 2017 - 16:09

“Haşdi-Şəabi” peşmərgə ilə üzbəüz:Bağdad və Tehrandan xəbərdarlıq var, hücum siqnalı isə yox - Təhlil

Əhməd Məcidyar

"Middle East İnstitute" (Yaxın Şərq İnstitutu – ABŞ)

 

İsrail baş naziri Benyamin Netanyahu kürd müstəqilliyinə dəstək verdiyini elan etdikdən sonra İran liderlərinin referenduma qarşı çıxması üçün başqa bir səbəb tapılıb. Onlar ABŞ-ın dəstəyi ilə İsrailin "müqavimət oxu” əleyhinə Şimali İraqda müştəri-dövlət yaratmağı hədəflədiyini iddia edirlər. İran Silahlı Qüvvələrin rəhbəri general Hüseyn Baqiri bildirib ki, "bunun arxasında sionist rejimi və dünya təkəbbürü [ABŞ] durur".

Ali Rəhbər Əli Xameneinin beynəlxalq məsələlər üzrə köməkçisi Əli Əkbər Vilayəti referendumu qınayıb və Kürdüstan Regional Hökumətinin (KRH) prezidenti Məsud Bərzanini "sionist kuklası" adlandırıb. O, "İran və onun müttəfiqləri Bərzaninin İraqda “ikinci İsrail" yaratmasına" icazə verməyəcəyini vurğulayıb: "İran və bölgə xalqı bu hərəkətə səssiz qalmayacaq və bu səhv addımın əleyhinə olacaq. Cənab Bərzaninin geri çəkilməkdən başqa heç bir yolu yoxdur; əks halda, o, müqavimətlə üzləşəcək".

Daha sonra o, xəbərdar edib ki, son altı ildə Suriyada olduğu kimi, İran İraqın ərazi bütövlüyünü müdafiə edəcək.

 

İranın dəstəklədiyi milislər təhdid edir

 

Səsvermədən sonra kürd peşmərgə qüvvələri və İraqın “Xalq Səfərbərlik Qüvvələri” (“Haşdi-Şəabi”) arasında gərginlik sürətlə artıb. "Biz İraq Kürdüstanının ayrılmasına icazə verməyəcəyik və müqavimət cəbhəsinin prinsipi əsasında birləşmiş İraqı dəstəkləyirik", – “Harakat əl-Nucəba” rəhbəri Əkrəm Əl-Kəabi bildirib. Bu birləşmə Suriyada “Qüds” qüvvələri ilə birgə döyüşür.

Xamneinin Xuzestan əyalətindəki xüsusi nümayəndəsi Ayətullah Məhəmməd Əli Cəzayeri ilə görüşdükdən sonra Kəabi, Cəzayerinin bölgədəki "müqavimət oxu”na və İraq Kürdüstanının gələcəyinə dair mövqeyini dəstəklədiyini vurğulayıb. "Biz İraq Kürdüstanının müstəqillik qazanmasına icazə verməyəcəyik", – deyə o təkrarlayıb.

Cəfər əl-Hüseyni – İranın sponsorluq etdiyi digər qrupun – “Kətaib Hizbullah”ın sözçüsü Bərzanini "xain" və "bölgədəi Amerika nüfuzu üçün bir alət" adlandırıb. O, İraq paramilitar qüvvələrinin KRH-yə qarşı hərəkətə keçəcəyinə dair xəbərdarlıq edib.

 

Kərkükdə toqquşma olacaqmı?

 

“Xalq Səfərbərlik Qüvvələri” liderlər bildiriblər ki, xüsusilə neftlə zəngin Kərkük vilayətində yaxın gələcəkdə öz qüvvələri ilə kürd peşmərgəsi arasında toqquşma ola bilər. "Kərkük işğal edilmiş şəhərdir və biz onu azad etməyə hazırıq", – “Harakat əl-Nucəba”nın sözçüsü Haşim əl-Musəvi deyib. O, "İraqlıların milli zənginliyini oğurlamağa" icazə verməyəcəklərini vurğulayıb. Musəvi silahlı qüvvələrin Kərkükün ələ keçirilməsi üçün Bağdad hökumətindən əmr almasını gözlədiyini söyləyib.

“Bədr” təşkilatının rəhbəri Hadi Əl-Əmir də bənzər təhdidi dilə gətirib. "İraq Kürdüstanının referendumu üzərində gərginlik davam edərsə, bu, əlbəttə ki, vətəndaş müharibəsi ilə nəticələnəcək".

Şimal-qərbdə Sincar əyaləti başqa bir potensial gərginlik ərazisidir. İran dəstəkli İraq milis qrupları Ninəva əyalətinin hər hansı bir hissəsinin İraq Kürdüstan bölgəsinə daxil olmasına icazə verməyəcəyini xəbərdar edib.

 

İran mediasında təpkilər

 

İranın islahatçıların kütləvi informasiya vasitələrində kürd referendumuna təpkilər tənqiddən laqeydliklərə qədər dəyişib. Bəziləri bölgədəki kürd icmasının qeyri-ərəb olduğunu və tarixən İranla sıx əlaqələr qurduğunu müdafiə edib; odur ki, Tehran İraq kürdlərinin müstəqillik istəklərinə dəstək verməlidir…

Halbuki dövlət və prinsipçilərin mediası qətiyyətli həyəcan səsləndirib: "İŞİD-in süqutu ərəfəsində Amerika və sionist rejimi Ərbildə bir sıra separatçılar vasitəsilə" “Böyük Orta Şərq Planı"çərçivəsində hərəkə keçib”; “ən böyük qurban kürdlər olacaq"; “yeni sui-qəsd hazırlanır”… Baş redaktoru birbaşa Xamenei tərəfindən təyin edilən nüfuzlu “Keyhan” qəzeti Bərzanini "dostlar"na qarşı "düşmənlər"i müdafiə edən adlandırıb. “Kürd peşmərgə qüvvələrinin komandiri Sirvan Barzani İsrailin dəstəyi üçün Netanyahuya təşəkkür etdi”, "İsrail indi açıq və açıq şəkildə Şimali İraqda separatçılarla tərəfdaşdır. Amma gizli bir şey deyil ki, Amerika və Avropa İraq Kürdüstan bölgəsində separatçıları dəstəkləri. Amma bu siyasəti hiyləgərlik və təmkinlə həyata keçirirlər. Amerikanın referenduma qarşı çıxmasına baxmayaraq, Vaşinqtonun Ərbili gizlicə müdafiə edir", – baş məqalədə deyilirdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun danışan dili “Cavan”, “İranlı hərbi qüvvələri yayındırmaq üçün İsrailin İraqda şiddətə yol açdığını yazıb. Məqalədə deyilir ki, İsrailli liderlər, Əfqanıstan, Pakistan, İraq, Suriya və İrandan olan döyüşçülərin İŞİD-ə qarşı mübarizədən sonra Colan Təpələrini azad etməsindən qorxurlar.

 

Tehranın narahatlığı

 

İranlı liderlər bir neçə səbəbə görə İraq Kürdüstanının müstəqilliyinə qarşı çıxırlar.

Birincisi, İslam Respublikası səkkiz milyon kürd azlığının hökumətdən muxtariyyət və ya balanslı təmsilçilik itələyəcəyindən narahatdır. Bununla yanaşı, bir sıra kürd militant qrupları İraq Kürdüstanı içərisindən fəaliyyət göstərir və İranın Kürd Demokratik Partiyası (KDPİ), keçən il İslam Respublikasına qarşı silahlı mübarizəsini bərpa edib.

Bu günə qədər İran kürdlərinin əksəriyyəti şiddətdən yayınıb ölkələrinə sadiq qaldılar. Ancaq İranlı liderlər İraq Kürdüstanının müstəqil bir dövlət halına gəldiyi təqdirdə, bu mövqeyin dəyişə biləcək narahatlıq duyur. "Kürdistan adlanan bir ölkənin varlığı, İraqın qonşu ölkələrindəki kürdləri vahid ölkə qurmağa təhrik edəcək. Bu, İraqın qonşularının referenduma dair narahatlığının əsas səbəbidir", – “Cahan-e Sənət"də dərc edilən məqalədə deyilir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə