XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

02 Oktyabr 2017 - 21:00

Kataloniyanın müstəqilliyi:İspaniya "südverən inəyini" əldən buraxmaq istəmir - TƏHLİL

Çarlz Penti

“Bloomberg” (ABŞ)

 

Bazar günü Kataloniyada müstəqillik referendumu keçirilib. Beləliklə, Barselonadakı üsyankar administrasiya İspaniyanın Konstitusiya Məhkəməsi və baş nazir Mariano Raxoyun rəhbərlik etdiyi hökumətin xəbərdarlıqlarına məhəl qoymayıb.

40 il əvvəl diktator Fransisko Frankonun ölümündən sonra ölkənin demokratiyaya qayıdışı ilə bu, İspaniyada baş vermiş ən ağır konstitusiya böhranıdır.

Bu il İspaniyanın IBEX 35 indeksi analoji göstəricidən üstündür. Amma Almaniyaya olan borcu üzündən İspaniya istiqrazları ötən sentyabr ayından bəri dəyər dəyişməyib.

Oksford Universitetindən olan iqtisadçı Anxel Talavera bildirib ki, İspaniya hökuməti referendumun nəticələrini qəbul etməsə də, dövlətçilik meyli iqtisadiyyata zərər verə, investisiyaların qarşısını ala və baş nazir Raxoyun idarəçiliyi ilə bağlı suallar yarada bilər.

Talavera deyib: "Pul qeyri-müəyyənliyi xoşlamır".

Barselonada səsvermədən sonra gərginlik davam edir. Regional hökumət oktyabrın 3-dən etibarən həftəlik tətilə hazırlaşır.

IBEX indeksi 0,3% düşüb. İspaniyanın 10 illik istiqrazlarının dəyəri də.

Kataloniya ilə bağlı investorların qayğıya düşməsi üçün bir neçə səbəb var.

7,5 milyon katalon İspaniya əhalisinin 16% -ni təşkil edir. İstehsalın 20%-i bu bölgənin payına düşür. Bu, ən böyük regional iqtisadiyyatdır. Bölgə tərəfindən əldə edilən gəlir hesabına rəsmi Madridin 1,1 trilyon avro borcu ödənilir. Katalon separatçıları İspaniya xəzinəsinə yatan vergi gəlirlərinin bölgədə saxlanılması məsələsini qaldırırlar.

Baş nazir Raxoyun azlıq hökuməti qanunların qəbul edilməsinə kömək üçün, o cümlədən Bask PNV partiyasından olan deputatlar da daxil olmaqla, regional müttəfiqlərə dayaqlanır və Kataloniyada gördükləri onlar üçün xoşagəlməzdir. 2018-ci il büdcəsinə dair planlar qeyri-müəyyəndir, çünki aqibət mücərrədir.

İspaniya Bankı bu il ölkədə 3,1%-lik iqtisadi böyümə təxminini təsdiqləyib, çünki bu artım artıq 16 rübdür müşahidə olunur. Bununla belə, bankın baş iqtisadçısı Kataloniyada gərginliyin aradan qalxmayacağı təqdirdə, bu inamın sarsılacağını xəbərdar edib.

Avropa Birliyi Böyük Britaniya ilə “boşanma”ğa razılaşdığından, Kataloniyanın İspaniyanın tərkibindən çıxması qitədə daha böyük çat ehtimalını artırır. Raxoy hökuməti hipotetik Katalon Respublikasının həm avro bölgəsindən, həm də Avropa İttifaqı xaricində olmasının vacibliyini açıqlayıb.

Ən azından, Kataloniya problemi 28 millətin təşkil etdiyi blokun yenidən formalaşmasını qeyri-mümkün edir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə